Bağışlamaq böyük qəlbli insanlara xasdır...

Bağışlamaq böyük qəlbli insanlara xasdır...Hər kəsə məlumdur ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin mükəmməl siyasətini, o cümlədən humanizm siyasətini müasir tələblərə uyğun özünəməxsus tərzdə uğurla davam etdirən Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 20 il dövlət tərəfindən vətəndaşların rifahının hərtərəfli yaxşılaşdırılması, eləcə də insan hüquq və azadlıqlarının daha etibarlı müdafiə edilməsi, həmçinin hər bir məqamda insanlara qarşı mərhəmətli və humanist mövqe sərgilənməsi ilə səciyyələnib. Ulu Öndər Heydər Əliyev xalqın təkidi ilə növbəti dəfə hakimiyyətə gəldikdən sonra hüquqi və demokratik dövlətin əsas təməllərindən biri olan insan hüquqlarının və azadlıqlarının qorunması respublikamızda effektiv təşkil olunub, bütün sahələrdə insanpərvərlik və xeyirxahlıq prinsiplərinin rəhbər tutulması prioritet olub. Məhz humanist insan Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ilin iyunundan ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulub, tətbiqi məhdudlaşdırılıb, 1998-ci il fevralın 10-da isə bu cəza növü Şərqdə ilk dəfə olaraq Azərbaycanda ləğv edilib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında hərbi prokurorun böyük köməkçisi-Hərbi Prokurorluğunun Mətbuat xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyevin "Bağışlamaq böyük qəlbli insanlara xasdır..." sərlövhəli məqaləsində əksini tapıb. Həmin məqaləni təqdim edirik.

Müdrik şəxsiyyət Heydər Əliyevin həyata keçirdiyi humanist siyasətdə mühüm istiqamətlərdən biri də cinayət törətdikdən sonra peşiman olmuş, əməlini etiraf etmiş şəxslərin əfv edilməsi, bağışlanması olub. Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması və əfvetmə institutunun bərpa olunması da Ulu Öndərin müstəsna xidmətlərindən biri olmaqla, humanizmin növbəti bariz nümunəsi idi. Vurğulanmalıdır ki, 1995-2003-cü illərdə Ulu Öndər Heydər Əliyevin imzaladığı 32 əfv fərmanı ilə üç mindən artıq məhkum azadlığa buraxılıb, həmçinin qeyd olunan dövrdə insanpərvər şəxsiyyətin təşəbbüsü ilə Milli Məclisin qəbul etdiyi 7 "Amnistiya haqqında" qərarı 60 mindən artıq şəxsə şamil edilib.

Sirr deyil ki, hüquqi-xeyirxah ənənələr dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bu gün də uğurla davam etdirilir. Vurğulanmalıdır ki, Azərbaycan Prezidenti əfvetmə institutunun çevik və işlək mexanizmlər əsasında fəaliyyət göstərməsini daim diqqət mərkəzində saxlamaqla, bu sahədə də mütəmadi olaraq dəyərli tövsiyə və tapşırıqlarını verir. Səmərəli fəaliyyət göstərməklə xalq arasında böyük nüfuz qazanmış Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının gördüyü mütərəqqi işlər dövlətin kimliyindən asılı olmayaraq hər bir kəsə inamla və hörmətlə yanaşmasının, insanpərvərlik ideyalarının ölkəmizdə mühüm əhəmiyyət kəsb etməsinin təcəssümüdür. Son 20 ilə yaxın müddətdə ölkə rəhbərinin imzaladığı 36 əfv fərman və sərəncamı, böyük ürəkli insanın təşəbbüsü ilə qəbul olunmuş çoxsaylı amnistiya aktları on minlərlə insanı fərəhləndirib. Amnistiya aktlarından bəhs edərkən qeyd olunmalıdır ki, müstəqillik dövründə 12 amnistiya aktı qəbul olunub və 100 mindən artıq şəxsə şamil edilib. Xüsusi vurğulanmalıdır ki, xeyirxah əməlləri ilə xalqın sonsuz sevgisini qazanmış Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə dörd amnistiya aktı qəbul edilib ki, bu da 40 mindən artıq nəfərə şamil olunub.

