Vəzifəli qadın əri tərəfindən aldadıldı: 1 milyonluq dələduzluq

Vəzifəli qadın əri tərəfindən aldadıldı: 1 milyonluq dələduzluqAzərbaycan Atletika Federasiyasının Qadınlar Komitəsinin sədri Elvira Salyamova həyat yoldaşı tərəfindən dələduzluğa məruz qalıb.

Sonxeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, 1970-ci il təvəllüdlü İqbal Həsənli arvadı da daxil olmaqla qohumlarına qarşı külli miqdarda dələduzluq edib. İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Zərərçəkmişlərə ümumilikdə 1 milyon manata yaxın ziyan vuran İqbal Həsənliyə 8 il 6 ay həbs cəzası verilib.

Məhkəmə araşdırması zamanı məlum olub ki, İ.Həsənli müxtəlif dövrlərdə müxtəlif epizodlar üzrə arvadı və qohumları da daxil olmaqla 8 tanışını aldadıb. O, 49 yaşında olarkən yüngül atletika üzrə idman ustası, peşəkar idmançı Elvira Salyamova ilə evlənib.

Salyamova ifadəsində bildirib ki, o, müxtəlif yerli və beynəlxalq yarışların mükafatçısı olub:

"1996-cı ildə Atlanta ştatında keçirilən Olimpiya Oyunlarında Azərbaycanı təmsil etmişəm. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ildə mənzillə təmin edilmişəm. Sonradan həmin evi satıb daha az sahəyə malik ev aldım. İqballa 2018-ci ildə tanış olmuşduq. O, mənim tanışıma məxsus mənzili kirayəyə götürmüşdü. Bir dəfə evin kirayə pulunu mən İqbaldan alıb tanışıma verdim. Beləcə ünsiyyətimiz yarandı. Mənə Dubayda böyük biznesinin olduğunu, qızıl və brilyant əşyaların satışı ilə məşğul olduğunu bildirmişdi. 2019-cu ildə İqballa rəsmi qaydada nikaha daxil olduq, köçüb bizdə yaşamağa başladı.

Tanışlığın ilk günlərindən özü barədə işgüzar, əlaqəli, vədinə sadiq bir iş adamı kimi təəssürat yaratdığından dediklərinə qəti şübhəm olmayıb. Söhbətlərin birində İqbal dedi ki, yeni şirkəti qurmaq üçün pul lazımdır. Kürəkənimi buna inandırıb mənzilini satdırdı, 36 min dollarını aldı. Daha sonra dedi, pul çatmır. Təklif etdi ki, yaşadığımız evi satıb müvəqqəti kirayəyə köçək. Qısa zamanda bütün məsələləri həll edib daha böyük mənzil alacağına söz verdi. İqbal çox inandırıcı danışdığı üçün razılaşdım. 2019-cu ilin oktyabrında mənzilimi satıb 55 000 manatını İqbala verdim. İqbal hər dəfə müxtəlif bəhanələr gətirib həm məni, həm də kürəkənimi evsiz-eşiksiz qoydu".
İttihama görə, İqbal Həsənli zərərçəkmişlərin bir neçəsinə Dubayda qızıl-zinət əşyaları satılan mağaza açacağını, böyük pullar qazanacaqlarını vəd edib. Həmin şəxslərdən birini inandırmaq üçün Dubaya dəvət edib. Orada imkanlı şəxs olduğu görüntüsü yaratmaq məqsədilə "Mercedes-Benz S class 500 AMG" markalı avtomobil və şəhərin məşhur "Marin" rayonundakı göl mənzərəli mənzili icarəyə götürüb. Onu həmin maşınla qarşılayıb evə aparıb. Dəbdəbəli həyat tərzi sürməsi barədə təəssürat yaratdıqdan sonra zərərçəkmişdən 170 000 manat alıb.

İ.Həsənli bir neçə tanışını isə "BMW" markalı avtomobillərin işlənmiş ehtiyat hissələrini Azərbaycana gətirib satmaqla gəlir əldə edəcəklərinə inandırıb. Onlardan ümumilikdə 200 min manatdan çox pul alıb. Barəsində qaçaqmalçılıqla bağlı cinayət təqibi olan daha bir nəfərə isə özünü dövlət qurumlarında yüksək vəzifəli məmurlarla əlaqəli şəxs kimi təqdim edib. Onun barəsindəki işə xitam verdirəcəyini, gömrük tərəfindən müsadirə olunmuş mallarını müsadirədən çıxaracağını vəd edib. Bu yolla onlardan 51 min manat alıb. İ.Həsənlinin dələduzluq əməllərindən biri İranda istehsal edilən qaz sobalarının münasib qiymətə topdan alıb Azərbaycanda satışını həyata keçirməklə bağlı olub. O bu yolla zərərçəkmişdən 25 min manat alaraq qaytarmayıb. Həsənlinin ən böyük dələduzluğu isə Dubayda qızıl-zinət əşyaları satan şirkət açacağını və şirkətə onu da pay sahibi edəcəyinə inandırmaq məqsədi Rusiyada yaşayan həmyerlisindən 272 000 manat almağı olub.

Məhkəmədə təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2016-cı ildən Dubayda qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğuldur. Qeyd edilən pulları isə biznesə yatırıb və zərərçəkmişlərin bir çoxuna pullarını qaytardığını bildirib. Məhkəmənin hökmü ilə 8 il 6 ay həbs cəzası ilə yanaşı, İqbal Həsənlinin 3 zərərçəkmişə ümumilikdə 250 min manatı ödəməsi qərara alınıb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2733   Tarix: 19 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr