Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Mayın 26-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin onlayn iclası keçirilib.
Sonxeber.az xəbər verir ki, iclası açan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, gündəliyə bir məsələ - "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin birinci oxunuşda müzakirəsi daxil edilib.
Bildirilib ki, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən məhkəmə-hüquq sistemində həyata keçirilən islahatların davam etdirilməsini nəzərdə tutur. Belə ki, layihə məhkəmə sisteminin müstəqilliyinin daha səmərəli şəkildə təmin edilməsi məqsədilə Məhkəmə-Hüquq Şurasının, habelə Hakimlərin Seçki Komitəsinin formalaşdırılması qaydalarının təkmilləşdirilməsi üçün hazırlanıb. Sənədə əsasən, Məhkəmə-Hüquq Şurasının icra hakimiyyəti orqanlarının nümayəndələrinin sayı azaldılmaqla, Şuranın hakim üzvlərinin sayının artırılması təklif edilir. Bundan başqa, Məhkəmə-Hüquq Şurasının hakim üzvləri hakimlərin konfransı tərəfindən (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən təyin edilən hakim istisna olmaqla), Məhkəmə-Hüquq Şurasının sədri isə Şuranın yalnız hakim üzvləri sırasından seçiləcəklər. Qanuna yeni əlavə olunması təklif olunan maddədə hakimlərin konfransının funksiyası, orada məhkəmə instansiyaları hakimlərinin təmsil olunması və qərarların qəbul edilməsi qaydaları əks olunur. Eyni zamanda, Hakimlərin Seçki Komitəsində bütün hakimiyyət qollarının nümayəndələrinin təmsil olunması məqsədilə, Hakimlərin Seçki Komitəsinin üzvlərinin sırasına Azərbaycan Respublikası Milli Məclisi Aparatının nümayəndəsi əlavə edilir.
Qanun layihəsinin müzakirəsində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev, komitə üzvləri Tahir Kərimli, Nizami Səfərov, Bəhruz Məhərrəmov, Kamal Cəfərov çıxış ediblər. Deputatlar dəyişikliyin məhkəmə sisteminin müstəqilliyinin təmin edilməsi baxımından mütərəqqiliyini vurğulayıblar, layihə ilə bağlı fikirlərini, qeyd və təkliflərini səsləndiriblər.
Komitə sədri Əli Hüseynli səslənən qeydlərə münasibət bildirəndən sonra deputatlar "Məhkəmə-Hüquq Şurası haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Onlayn iclasda deputatlar Fəzail Ağamalı, Əminə Ağazadə, Cəbi Quliyev, Erkin Qədirli, Elşən Musayev, Madər Musayev və digər rəsmi şəxslər iştirak ediblər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"