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə qəbul olunmuş Əfv Sərəncamı ölkəmizdə həyata keçirilən humanist siyasətin, dövlətin və rəhbərinin xalqa olan doğma münasibətinin, hər bir vətəndaşa verdiyi yüksək dəyərin növbəti təzahürüdür. Ümumilikdə 801 məhkumu əhatə edən Sərəncamla 463 nəfər azadlıqdan məhrumetmə cəzasından azad edilib, 220 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Həmçinin Probasiya xidmətinin nəzarətində olan azadlıqdan məhrumetməyə alternativ cəzalara məhkum edilmiş 118 nəfər əfv olunub. Onlardan 88 nəfəri cərimə, 18 nəfər azadlığın məhdudlaşdırılması, digərləri isə islah, şərti məhkumetmə və başqa cəzalardan azad ediliblər. Xüsusi vurğulamaq lazımdır ki, həmin Sərəncam müstəqillik tariximizin ən böyük əfv aktıdır. Əminəm ki, Prezidentin imzaladığı Əfv Sərəncamı dövlətin humanist siyasətinə, ölkəmizdə insan hüquqlarının etibarlı müdafiəsinə və haqqa-ədalətə cəmiyyətdə olan inamı daha da artıracaqdır. Bu aktın şamil edildiyi şəxslər isə dövlətin onlara olan münasibətini dəyərləndirərək, baş verənləri doğru anlamaqla, bütün bunlardan nəticə çıxaracaq və bir daha eyni və ya bənzər nöqsanlara yol verməyərək öz əvvəlki normal həyatlarına qayıdacaqlar. Beləliklə də, 1995-2023-cü illər ərzində Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev tərəfindən ümumilikdə 68 əfv fərman və sərəncamı qəbul edilib. Bu da hər iki tarixi şəxsiyyətin mərhəmətinin, insanpərvərliyinin və xeyirxahlığının əyani sübutudur.

Prokurorluq işçisi olaraq qeyd etmək istəyirəm ki, 2023-cü ilin "Heydər Əliyev İli" olmasının məsuliyyətini dərk edən prokurorluq, o cümlədən hərbi prokurorluq işçiləri bu ilin əvvəlki illərlə müqayisədə bol uğurlarla yadda qalması üçün daha əzmlə çalışırlar. Azərbaycanın Baş prokuroru, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının səmərəli fəaliyyəti uğurla davam etdirilməklə mütərəqqi islahatlar həyata keçirilib, prokurorluq əməkdaşları qanunçuluğun və hüquq qaydalarının daha da möhkəmləndirilməsi məqsədilə bütün mümkün zəruri tədbirlərin görülməsi təmin edib, o cümlədən uzun illər bağlı qalmış cinayətlərin üstü açılaraq müvafiq şəxslər cinayət məsuliyyətinə cəlb edilib və sair işlər görülüb. Hərbi prokurorluq orqanlarının işçiləri də Baş prokurorun müavini- Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin rəhbərliyi ilə üzərilərinə düşən vəzifələri layiqincə icra edərək uğurlar qazanıblar. Düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də tələb edilən səviyyədə prosessual rəhbərlik sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılıb. Bundan başqa, Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib. Misal üçün, 2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb.

Göründüyü kimi, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş humanist siyasət və insanpərvərlik ənənələri dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilir.

Sonda bir daha vurğulamaq istəyirəm ki, "Heydər Əliyev İli"ndə qayğıkeş lider İlham Əliyevin həmin sərəncamla cinayət törətmiş şəxsləri əfv edərək çoxsaylı ailələri sevindirməsi, ölkəmizdə insan amilinə verilən yüksək dəyərin göstəricisidir. Xalq bir daha əmin oldu ki, onun hər bir nümayəndəsi kimliyindən və hansı zümrəyə aid olmasından asılı olmayaraq dövlət qayğısı ilə əhatə olunur. Odur ki, millətimiz öz rəhbərinə misilsiz məhəbbət bəsləyir və bu istək günbəgün daha da dərinləşir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1098   Tarix: 16 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Bakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü

Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish

6 noyabr
.

Azercell Zəfər Gününə həsr olunan videoçarx hazırlayıb

44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin ildönümü ilə əlaqədar Azercell şirkəti xüsusi videoçarx təqdim edib. xəbər verir ki, videoçarxda baba və nəvənin Qarabağa səfərindən bəhs olunur. Süjet xətti iki nəslin nümayəndələrinin birlikdə Qarabağa yollanması və doğma torpaqlarla bağlı yaşantılar

7 noyabr
.

HDQ-nin xüsusi təyinatlıları düşmən mövqelərinə necə sızıblar? - Video

Vətən müharibəsinin növbəti ildönümü qeyd olunur. Azərbaycanın 30 ildən artıq müddətdə işğal altında qalan torpaqları 44 gün davam edən döyüşlər nəticəsində azad edildi: Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin sərkərdəliyi ilə düşmənin hərbi təxribatlarına cavab olaraq 2020-ci i

7 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Gəncə sakini niyə övladlarına vətəndaşlıq ala bilmir? - VİDEO

Gəncə sakini Elşən Cəfərov övladlarına Azərbaycan vətəndaşlığı ala bilmir. xəbər verir ki, o, üzləşdiyi problemlə bağlı Baku TV-yə müraciət edərək məsələnin həllinə kömək göstərilməsini istəyib. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

6 noyabr