"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO

"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTOPaytaxtda yerləşən "Badam Medical Center" klinikasında yeni doğulmuş körpələr üzərində unikal əməliyyat icra edilib. Əməliyyatı Uzman doktor, vitreoretinal cərrah Anar Rəhimov icra edib.
BiG.AZ bildirir ki, bu barədə klinikanın həkimi, məşhur anestezioloq Turana Rəsulova sosial şəbəkədə paylaşım edib.
Anestezioloqun paylaşdığı şəkillərdən aydın olur ki, əməliyyat üç uşaq üzərində aparılıb. Paylaşımın sosial şəbəkələrdə böyük maraq doğurduğunu nəzərə alaraq, Turana doktor və əməliyyatda yaxından iştirak edən oftalmoloq Günel Ağayeva ilə əlaqə saxlayıb, bununla bağlı bəzi suallara cavab aldıq.
Turana Rəsulova qeyd etdi ki, sözü gedən əməliyyat yarımçıq doğulmuş uşaqlarda gözə gələn sinirin, retinanın zədəli olması ucbatından gələcəkdə yarana biləcək qüsurun, tamamilə görmə əngəlli olmanın qarşısınının alınması üçün edilir. Uşaqlar həm yeni doğulmuş, həm də yarımçıq doğulduğundan əməliyyatın ciddiyyəti xeyli artır. Bu halda mükəmməl cərrahla yanaşı, bir o qədər də mükəmməl anesteziya prosesinə və bütünlükdə bir komanda işinə ehtiyac var.
Bu əməliyyatın icra edilməməsi halında, uşaqlar bir neçə ay sonra görmə qabiliyyətini tamamilə itirir və ən pisi də budur ki, bu prosesin geriyə dönüşü yoxdur, yəni korluq aradan qaldırıla bilmir.
"Bəs yarımçıq doğulmuş körpələrdə bu halın olduğunu necə müəyyən etmək olar?" sualına həkim oftalmoloq Günel Ağayeva cavab olaraq bildirdi ki, bu yalnız hərtərəfli yoxlanmalarla təyin edilə bilər. Uşaq yeni və yarımçıq doğulmuş olduğundan valideynlərin bu çatışmazlığı hiss etməsi mümkün deyil. Ona görə də, vaxtından əvvəl və çatışmazlıqla doğulan bütün körpələr retina sinirlərinin müvafiq yoxlanışı həyata keçirildikdən sonra evə buraxılmalıdır.
Həkim qeyd etdi ki, Amerikan Pediatrik Akademiyasının və Amerika Oftalmoloji Akademiyasının təklifinə əsasən, çəkisi 1500 qramdan aşağı, gestasyon yaşı 30 həftədən aşağı olan körpələr və gestasyon yaşı 30 həftədən böyük, çəkisi 1500-2000 qr arasında və klinik olaraq problemləri olan, kardiopulmonar dəstək görən bütün uşaqlar oftalmoloji müayinə olunmalıdırlar. Gestasyon yaş 27 həftədən aşağı olan körpələr, doğumdan 2 həftə sonra, 27 həftədən yuxarı körpələr postnatal 4-cü həftədə müayinədən keçirilməlidirlər.
Qeyd edək ki, əməliyyatın riskli olduğundan, hər həkim və komanda bu məsuliyyətin altına girmək istəmir. Ona görə də bu halda ən vacib məsələ, bu əməliyyatı icra edə biləcək gücdə olan və məsuliyyəti üzərinə götürən həkimi tapmaqdır. Belə əməliyyatlar üzrə "Badam" Tibb Mərkəzi pasientlərin etimadını qazanıb.
Suallara cavab olaraq onu da öyrəndik ki, hər üç uşağın əməliyyat sonrası vəziyyəti qənaətbəxşdir. Uşaqlardan biri əməliyyatdan bir neçə saat sonra, digər ikisi isə əməliyyatın sabahısı günü yoxlanışdan keçərək evə buraxılıb.
"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO"BADAM" Medical Centerdə eyni gündə 3 körpəyə unikal əməliyyat! -FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2539   Tarix: 19 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr