"Azərbaycanın uğurlu və qətiyyətli siyasəti Ermənistanı yenə masaya oturmağa məcbur etdi" - DEPUTAT

"Azərbaycanın uğurlu və qətiyyətli siyasəti Ermənistanı yenə masaya oturmağa məcbur etdi" - DEPUTAT"Mayın 14-də Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bildiyimiz kimi Praqada keçirilmiş görüşdən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Çünki Ermənistan Fransanın müdaxiləsi nəticəsində, məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyirdi və bunun üçün səy göstərirdi. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində Brüssel formatında üçtərəfli görüş baş tutdu".

Bu sözləri Sonxeber.az-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O bildirib ki, Ermənistan siyasi müstəvidə Azərbaycanın təzyiqləri qarşısında hər dəfə daha ağır duruma məruz qalır.

"Bakı döyüş meydanında olduğu kimi siyasi arenada da Ermənistanı ağır duruma salıb və buna baxmayaraq sülh üçün öz təşəbbüslərini irəli sürmək kimi olduqca humanist bir yanaşmanı reallaşdırır. Ermənistan isə hər dəfə özünəməxsus riyakarlıq və hiyləgər planlarla bu prosesdən qaçmağa çalışsa da, Bakı uğurlu siyasəti nəticəsində onu tələb olunan həmin masaya oturtmağa məcbur edir. Göründüyü kimi, Fransa rəsmiləri görüşdə iştirak etmədi. Bu, Azərbaycanın iradəsini ortaya qoymasını bir daha sübut edən danılmaz faktdır. Fransanın müdaxiləsi prosesləri heç şübhəsiz ki, mənfi istiqamətə doğru aparır. Fransa ciddi cəhdlə Azərbaycan və Ermənistan arasındakı danışıqlar prosesinə qoşulmağa, vasitəçilik missiyasını üzərlərinə götürməyə, əvvəlki müzakirələrdə əldə edilmiş razılıqları pozmağa cəhd göstərir. Bu qəbuledilməzdir, Azərbaycan hər hansı bir dövlətin bu prosesi pozmasına imkan verməyəcək. Azərbaycanın iradəsi ondan ibarətdir ki, regionda davamlı sülh və sabitlik, təhlükəsizlik tam təmin olunsun. Buna mane olan, Ermənistan tərəfidir.
Qeyd edək ki, Brüssel formatı Azərbaycan üçün olduqca məqbul format sayılır. Brüssel sülh gündəliyinin əsasını məhz Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası təşkil edirdi. Bu görüşdə humanitar məsələlər, Azərbaycanın üzləşdiyi mina problemi, o cümlədən itkin düşmüş şəxslərin problemləri, həmçinin sərhədlərin delimitasiyası ilə bağlı atılacaq növbəti addımlar müzakirə edildi. Brüssel görüşündə diqqət çəkən vacib məqamlardan biri müzakirələrdə Qarabağ mövzusunun gündəmə gəlməməsi oldu. Prezident İlham Əliyev bu məsələyə öz qətiyyətini hər zaman bildirib və Ermənistanla Azərbaycan arasında gedən normallaşma prosesində Qarabağ mövzusunun olmamasını nəzərə çatdırıb. Ermənistanın buna heç bir aidiyyatı olmadığını və bunun bizim öz daxili işimizin olmasını vurğulayıb.Beləliklə, Avropa İttifaqının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən növbəti Brüssel görüşündə Azərbaycan mövqeyini daha da gücləndirdi".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1220   Tarix: 15 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr