Sahibə Qafarova Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ilə görüşüb
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş parlamentin xüsusi iclasında iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakula ilə görüşüb.
Sonxeber.az xəbər verir ki, Sahibə Qafarova Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisin xüsusi iclasında iştirakına, iclasda söylədiyi səmimi sözlərə görə Nosivive Mapisa-Nqakulaya təşəkkürünü bildirib. CAR Milli Assambleyasının sədri bu əlamətdar hadisə ilə bağlı dəvətdən və tədbirin gözəl təşkilindən məmnunluğunu ifadə edib.
Görüşdə Ulu Öndər Heydər Əliyevin mənalı və şərəfli həyat yolundan, misilsiz fəaliyyətindən danışılıb, Ümummilli liderin müasir Azərbaycan dövlətinin və xalqının tarixində müstəsna xidmətləri qeyd edilib. Bildirilib ki, bu gün Heydər Əliyevin ideya və tövsiyələri ölkə Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, ərazi bütövlüyünün bərpası, iqtisadi qüdrətinin gücləndirilməsi ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması istiqamətində əməli addımlar atılır.
Söhbətdə ölkələrimizin parlamentlərarası əməkdaşlığının genişləndirilməsi barədə də danışılıb, bu sahədə informasiya və təcrübə mübadiləsi baxımından qarşılıqlı səfərlərin, parlament dostluq qrupları çərçivəsində görüşlərin vacibliyi qeyd olunub.
Milli Məclisin sədri Milli Assambleyanın sədri ilə əvvəllər keçirdiyi görüşləri məmnunluqla xatırladaraq, bu cür görüşlərin və qarşılıqlı dialoqun parlamentlərimiz arsaında əlaqələrin daha da dərinləşməsinə təkan verdiyini bildirib.
Bildirilib ki, Azərbaycan və Cənubi Afrika Respublikası beynəlxalq təşkilatlar çərçivəsində səmərəli fəaliyyət göstərir, o cümlədən Qoşulmama Hərəkatında aktiv iştirak edirlər. Hazırda Qoşulmama Hərəkatına sədrlik edən Azərbaycanın mühüm təşəbbüsləri xüsusi vurğulanıb. Ölkəmizin təşəbbüsü ilə yaradılan Hərəkatın Parlament Şəbəkəsinin quruma üzv dövlətlər arasında əlaqələrin inkişafına verdiyi töhfələrdən bəhs edilib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 903 Tarix: 17 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzərbaycanda sabiq vəzifəli şəxs vəfat etdi
Lerik rayonunda şair-publisist Qəhrəman Məhərrəm oğlu Əliyev vəfat edib. -a istinadən xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Q.Əliyev 1945-ci il fevralın 1-də Lerik şəhərində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Dil və ədəbiyyat fakültəsini bitirib
7 noyabrBakıda yüksək vəzifədə çalışmış şəxs qəza törətdi - Qadın öldü
Paytaxtın Yasamal rayonu ərazisində ağır qəza baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən saat 18:30 radələrində Naxçıvani küçəsi 15 ünvanında yerləşən çoxmərtəbəli binanın yeraltı parkinqində qeydə alınıb. 1958-ci il təvəllüdlü bina sakini Seyidbəyov Həsən Arif oğlu idarə etdiyi "Mitsubish
6 noyabr