İmtahanda 300 bal toplayan şagird: "Hər gün 10-da yatırdım"

İmtahanda 300 bal toplayan şagird: "Hər gün 10-da yatırdım"Aprelin 16-da keçirilən ümumi orta təhsil səviyyəsi üzrə (9-cu sinif) keçirilən buraxılış imtahanlarında ən yüksək nəticəni Akademik Zərifə Əliyeva adına liseydə təhsil alan Tural Əfəndiyevdir.

Maksimum nəticə toplayan şagird təəssüratlarını Lent.az-a danışıb.

Onun sözlərinə görə, imtahanda 280-290 bal aralığında nəticə gözləyirdi:

"İmtahanda sualların cavablarını yazmağa başlayanda yüksək bal toplayacağımı bilirdim. Özümdən 280-290 gözləyirdim. Amma 300 bal mənim üçün süpriz oldu. Düşünürəm ki, imtahan verməyə hazırlaşan hər bir şagird fikrini dərsindən ayrılmamalı, bununla yanaşı, istirahətini də nəzarətdə saxlamalıdır. Çünki yorğun günün ardından səhər durub eyni rutinlə çalışmalıdır".

O, hər gün axşam saat 10-da yatdığını və heç vaxt repetitor yanına getmədiyini vurğulayıb:

"Mən heç bir hazırlıq kursuna və müəllim yanına getməmişəm. Buna ehtiyac hiss etmirdim. Hər fənni öz zamanında oxumuşdum. 9-cu sinifdə də mənə təkrar etmək qalmışdı. Bu potensialımı gələcəkdə tibb sahəsində göstərmək istəyirəm.

Şagird qrafiklə çalışmalı, dərslərini sabaha saxlamamalıdır. Gün ərzində dərs saatları ilə oxumaq saatlarımı bölürdüm. Hər gün səhər 8-dən günorta 3-ə qədər dərsdə olurdum. 3-dən 5-ə qədər istirahət edirdim. 5-dən sonra isə dərs oxumağa başlayırdım. Amma hər gün saat 10-da yatırdım.

Bu nəticəni toplamağımda müəllimlərimin rolu çoxdur. Hər birinə təşəkkür edirəm. Amma düşünürəm ki, uşağın imtahanda yüksək nəticə göstərməsinin əsas səbəbi öz məsuliyyətidir".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 6431   Tarix: 15 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr