Bağça müəllimlərini gözləyən "təhlükə"

Bağça müəllimlərini gözləyən "təhlükə"Dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51 faizinin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Qeyd edək ki, "Məktəbəqədər təhsil haqqında" qanuna əsasən, məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin sertifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir. Yəni artıq bağça müəllimlərinin də sertifikasiyası həyata keçiriləcək.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Təhsil məsələləri üzrə ekspert Qoşqar Məhərrəmov dedi ki, sertifikasiyanın vaxtı hələ ki, məlum deyil:

"Nazirlik sertifikasiyanın nə vaxt keçiriləcəyini hələ elan etməyib. Amma bu il ərzində keçirilməsi planlaşdırılır. Suallar məktəbəqədər təhsil müəssisələrinin kurikulumunu hazırlayan ekspertlər, mütəxəssislərin materialları əsasında hazırlanacaq. Azərbaycan Dövlət Pedaqoji Universitetinin məktəbəqədər təhsil kafedrasının hazırladığı erkən yaş psixologiyası, pedaqogika kimi əsərlərdən istifadə olunaraq materiallar tərtib ediləcək".

Q.Məhərrəmov bildirdi ki, sertifikasiyadan keçə bilməyən müəllimlərə yenidən şans veriləcək:

"Dövlət təhsil müəssisələrində sertifikasiyadan keçməyənlər hələ də işləməyə davam edir. Bu o deməkdir ki, məktəbəqədər müəssisələrdə də sertifikasiyadan keçməyənlərə şans veriləcək ki, yenidən hazırlaşsınlar. Dünyada isə sertifikasiya imtahanını məktəb direktoru özü məktəb miqyasında həyata keçirir. İmtahan mərkəzləşmiş formada olmur. Məktəb direktoru hansı müəllimin biliksiz olduğunu təsbit edirsə, onu işdən uzaqlaşdırır".

Təhsil eksperti Adil Vəliyevin sözlərinə görə, bağçalarımızda kifayət qədər ciddi problemlər var:

"Bu problemlərin əsasında da müəllimlərin ixtisası üzrə işləməməsi durur. Diqqət etsək görərik ki, bağçalarda işləyən müəllimlərin bir çoxunun ixtisası tamamilə fərqlidir, hətta bəlkə də, heç pedaqoji sahədə deyil. Sertifikasiya və ya onların işə qəbulu kimi proseslərin Elm və Təhsil Nazirliyinə verilməsi bu kimi problemləri aradan qaldıracaq. Qaydalardakı dəyişikliklər uşaq bağçalarında keyfiyyətin artmasına gətirib çıxara bilər. Sertifikasiyanın hansı kriteriyalarda keçiriləcəyi ilə bağlı hazırda Elm və Təhsil Nazirliyi qaydalar hazırlayır. Yəqin ki, yaxın vaxtlarda bu barədə ictimaiyyətə də məlumat veriləcək".

A.Vəliyevin fikrincə, sertifikasiya həyata keçirilərkən müəllimlərin psixoloji durumu da mütləq nəzərə alınmalıdır:

"Özümüz də diqqət edəndə görürük ki, bağçalarda işləyən müəllimlərin şagirdlərlə davranışı heç də xoş deyil. Diqqətə alınmalıdır ki, uşaq bağçalarına müəllimlər işə götürülərkən və yaxud sertifikasiyadan keçərkən onların əlavə olaraq psixoloji durumları da yoxlanılmalıdır. Uşaq bağçalarında azyaşlılardır və yaşına görə danışmayan, hərəkətlərində bir az daha nadinc uşaqlar da ola bilər. Yəni müəllim bağçada hər cür uşaqla qarşılaşa bilər və ona görə də hazır olmalıdır".

Ekspert qeyd etdi ki, bəzi ölkələrdə bu məsələlər başqa cür həyata keçirilir:

"Xarici təcrübəyə baxanda görürük ki, uşaq bağçalarında işləyən müəllimlərin ixtisası, demək olar ki, məhz bu sahədədir. Mütləq şəkildə müəllimləri işə götürərkən onların psixoloji durumlarına da diqqət yetirirlər. Bu psixoloji yoxlamanı da kağız və ya test üzərində etmirlər. Mütləq şəkildə praktiki olaraq yoxlayırlar. Daha sonra müəllim testdən keçsə belə, əgər psixoloji durumu istədikləri səviyyədə deyilsə, o zaman uşaq bağçasında işləməyinə icazə vermirlər. Düşünürəm ki, bizdə də eyni vəziyyət olmalıdır. İstər hazırda işləyən, istər gələcəkdə uşaq bağçalarında işləyəcək müəllimlərin mütləq şəkildə sertifikasiyada və yaxud da qəbulda psixoloji durumları ölçülməlidir".

A.Vəliyev bildirdi ki, dəyişikliklərdən sonra bağçalarda xeyli inkişaf gözlənilir:

"Yəqin ki, işçilərin bir çoxu sertifikasiyadan keçə bilməyəcək. Çünki onların ixtisası çox fərqlidir. Tanışı vasitəsilə, yaxud hansısa qeyri-leqal bir yol tapırdılar və uşaq bağçasına işə qəbul olurdular. Artıq bunların hamısı keçmişdə qaldı və belə bir hal baş verməyəcək. Həmin adamların işdən çıxarılması və yeni müəllimlərin işə qəbul olunması həm uşaq bağçalarının reytinqini, həm də oradakı təhsilin və tərbiyənin keyfiyyətini artıracaq".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2943   Tarix: 21 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qeyri-sabit hava nə vaxtadək davam edəcək?

Bakıda və Abşeron yarımadasında noyabrın 7-si səhərdən 10-u səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağ

6 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Güllü Muradovanın həyat yoldaşına 25 sutka həbs verildi

Tanınmış xanəndə Güllü Muradovanın həyat yoldaşı Rasim Yusifov həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, o, Sumqayıt şəhəri ərazisində polis əməkdaşlarının keçirdiyi tədbirlər çərçivəsində saxlanılıb. Üzərində narkotik vasitə aşkarlanan R.Yusifov barəsində İnzibati Xətalar Məcəlləsini

6 noyabr
.

Qazi Bəhram Əhmədovla MÜSAHİBƏ

"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta

6 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Metronun iş rejimi 4 günlük dəyişdirilir

8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr
.

Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə xalqı təbrik etdi

Xalq artisti Firəngiz Mütəllimova 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. xəbər verir ki, aktrisa bu münasibətlə sosial şəbəkə hesabında video paylaşıb. O, təbrikində Zəfər Gününü canlı yaşamağın böyük xoşbəxtlik olduğunu vurğulayıb, şəhidlərə rəhmət, qazilərə isə can sağlığ

6 noyabr
.

Uşağa qulluğa görə müavinət ARTIRILIR: Növbəti illər üçün də GÖZLƏNTİ var - Deputat

Üç yaşınadək uşağı olan analara aylıq 100 manat müavinət verilməsi ailələrə göstərilən sosial dəstək baxımından mühüm məsələdir. Lakin mövcud qiymətlər fonunda uşağın qidalanması, geyimi, gigiyena vasitələri və digər gündəlik ehtiyacları üçün bu məbləğin nə dərəcədə yetərli olduğu müzakirə doğurur. Digə

6 noyabr