"Məhkəmələrə il ərzində daxil olan mülki işlərin 60 %-ni nikahın pozulması təşkil edir" - Sənan Hacıyev
"Məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20%-ni ailə mübahisələri, onların da 60 %-ni nikahın pozulması ilə bağlı işlər təşkil edir".
Sonxeber.az-ın xəbərinə görə, bunu Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev "Nikahın xitamı ilə bağlı ailə qanunvericiliyinin tətbiqi sahəsində mövcud vəziyyət" mövzusunda keçirilən konfransda deyib.
Onun sözlərinə görə, 2021 və 2022-ci ilin statistik məlumatlarına əsasən bağlanmış nikahların təqribən hər üçündən biri pozulub: "Məhkəmələrin icraatında olan ailə mübahisələrinin əksəriyyəti də məhz nikahın pozulması ilə bağlıdır. Belə ki, 2021-ci ildə birinci instansiya məhkəmələrinə ailə mübahisələri ilə bağlı daxil olmuş 46 028 işdən 27 506 iş, 2022-ci ildə isə daxil olmuş 38 633 işdən 22 597 iş nikahın pozulması ilə bağlı olub. Görünən odur ki, məhkəmələrə il ərzində daxil olan bütün kateqoriyalar üzrə 200 000-dək mülki işlərin təqribən 20%-ni ailə mübahisələri, onların da 60 %-ni nikahın pozulması ilə bağlı işlər təşkil edir. Ölkə üzrə vəziyyəti əks etdirən bu göstəricilər ailə qanunvericiliyində dərin təhlilə əsaslanan islahatının aparılmasını zəruri edir. Belə ki, Ailə Məcəlləsinin qəbulundan ötən 20 ildən artıq müddət ərzində ictimai münasibətlərin inkişafı, dünyada və ölkəmizdə baş verən qloballaşmaya meyillər sosial-iqtisadi sferada görülməli işlərlə yanaşı, qanunvericilikdə müasir çağırışlara cavab verən ailə-nikah münasibətlərini qorumağa yönəlmiş yeni mexanizmlərin tətbiqini tələb edir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 820 Tarix: 19 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ
6 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrGüllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi
Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini
6 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabrFirəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi
Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ
6 noyabr