"Hər bir əməliyyat ehtimal olunan konkret hansısa cinayət hadisəsinin qarşısının alınması deməkdir" - DEPUTAT

"Hər bir əməliyyat ehtimal olunan konkret hansısa cinayət hadisəsinin qarşısının alınması deməkdir" - DEPUTAT"Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən Azərbaycan vətəndaşlarının ifşası cəmiyyətimiz tərəfindən son dərəcə müsbət qarşılanır".

Bunu Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, DTX əməkdaşlarını uğurlu əməliyyatlar münasibətilə təbrik edir və xalqımızın təhlükəsizliyinin qorunması istiqamətində gördükləri vacib işlərdə müvəffəqiyyətlər arzulayıram:

"Son zamanlar hüquq mühafizə orqanlarımızın səyi nəticəsində Azərbaycana dost olmayan xarici dövlətlərin agentura şəbəkəsinə sarsıdıcı zərbələr vuruldu. Hər bir əməliyyat ehtimal olunan konkret hansısa cinayət hadisəsinin qarşısının alınması deməkdir.
44 günlük Vətən müharibəsində Ali Baş Komandanın ətrafında milyonlarla insanımız yumruq kimi birləşdi. Üç minə yaxın gəncimiz Vətən uğrunda şəhid oldu. Allah hər birisinə rəhmət eləsin. Minlərlə qazimiz var. Biz gənclərimizlə, xalqımızla fəxr edirik. Ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlərdən və vəhşiliklərdən sonra düşmən dəyirmanına su tökmək ən böyük xəyanətdir".

Deputat vurğulayıb ki, milli təhlükəsizlik hər birimiz üçün ən vacib məsələ olmalıdır:

"Burada qohum-əqrəba, dost-tanış, hətta ən yaxın ailə üzvlərindən belə söhbət gedə bilməz. Əgər, kimsə, hansısa maddi maraq və yaxud digər səbəblərdən xarici ölkələrin xüsusi xidmət orqanlarının təsir dairəsinə düşürsə, öz ölkəsi əleyhinə xidmət göstərirsə, deməli həmin ailənin tərbiyəsində, əxlaqında boşluqlar var. Belə insanlar ifşa olunmalı, cəmiyyət tərəfində ciddi qınaq obyektinə çevrilməlidir. Uşaqdan böyüyə, kimliyindən asılı olmayaraq, hər birimiz üçün vətən anlayışı, ölkənin bütövlüyü, toxunulmazlığı müqəddəs varlıq kimi təbliğ olunmalı, gələcək nəsillərə ötürülməlidir".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1249   Tarix: 16 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr