Rəşad Dağlının məhkəməsində şahidlər danışdılar: "Aksesuar kimi bizdən bıçaq aldı"

Rəşad Dağlının məhkəməsində şahidlər danışdılar: "Aksesuar kimi bizdən bıçaq aldı"Qətl törətməkdə təqsirləndirilən meyxanaçı Rəşad Dağlının (Əmirov) cinayət işi üzrə bu gün növbəti məhkəmə prosesi keçirilib.

Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Rəşad Əmirovun (Dağlı) qardaşı Ağamalı Əmirov dindirilib.

Şahid A.Əmirov bildirib ki, qardaşı Rəşad hadisə günü gecə saat 3-4 radələrində ona zəng edib:

"Hadisə günü Rəşad zəng elədi ki, qapının önünə çıx. Mən də çıxdım. Mənə dedi ki, evdə gödəkçəm var, onu gətir. Əyni nazik idi, gödəkçəsi də su idi. Qalxıb gödəkçəni gətirəndə gördüm, Rəşad yoxdur. Zəng elədim, açmadı, narahat oldum. Çünki Rəşad nə olur-olsun, mənim telefonumu götürərdi. Götürə bilməsə də, mütləq geri dönüş edərdi. Avtomobilimə minib Yasamalda Rəşadı axtarmağa başladım. Bir neçə saat sonra Rəşad telefonla zəng elədi. Görüşdük, dedi, məni polisə təslim et. Səbəbini soruşdum, təfərrüatı danışmadı, şokdaydı. Dedi, İsgəndəri öldürmüşəm. Bir onu dedi ki, gözümü açanda İsgəndər qanın içindəydi. Başqa heç nə danışmadı, mən də soruşmadım, oturdu maşına, polisə getdik".

Şahid qeyd edib ki, zərərçəkəni tanımır:

"Adını eşitmişəm. Bir də hadisədən bir müddət qabaq mənə zəng edib. Özünü İsgəndər kimi tanıtdı və meyxanaçı Ələkbər Yasamallının qohumuyam dedi. O, telefonda Rəşadla görüşmək istədiyini, vacib söhbətinin olduğunu dedi. Mən əvvəl ciddiyə almadım. Bir gün keçəndən sonra yenidən zəng elədi. Dedim, gəl səninlə mən görüşüm. Düşündüm, pula ehtiyacı var. Dedi, mütləq Rəşadla danışmalıyam, sonra gec olacaq. Mən İsgəndərin dediklərini Rəşada çatdırdım. Rəşad mənə "boş ver" dedi. Noyabrın 2-də yenidən İsgəndər mənə zəng etdi, götürmədim. Sonra mesaj yazdı, mən də bloka atdım".

Şahid daha sonra hakim və vəkillərin suallarına cavab verib. O qeyd edib ki, qardaşı mülayim adam olub, heç zaman bıçaq gəzdirməyib.

Prosesdə daha sonra şahid Yaşar Abdullayev ifadə verib. Şahid qeyd edib ki, aksesuarlar satılan obyekti var:

"Rəşad müştərimiz olub. Hadisə günü dükana gəlib. Həmin vaxt satıcıdan aksesuar kimi bıçaq alıb. Hadisə olandan sonra Rəşadın axşam mağazaya gəldiyini və bıçaq aldığını eşitmişəm".

Prosesdə şahid qismində Azər Quliyev dindirilib. Şahid mərhum İsgəndər Mehdiyevin qohumu olduğunu deyib:
"İsgəndəri hadisədən bir müddət əvvəl məclisdə gördüm. Məndən konturumun olub-olmadığını soruşdu, dedim, var. Bir nömrəyə zəng elədi, götürən olmadı. Mən kimə zəng elədiyini soruşanda dedi ki, Rəşad Dağlıya zəng edir. Sonra dedi ki, Rəşada mesaj yaz ki, zəng edən İsgəndərdir. Mesajı yazandan bir neçə dəqiqə sonra Rəşad zəng elədi. İsgəndər danışanda dedi, biz görüşməliyik, telefon söhbəti deyil. Sonra sağollaşdılar. İsgəndər söhbətin nə olduğunu mənə demədi, mən də heç soruşmadım".

Şahid vəkilin sualına cavab olaraq bildirib ki, İsgəndərin bıçaq kolleksiyası olub:

"Üstündə daim bıçaq gəzdirməyini bilmirəm. Amma evində müxtəlif növ bıçaqları vardı".

İş üzrə daha iki nəfər şahid kimi dindirilməyə çağırılsa da, iştirak etməyib.

Hakim qeyd edib ki, şahidlərdən Xankişi Cəfərquliyev hərbi xidmətdədir. Rəşad Dağlının vəkili həmin şahidin də məhkəməyə gəlib dindirilməsini tələb edib.

Növbəti proses iyunun 9-na təyin edilib.

Xatırladaq ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilir. Hadisəni törədən meyxanaçı könüllü olaraq polisə təslim olub.

Onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) və 228.4-cü (qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham irəli sürülüb.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1572   Tarix: 19 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycan tikinti şüşəsinin istehsalını avqustda 14 %-dən çox artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 6 milyon 495 min kvadratmetr tikinti şüşəsi istehsal edilib. "Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 % azdır. Təkcə avqustda isə ölkədə 789 min kvadratmetr tikinti şüşəsi istehsa

20 sentyabr
.

Qaz, işıq, su tarifləri ilə bağlı YENİ VƏZİYYƏT- İlin sonunadək…

Oktyabrın 1-dən Azərbaycanda bəzi internet istifadəçiləri daha çox pul ödəməli olacaq. Hazırda 18 manat və ya daha aşağı olan sabit internet tarifləri 25 manatlıq vahid minimum tarifə keçiriləcək. Dəyişiklik mobil internetə aid deyil, amma minlərlə evin aylıq xərci arta bilər. İnternetin qiyməti niy

20 sentyabr
.

Qızıl yenidən bahalaşdı

Qızılın qiyməti həftənin sonunda da bahalaşmasını davam etdirib. xəbər verir ki, spot qızılın bir unsiyası 0,2 faiz bahalaşaraq 4 351,96 dollara yüksəlib. Qiymətli metal əvvəlki gün isə təxminən 2 faiz bahalaşmışdı. ABŞ Federal Ehtiyat Sisteminin (FES) 2023-cü ildən bəri ilk dəfə faiz dərəcəsini artırmasında

19 sentyabr
.

Azərbaycanda evlənmək istəyənlər niyə azalır? - Video

Baku TV-nin "Aktual Gündəm" verilişinin yeni buraxılışı yayımlanıb. Azərbaycanda nikahların sayı kəskin enib: evlənmək istəyənlər niyə azalır?. TDT-nin gənclər strategiyası: milli dəyərlər necə qorunacaq?. Paşinyanın ikili siyasətinin pərdəarxası: Fransa Cənubi Qafqazda itirdiyi təsiri ger

20 sentyabr
.

Qarabağda separatizmin sonu: 23 saatlıq antiterror tədbirindən Şahramanyanın "özünü buraxma" fərmanına qədər

2023-cü ilin sentyabrı Qarabağ münaqişəsinin üç onillik tarixində ən mühüm dönüş nöqtələrindən biri kimi yadda qaldı. Sentyabrın 19-da başlayan lokal xarakterli antiterror tədbirləri cəmi bir sutkadan az müddətdə yeni hərbi-siyasi reallıq yaratdı. Sentyabrın 20-də separatçı silahlı birləşmələrin atəşi

19 sentyabr
.

İşsiz şəxslərin diqqətinə: 478 manat...

Bu il sentyabr ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 247,7 min nəfər olub. xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bildirilib ki, onların 53,1 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişini

20 sentyabr
.

TƏCİLİ: Metroda gedişhaqqı artırılır? - AÇIQLAMA

Son dövrlər ictimai nəqliyyatdan, o cümlədən Bakı metrosundan istifadə edən sərnişinlərin sayında müşahidə olunan dəyişikliklər metropolitenin maliyyələşdirilməsi məsələsini yenidən gündəmə gətirir. Metro kimi iri infrastruktur obyektlərinin saxlanılması, qatarların istismarı, texniki xidmət və yen

20 sentyabr
.

Azərbaycanda üç uşaqlı ailələrlə bağlı yeni təklif gündəmdə: GÜZƏŞT VƏ MÜAVİNƏT VERİLƏ BİLƏR - VİDEO

Ölkəmizdə çoxuşaqlı ailə meyarının dəyişdirilməsi təklif olunur. Hazırkı qanunvericiliyə əsasən, beş və daha çox uşağı olan ailələr çoxuşaqlı ailə hesab edilir. Onlara dövlət tərəfindən müəyyən güzəştlər və aylıq müavinətlər təyin olunur. Millət vəkili Vüqar Bayramov müasir dövrün tələblərini nəzər

19 sentyabr
.

Ukraynada "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" kitabı nəşr olunub

Ukraynada Kuzari təxəllüsü ilə fəaliyyət göstərən ukraynalı tarixçinin "Yoxa çıxmış sivilizasiya - Diqqətdən kənarda qalan fəlakət" ("Исчезнувшая цивилизация - Незамеченная Катастрофа") adlı kitabı nəşr olunub. Ukrayna tədqiqatın Ukrayna dilində çap formatında işıq üzü gördüyü il

19 sentyabr