"Vətənini satan və düşmən dəyirmanına su tökənlər qanunla ən sərt şəkildə cəzalandırılmalıdırlar" - DEPUTAT

"Vətənini satan və düşmən dəyirmanına su tökənlər qanunla ən sərt şəkildə cəzalandırılmalıdırlar" - DEPUTATXəbər verdiyimiz kimi İran xüsusi xidmət orqanları tərəfindən maddi maraq və dini təbliğat yolu ilə ələ alınmış bir qrup Azərbaycan vətəndaşının Respublika ərazisində sabitliyin pozulması məqsədilə törədəcəkləri cinayət əməllərinin qarşısının alınması istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib. Əməliyyat zamanı müəyyən edilib ki, İran xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Rufulla Axundzadə və oğlu Əlmürsəl Axundzadə ölkə ərazisində silahlı iğtişaşlar törətməklə Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsi yolu ilə "Kərimə" dövlətinin qurulması, ictimaiyyət arasında tanınan və vəzifəli şəxslərin həyatına sui-qəsdlərin təşkil edilməsi məqsədilə müqavimətçi dəstələr təşkil etmək barədə xüsusi fəaliyyət planı hazırlayıblar.

Bununla bağlı Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib ki, 44 günlük Vətən müharibəsindən sonra ölkəmizin sürətli inkişafına mane olmağa və mövcud sabitliyi pozmağa çalışan qüvvələrin aktivliyi müşahidə olunur:

"Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm zəfər bizə dost kimi görünən dövlətlərin əsil simasını ortaya çıxardı. Xüsusilə də İranın. Azərbaycanın günü-gündən güclənməsi və ərazi bütövlüyünü bərpa etməsi İranı ciddi şəkildə narahat edir. Heç kəsə sirr deyil ki, İran uzun illərdir, Azərbaycanda özünü casus şəbəkəsini yaratmağa çalışır. Bunun üçün də külli miqdarda pullar xərclənməkdən də çəkinmir. İran düşünür ki, xərclədiyi pullar vasitəsilə yaratdığı casus şəbəkəsilə ölkəmizdə hakimiyyət dəyişikliyinə nail ola biləcək. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən uğurlu əməliyyat bir daha İranın iyrənc planını iflasa uğratdı. Azərbaycan qüdrətli dövlətdir və kənar müdaxilənin qarşısını operativ şəkildə almağa malik güclü hüquq mühafizə orqanları var".

Deputat vurğulayıb ki, təəssüf ki, bu gün ölkə daxilində və xaricində dövlətimizdə mövcud sabitliyi pozmağa çalışan qüvvələrə işləyən şəxslər var:

"Onlar Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyatlardan narahatdırlar. Həmin şəxslər öz nəfsinin quluna çevrilən və vətən sevgisindən məhrum satqınlardır. Hesab edirəm ki, hüquq mühafizə orqanları tərəfindən casus şəbəkələrinin ifşa edilməsi istiqamətində keçirilən əməliyyatlar davamlı olmalı, vətənini və xalqını satan, düşmən dəyirmanına su tökənlər qanunla ən sərt şəkildə cəzalandırılmalıdır".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1452   Tarix: 16 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr