Bu günədək müşahidə olunan ən böyük kosmik partlayış

Bu günədək müşahidə olunan ən böyük kosmik partlayışSauthempton Universitetinin rəhbərlik etdiyi astronomlar qrupu tərəfindən aşkar edilən AT2021lwx, məlum olan ifratyenidən (supernova) on dəfələrlə və ya ulduzun qara dəliyə düşdüyü an hadisələr üfüqündə yaranan parlaqlıqdan üç dəfə daha parlaqdır.

Bu partlayış, yalnız bir neçə ay ərzində görünən, parlaq olan əksər ifratyeni partlayışı ilə müqayisədə üç ildən çoxdur ki, davam edir. Partlayış bizdən ~8 milyard işıq ili uzaqlıqda yerləşir ki, bu da kainatın 6 milyard il yaşına uyğun gəlir.

Bu məlumat Sonxeber.az-a Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından verilib.

Tədqiqatçılar hesab edirlər ki, partlayış bizim Günəşdən minlərlə dəfə böyük olan qaz buludunun supermassiv qara dəlik tərəfindən parçalanmasının nəticəsidir. Bulud qalıqları qara dəlik tərəfindən udulduqca, onu əhatə edən tozdan yaranmış kəmərə şok dalğaları göndərəcək. Bu cür hadisələr çox nadirdir və əvvəllər bu miqyasda partlayış müşahidə olunmayıb.

Keçən il astronomlar indiyə kimi müşahidə olunmuş ən güclü qamma partlayışını (GRB 221009A) qeydə aldılar. Lakin onun parlaqlığı AT2021lwx-dən çox olsa belə, sönməsi daha sürətli baş verdi. AT2021lwx-in belə uzun müddət parlaqlığını saxlaması partlayış zamanı daha çox enerji ayrıldığını göstərir.

AT2021lwx ilk dəfə 2020-ci ildə Kaliforniyada "Zwicky Transient Facility" tərəfindən aşkar edilib və daha sonra Havayda yerləşən ATLAS (Asteroid Terrestrial-impact Last Alert System - Asteroid Yerə Zərbə Xəbərdarlıq Sistemi) tərəfindən nəzarətə götürülüb. Bu cihazlar ifratyenilər kimi kosmik hadisələri göstərən parlaqlığı sürətlə dəyişən obyektləri aşkar etmək, asteroid və kometaları tapmaq üçün istifadə olunur.

Obyekt ifratyeni axtarışları üçün tədqiqat proqramında kəşf olunub. Partlayış gücünü ifratyeni partlayışından dəfələrlə çox olması və parlaqlığın bu qədər uzun müddətdə yüksək səviyyədə qalması alimlərin diqqətini çəkib.

Obyektin spektrindəki udulma və şüalanma xətlərini ölçməklə ona qədər olan məsafəni, sonra isə məsafə və görünən parlaqlıqdan istifadə edərək mənbənin parlaqlığını təyin ediblər. Nəticədə alınıb ki, AT2021lwx çox parlaqdır (7 × 1045 erq/san) və ondan daha parlaq obyektlər, ancaq kvazarlardır.

Komanda indi partlayışla bağlı daha çox məlumat toplayır – temperaturunu və quruluşunu araşdırmaq üçün rentgen oblast da daxil olmaqla müxtəlif dalğa uzunluqlarında müşahidələrini aparırlar. Partlayışa səbəb olan nəzəriyyənin həqiqətə uyğun olub-olmadığını yoxlamaq üçün təkmilləşdirilmiş hesablama simulyasiyalarını həyata keçirilməsi nəzərdə tutulur.

Məlumata görə, istifadəyə veriləcək Vera Rubin Rəsədxanasının yeni imkanları ilə bu tip obyektlərin daha çox kəşf olunacağı gözlənilir. Bu fenomen nə qədər nadir olsa da, o qədər güclü enerji yayırlar ki, qalaktikaların mərkəzlərinin zamanla necə dəyişdiyini "görmək" mümkün olur.

Qeyd edək ki, araşdırmanın nəticələri "Monthly Notices of the Royal Astronomical Society" jurnalında dərc olunub.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1386   Tarix: 19 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr