Xaçmazda şəhid anasına qarşı dələduzluq edən şəxs axtarışa verilib
Vətən müharibəsi şəhidi Orxan Osmanovun anası Yeganə Şahbazovaya qarşı dələduzluq hərəkəti edilib.
Bu barədə Xaçmazın Xudat şəhərində yaşayan Yeganə Şahbazova Bizim.Media-ya məlumat verib.
Şahbazovanın sözlərinə görə, ona qarşı dələduzluğu ögey qardaşı, rayonun Mürşüdoba kəndində yaşayan Səxavət Mirzəyev adlı şəxs törədib. Ana deyib ki, oğlu hələ uşaq olarkən həyat yoldaşından ayrılıb. Keçmiş həyat yoldaşı başqa qadınla ailə həyatı qurub. Səxavət Mirzəyev də oğlunun ögey dayısıdır.
Yeganə Şahbazova bildirib ki, 2021-ci ildə Səxavət Mirzəyev onun etibarından sui-istifadə edərək banklardan birinin Xaçmaz rayon şöbəsindən 8 000 manat kredit götürüb:
"Səxavət mənə dedi ki, "YAŞAT" Fondundan mənə 8 000 manat yardım edilib, gedək, imza at, pulu götür. Mən də inanıb gedib bankda verilən sənədi imzaladım. Sonradan bilmişəm ki, Səxavət məni aldadıb. Pulu "YAŞAT" Fondu göndərməyib, mənim adıma özünə kredit alıb".
Şəhid anası deyir ki, Səxavətə inanıb. Səxavət isə bu faktdan əlavə, ona gələcəkdə mənzil düzəldəcəyi və digər məsələlərlə bağlı yardım edəcəyini deyərək, ayrı-ayrı vaxtlarda 10 min manat da pulunu mənimsəyib.
Yeganə Şahbazovanın sözlərinə görə, onun adından sui-istifadə edən və adına alınan kreditin tam ödənilməsi tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə müraciət edib. Amma hələlik ona qarşı bilərəkdən dələduzluq etmiş şəxsə heç bir cəza verilməyib.
Ana məlumat verib ki, dövlətin oğluna görə təyin etdiyi şəhid vərəsəliyi pulunun yarısı da ona kəsilib.
Bu vərəsəlik kartının da bir müddət Səxavətdə olduğunu deyən Yeganə Şahbazova hazırda həmin kartını yenisi ilə əvəz edib. Amma Səxavətin aldadaraq götürdüyü kreditin aylıq ödənişi yenə də onun kartından tutulur:
"Kartım da əvvəl onda qalmışdı. Guya fonddan göndərilən pulu alıb mənə verəcəkdi. Ona inanmışdım. Adıma aldığı kredit hər ay 245 manat mənim vərəsəlik pulumdan çıxılır. Qızım tələbədir, Bakıda oxuyur, mən çox çətinliklə qızımı oxuduram, oğluma görə verilən pulun əsas hissəsi kreditə çıxıldığından çox korluq çəkirəm".
Yeganə Şahbazova deyir ki, Səxavət Mirzəyevlə bağlı qaldırdığı şikayət ərizəsi Xaçmaz Rayon Məhkəməsində hakim Sərxan Səmədzadənin sədrliyi ilə araşdırılıb. Bu ilin yanvarından mart ayının 7-dək üç dəfə məhkəmə iclası baş tutub. Amma Səxavət Mirzəyev heç bir məhkəmə prosesinə gəlməyib.
Sonuncu məhkəmə prosesində onun barəsində həbs qətimkan tədbiri seçilib. Amma bu qərar da icra edilməmiş qalıb.
Yeganə Şahbazova Səxavət Mirzəyevin cəzalandırılması üçün Xaçmazın hüquq-mühafizə orqanlarının rəhbərlərindən kömək istəyir. Ananın tələbi odur ki, Səxavət Mirzəyev həmin pulu tam ödəsin və layiqli cəzasını alsın.
Adı dələduzluqda hallanan Səxavət Mirzəyevin yaxın qohumları onun hazırda Mürşüdoba kəndində olmadığını bildiriblər. Özü ilə telefon əlaqəsi saxlamaq cəhdləri isə alınmayıb.
Xaçmaz Rayon Məhkəməsindən isə bildirilib ki, 16 mart 2023-cü il tarixində Xaçmaz Rayon Məhkəməsinin qərarı əsasında Səxavət Mirzəyev barəsində Xaçmaz Rayon Polis Şöbəsində axtarış elan edilib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"