Sürmədiyi avtobusa görə 1400 manat cərimələndi
Binəqədi sakini Şamxal Rüstəmov ona aidiyyəti olmadığı halda Dövlət Yol Polisi tərəfindən 1 400 manat məbləğində ümumilikdə 25 cərimə yazıldığını iddia edir.
Sonxeber.az xəbər verir ki, qafqazinfo-ya müraciət edən vətəndaş bildirib ki, ona aid olmayan və ümumiyyətlə, heç bir əlaqəsinin olmadığı "Çinar Trans" MMC-yə məxsus 99-JP-462 markalı nəqliyyat vasitəsinin inzibati cərimələri onun sürücülük vəsiqəsinə yazılır:
"Məsələni ilk dəfə 2022-ci ilin noyabrında elektron hökumət portalındakı şəxsi kabinetimə daxil olarkən gördüm. Bu barədə DYP-yə məktubla müraciət etdim və mənə 12.01.2023 tarixində gələn cavabda "Çinar Trans" MMC tərəfindən 99-JP-462 qeydiyyat nömrəli nəqliyyat vasitəsinə yol vərəqəsi və ya etibarnamənin DYP-yə göndərilməsi səbəbindən cərimələrin mənə gəldiyi bildirildi.
"Çinar Trans" MMC-nin əməkdaşı ilə telefonda danışığımız zamanı onlar tərəfindən DYP-yə mənimlə bağlı heç bir etibarnamə və ya yol vərəqəsinin verilmədiyi deyildi.
Üstəlik, qeyd edim ki, mənim sürücülük vəsiqəm B kateqoriyalıdır, yəni yalnız minik avtomobillərini idarə etməyə imkan verir. Amma 99-JP-462 nömrəli nəqliyyat vasitəsi avtobusdur. Yəni mən istəsəm belə, avtobus idarə edə bilmərəm. Həyatım boyu avtobus sürməmişəm, amma hazırda adımda avtobusa görə yazılmış 1 400 manatlıq 25 cərimə var".
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən bildirilib ki, 99-JP-462 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "Çinar-Trans" MMC-yə məxsus olduğundan avtomobili idarə edən sürücüyə aid məlumatlar, yəni yol vərəqəsi və ya etibarnamə BDYPİ-nin Mərkəzi İnformasiya Sistemində yerləşdirilməsi üçün müəssisə tərəfindən göndərilib:
"Müəssisənin verdiyi məlumata əsasən, qeyd edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququ 06.11.2022-ci il tarixdən 03.04.2023-cü il tarixədək müraciət edən şəxsin adına verilib. Bu səbəbdən də tərtib edilən elektron qərarlar vətəndaşın sürücülük vəsiqəsinə yönləndirilib. Cərimələrin digər şəxsə yönləndirilməsi üçün aidiyyəti üzrə "Çinar-Trans" MMC-yə müraciət etməyini tövsiyə edirik".
Məsələ ilə bağlı şirkətin direktoru bildirib ki, məsələ texniki xəta səbəbindən baş verib və gün ərzində vətəndaşa yazılmış yanlış cərimələr ödəniləcək.
Qeyd edək ki, sözügedən MMC Bakıda bir sıra marşrut xətləri üzrə fəaliyyət göstərən şirkətdir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1532 Tarix: 16 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabrAzercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb
44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar
7 noyabrHDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video
Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i
7 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrUcuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrGəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO
Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]
6 noyabr