İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO

İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra dövlətimizin başçısı səfirlə söhbət edib.

Səfir, ilk növbədə, Azərbaycanda ulu öndərin anadan olmasının 100-cü ildönümünün qeyd edildiyi bir dövrdə ölkəmizə gəlməsindən böyük məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, görkəmli şəxsiyyət Heydər Əliyevin və Prezident İlham Əliyevin baxışları belə bir nəticəyə gəlməyə əsas verir ki, Azərbaycan çiçəklənən, multikultural və çox güclü iqtisadiyyata malik ölkə qurmaq yolundadır.

Hazırda Azərbaycanın Qoşulmama Hərəkatına, Hindistanın isə Böyük 20-liyə və Şanxay Əməkdaşlıq Təşkilatına sədrlik etdiyini vurğulayan səfir məmnunluq hissi ilə bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir.

Sridharan Madhusudhanan bildirib ki, Hindistanın da güclü iqtisadiyyata malik olması nəzərə alınaraq ölkələrimiz üçün iqtisadi əməkdaşlığın genişlənməsi baxımından böyük potensial var. O, bu xüsusda neft sənayesi və əczaçılıq sahələrini qeyd edib.

Eyni zamanda, səfir Azərbaycanda hökm sürən multikulturalizmin Hindistan üçün çox cəlbedici olduğunu deyib, humanitar sahədə də əlaqələrimizin genişləndirilməsinin önəmini bildirib.

Diplomat turizm sahəsində əməkdaşlığa toxunaraq, Azərbaycana xeyli sayda hindistanlı turistin səfər etməsinin, xalqlarımız arasında əlaqələrin qədim tarixə malik olmasının, ölkəmizdə çox sayda tarixi abidənin mövcudluğunun turizm sahəsində əməkdaşlıq üçün geniş imkanlar yaratdığını bildirib. Səfir paytaxtımızda qədim, tarixi binalarla yanaşı, modern üslubda inşa edilmiş tikililərin də xoş təəssürat hissi doğurduğunu deyib.

Sridharan Madhusudhanan informasiya texnologiyaları, energetika, təhsil, ekologiya və digər sahələrdə əməkdaşlığın həyata keçirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini vurğulayıb.

Prezident İlham Əliyev ulu öndərin müasir Azərbaycan dövlətçiliyinin banisi və ölkəmizin inkişafının təminatçısı olduğunu vurğulayaraq qeyd edib ki, ümummilli lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir. Ulu öndər Heydər Əliyevin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün və müdafiə qabiliyyətimizin təmin edilməsi, güclü dövlət və iqtisadiyyat qurmaq idi. Dövlətimizin başçısı vurğulayıb ki, iki il yarım əvvəl Azərbaycan öz torpaqlarını işğaldan azad edib və beləliklə, ümummilli liderin arzu və tapşırıqları həyata keçirilib.

Azərbaycan Prezidenti qeyd edib ki, 30 illik işğal dövründə xalqımız humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi. İndi - torpaqlarımızın işğaldan azad edildiyi bir dövrdə ölkəmiz bütün sahələrdə böyük potensiala malikdir. İşğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin həyata keçirildiyini vurğulayan dövlətimizin başçısı qeyd edib ki, Vətən müharibəsində əldə olunan Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır və bu, özünü bütün sahələrdə göstərir.
Azərbaycan Prezidenti, eyni zamanda, vurğulayıb ki, bu gün Ermənistanda revanşist qüvvələr baş qaldırmaqdadır, ölkəmizə qarşı ərazi iddiaları davam edir. Ermənistanın sürətlə silahlanmasının yeni təhlükələr yaratdığını deyən dövlətimizin başçısı qeyd edib ki, əgər doğrudan da Ermənistan Azərbaycan ilə sülh istəyirsə onda nə üçün 100 milyonlarla dollar dəyərində silah alır. Azərbaycan Prezidenti vurğulayıb ki, bu siyasət bölgə üçün yeni təhdidlərə gətirib çıxara bilər.

Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik məsələsinə toxunaraq ölkəmizin sədrliyi dövrünün bu Hərəkatın instutisional inkişafı üçün çox səmərəli bir dövr olduğunu bildirib. Dövlətimizin başçısı qeyd edib ki, məlum olduğu kimi, bununla bağlı Azərbaycanın irəli sürdüyü bir sıra mühüm təşəbbüslər uğurla həyata keçirilib. Azərbaycan Prezidenti bundan sonra da Qoşulmama Hərəkatının üzv dövlətləri arasında əməkdaşlığın güclənməsinin, ölkələrin ərazi bütövlüyü və suverenliyinin, məlum Bandunq prinsiplərinə sadiqliyin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Prezident İlham Əliyev Hindistanın Qoşulmama Hərəkatının əsasını qoymuş dövlətlərdən biri olduğunu xatırladaraq, bu təsisatın yarandığı dövrdən bəri müxtəlif inkişaf yolu keçməsinə baxmayaraq, onun gələcəkdə qlobal siyasətdə mühüm amilə çevrilməsinin önəmini bildirib.

Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanın uzun illər bu təşkilatda dialoq tərəfdaşı olduğunu, ötən il isə bu təşkilatın Özbəkistanda keçirilmiş sammitində yüksək səviyyədə iştirakımızı önəmli hadisə kimi dəyərləndirib.

Söhbət zamanı mədəniyyət, nəqliyyat, o cümlədən Şimal-Cənub dəhlizi sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər də müzakirə olunub.

11:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Hindistan Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.
İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTOİlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 860   Tarix: 19 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr