Aİ-dən Zəngəzur dəhlizi gedişi: Təklif reallaşacaqmı?

Aİ-dən Zəngəzur dəhlizi gedişi: Təklif reallaşacaqmı?Brüssel görüşündə Azərbaycan və Ermənistanın Zəngəzur dəhlizi ilə bağlı Ümumdünya Gömrük Təşkilatının dəstəyini almağa razılaşdıqları açıqlandı. Amma hələlik Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda konkret hansı təkliflərin irəli sürüldüyü məlum deyil.

Avropa İttifaqının (Aİ) təşəbbüsü ilə Brüsseldə Azərbaycan və Ermənistan liderləri arasında keçirilən görüşün nəticələri ilə bağlı səsləndirilən bəyanatda ən çox diqqəti cəlb edən məqamlardan biri Zəngəzur dəhlizi ilə bağlı oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bildirdi ki, tərəflərin, xüsusən də Naxçıvan vasitəsilə dəmir yolu əlaqəsinin bərpası ilə bağlı mövqeyi bir-birinə çox yaxındır. Bunun üçün Ümumdünya Gömrük Təşkilatının (ÜGT) dəstəyini almağı da razılaşıblar. Maraqlıdır, bu açıqlama nədən xəbər verir? Zəngəzur dəhlizi ilə bağlı hansı perspektivlər gözlənilir?

"Kaspi" qəzeti növbəti məqaləsində bu və digər suallara cavab axtarmağa çalışıb.

"Brüssel görüşündə ciddi addımlar atıldı"

Mövzu ilə bağlı "Kaspi" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı işlər daha intensiv şəkildə həyata keçirilib və son Brüssel görüşündə praktiki olaraq bu istiqamətdə kifayət qədər ciddi addımlar atılıb: "Ümumdünya Gömrük Təşkilatının dəstəyi ilə bu istiqamətdə aparılan müzakirələr ondan xəbər verir ki, Azərbaycan tezliklə Zəngəzur dəhlizinin reallaşmasını həyata keçirə biləcək. Nəzərə almaq lazımdır ki, artıq Zəngəzur dəhlizinin Azərbaycana aid olan hissəsinin 75 faizindən çoxu hazırdır. Zəngəzur dəhlizinin reallaşması ilə bağlı infrastruktur və digər fəaliyyətlər həyata keçirilib. Bu da təbii ki, dəhlizin yaxın zamanlarda reallaşması üçün imkan yaradır".

"Zəngəzur dəhlizi region ölkələri üçün vacibdir"
V.Bayramov qeyd etdi ki, Zəngəzur dəhlizi yalnız Cənubi Qafqaz deyil, bütövlükdə region ölkələri üçün vacibdir: "Nəzərə alsaq ki, Rusiya və İrana qarşı sanksiyalar var, bu, Orta Dəhlizin əhəmiyyətini daha da artırır. Zəngəzur dəhlizi Orta Dəhlizin reallaşması baxımından vacib layihələrdən biridir. Orta dəhliz vasitəsilə daşınan yüklərin həcmində artımlar var və Zəngəzur dəhlizinin istifadəyə verilməsi bu layihəyə marağın daha da artmasına imkan verəcək".

"Müraciət ilə bağlı fikirlərdə konkretlik yoxdur"

Politoloq Rəşad Bayramov bildirdi ki, Şarl Mişelin və ümumiyyətlə Aİ-nin ÜGT-yə müraciət olunması ilə bağlı fikirlərində konkretlik yoxdur: "Onun detalları ilə bağlı hər hansı bir açıqlama da verilməyib. Amma ÜGT-nin özünün prinsipləri var. O, özündə beynəlxalq gömrük standartlarının nədən ibarət olduğunu və s. ehtiva edir. Beynəlxalq gömrük işini təşkil edən şirkətlər də mövcuddur. ABŞ, İngiltərə, Fransa şirkətləri var ki, haradasa müəyyən müddət üçün gömrük işinin təşkili ilə bağlı olaraq iştirak edirlər, təkliflərini verirlər, məşvərətçi kimi yol göstərirlər. Amma söhbət indiki mərhələdə, Naxçıvana və əks istiqamətdə, yəni Zəngəzur dəhlizindən qatarların hərəkəti zamanı ÜGT-nin nə edə biləcəyindən gedirsə, bununla bağlı detallar yoxdur. Üçtərəfli bəyanatda həmin yolda nəzarətin təşkili Rusiyanın sərhəd qoşunlarına verilmişdi. İndi Rusiyanın prosesdən təcrid olunması üçün ÜGT-nin bu işi özü həyata keçirməsi nəzərdə tutulur. Başqa sözlə desək, Zəngəzur dəhlizinin Ermənistan ərazisinə giriş və çıxış istiqamətlərində İrəvan tərəfindən gömrük postları qoyulacaq. Bu postların sırf ermənilərin nəzarətində olmaması, Azərbaycan yüklərinin gediş-gəlişinə hər hansı bir maneçilik törədilməməsi üçün ÜGT-nin orada iştirakı nəzərdə tutulur. Amma düşünmürəm ki, bununla bağlı nə isə ola, yaxud ÜGT hansısa konkret addımlar ata bilər. Bu təşkilat işin təşkili ilə bağlı tövsiyələr, məsləhətlər verə bilər. Beynəlxalq gömrük təşkilatı elə bir qurum deyil ki, gəlib sərhəddə dayansın, Ermənistanın, yaxud Azərbaycanın yerinə gömrükdən keçən malları tənzimləsin və ya oradan keçən insanların sənədlərini yoxlasın. Belə bir təcrübə yoxdur".

Detallar imzalanacaq sənədlərdə əksini tapacaq

R.Bayramovun sözlərinə görə, Azərbaycanın istəyi ondan ibarət idi ki, həmin yolda, misal üçün, Laçın yolu üzərindəki gömrük məntəqəsində olduğu kimi çox rahat şəkildə hərəkət tənzimlənə bilsin: "Ümumiyyətlə, Zəngəzur dəhlizi ilə hərəkət edən qatar həmin ərazidə dayanmadan hərəkət edir. Bu həm yüklərin daşınmasına, həm də nəqliyyatın hərəkətinə aiddir. Sadəcə olaraq, sensor qurğular vasitəsilə nə daşınması müəyyənləşdirilir. Məsələn, 30 tonluq qatarın keçməsi zamanı hansı miqdarda rüsumun ödənilməsi kimi məsələlər müəyyən olunur. Yenə qeyd edirəm ki, bu müraciət detallar və tövsiyələr üçündür. Azərbaycanın və ya Ermənistanın ÜGT-yə üzv olub-olmamağı burada önəmli rol oynamır. Sadəcə, burada söhbət təşkilatın tövsiyələri, prinsipləri, işin təşkili qaydası ilə bağlı müraciət olunmasından gedir. Sonrakı mərhələdə nə olacaq, bu da təbii ki, sənədlər imzalananda detallarda öz əksini tapacaq".


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 2113   Tarix: 20 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Şamaxıda "Pirqulu Park" hotelinin açılışı olub - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 17-də Şamaxıda "Pirqulu Park" hotelinin açılışında iştirak ediblər. AZƏRTAC-a istinadən xəbər verir ki, "Moderngroup" MMC-nin təmsilçisi Fariz Abbaszadə dövlətimizin başçısına və birinc

17 sentyabr
.

Bu gün regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Sentyabr ayında Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində növbəti tədbirlər keçirilib. Əvvəlcə paytaxtımız Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müsəlman dini idarə rəhbərlərinin VII görüşünə ev sahibliyi edib, Ağdam Cümə məscidində isə böyük şair, mütəfəkkir Seyid Yəhya Bakuviyə həsr olunmu

18 sentyabr
.

Azərbaycan Prezidenti: "TDT çərçivəsində gənclər təşkilatlarımızın qarşılıqlı fəaliyyətinə daha çox diqqət yetirməliyik"

"Müəyyən beynəlxalq mərkəzlərdən ölkələrimizin dövlət maraqlarının sarsıdılmasına yönəlmiş fəaliyyət prinsipləri dəyişməz olaraq qalır". AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən söyləyib. Onları

17 sentyabr
.

Onlar üçün viza proseduru sadələşdirildi

Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında Sərəncam imzalayıb. bununla bağlı -a istinadə

21 sentyabr
.

Prezidentlə xanımının Şamaxıdan səmimi görüntüləri - Video

Prezident İlham Əliyevin sosial media hesablarında Şamaxıya səfəri ilə bağlı videoçarx paylaşılıb. "Qafqazinfo" həmin paylaşımı təqdim edir:

18 sentyabr
.

Türk dünyasının yeni strateji erası

Son illər beynəlxalq münasibətlər sistemində sürətlə cərəyan edən geosiyasi dəyişikliklər, qlobal münaqişələrin coğrafiyasının genişlənməsi və beynəlxalq hüquq mexanizmlərinin təsirsizliyi fonunda region dövlətlərinin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi prioritet məsələyə çevrilmişdir. Bel

18 sentyabr
.

Türk dünyası və İslam aləmi birlikdə daha güclüdür

Türk-islam dünyasının bir parçası olan Azərbaycan regionda yeganə türk dövlətidir. Respublikamız həm də Türk dünyasını və Qafqazı birləşdirən bir məkandır. Rəsmi Bakı türk dünyasında, islam aləmində və Qafqazda davamlı sülhün, rifahın, etimadın.qarşılıqlı əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasınd

17 sentyabr
.

20 sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Sentyabrın 20-si Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür. Bu il Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci dəfə qeyd olunur. Prezident İlham Əliyevin 2024-cu il sentyabrın 18-də imzaladığı Sərəncama əsasən, hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavən

17 sentyabr
.

Regionun gələcəyini dini həmrəylik və müdrik sülh gündəliyi müəyyənləşdirir

Son illər Azərbaycan regional və qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan qalib dövlət olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə sülhməramlı və mənəvi dəyərlərə söykənən təşəbbüslərin əsas mərkəzinə çevrilib. Paytaxt Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) müsəlman dini rəhbərləri Şurasını

17 sentyabr