Azərbaycanda dollar yenidən bahalaşa bilərmi? - AÇIQLAMA
"Azərbaycanda devalvasiya riskləri gözlənilmir, manatın məzənnəsi sabit qalacaq".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib.
Onun sözlərinə görə, Azərbaycanın tədiyyə balansı və xarici ticarəti ilə bağlı göstəricilər kifayət qədər yaxşıdır, 2023-ci ilin yanvar-aprel aylarında ölkənin xarici ticarət dövriyyəsinin həcmi 17, 8 milyard dollar təşkil edib:
"Xarici ticarətdə 7,2 milyard dollar məbləğində müsbət saldo yaranıb. Bundan başqa, ölkəmizdə daxili bazarda dollara olan tələbatı təmin etmək üçün Neft Fondunun kifayət qədər ehtiyatları vardır. Valyuta rezervlərimiz 57 milyard dolları ötüb".
Millət vəkili ərzaq bahalaşmasının qarşısının alınması üçün görülən tədbirlərlə bağlı deyib ki, qiymət artımları qlobal miqyasda baş verən proseslərlə bağlıdır: "Həmin komponentlərin ölkəmizə idxalı davam edir, daşınma və logistika xərclərinin artması bu sahədə qiymət artımlarına səbəb olub. Xüsusilə də Rusiya-Ukrayna münaqişəsi dünyada ərzaq tədarükündə zəncirini pozub. Ancaq hökumət mövcud reallıqları nəzərə alaraq ölkədə yerli qida istehsalçılarına müxtəlif iqtisadi stimullar və dəstək vermək niyyətindədir. Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı və dayanıqlı təminatının yaradılması əsas məsələdir".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1981 Tarix: 19 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa
20 sentyabrQaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…
Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy
20 sentyabrQızıl yenidən bahalaşdı
Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında
19 sentyabrAzərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video
Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger
20 sentyabrİşsiz şəxslərin diqqətinə: 478 manat...
Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini
20 sentyabrTƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA
Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen
20 sentyabr