Oqtay Əliyevin "Fəryad 2"dəki görüntüləri
Xalq artisti Vaqif Mustafayevin maraqla gözlənilən "Həyat deyəsən gözəldir" (Fəryad 2) filminin Bakı premyerası baş tutub.
OLAY yazır ki, ekran işi YARAT incəsənət mərkəzində təqdim edilib. Filmdə "SOY" prodakşının mərhum rəhbəri Oqtay Əliyevin səhnələri xüsusilə diqqət çəkib.
Belə ki, erməni obrazını oynayan O. Əliyev həm də filmdə düşmənlərimizin dilində danışıb. Uşaqlıq illəri İrəvanda keçən Əməkdar mədəniyyət işçisi ekran işi üçün öz ailə üzvlərini də layihəyə cəlb edib.
Bununla bağlı V. Mustafayev də çıxışı zamanı danışıb. O əvvəlcə zalda əyləşən mərhum prodüserin həyat yoldaşı, Əməkdar artist Dilarə Əliyevanı salamlayıb:
"Görkəmli aktrisamız Dilarə xanımın qarşısında baş əyirəm. Oqtay Əliyev çox istedadlı şəxsiyyət idi. Filmə erməni dilində çəkildi. Öz xanımını, valideynləri, görkəmli aktyor və aktrisamız Elmira xanımı, Vidadi müəllimi, Dilarə Əliyevanın qardaşını, öz qardaşını gətirdi. Onlar filmin səsləndirilməsində mühüm rol oynayıb. Allah Oqtaya rəhmət etsin. Biz onu heç vaxt unutmayacağıq. Allah sizin canınızı sağ etsin, Dilarə xanım, gələn filmdə sizi mütləq çəkəcəyəm".
Xatırladaq ki, ekran işi ilk dəfə ötən il Korkut Ata Film Festivalında nümayiş etdirilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2261 Tarix: 27 may 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabr"Xəmsə" tüstüyə görə cərimələndi - 4800 manatlıq cərimə ləğv edildi
Nizami rayonu, 8-ci kilometr qəsəbəsi, Mikayıl Əliyev küçəsində yerləşən "Xəmsə" şadlıq sarayında zərərli qaz tullantılarının normadan artıq buraxılmasına görə cərimə tətbiq edilib. Qaynarinfo-nun məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional Ekologiya və Təbii Sərvətlə
6 noyabrƏrzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) açıqladığı son hesabatda dünya bazarında ərzaq qiymətlərinin oktyabr ayında azaldığı bildirilib. Təşkilatın məlumatına görə, ərzaq məhsullarının beynəlxalq qiymətlərindəki dəyişiklikləri əks etdirən Ərzaq Qiymətləri İndeksi oktyabrda orta hesabla 133,
7 noyabrSOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrQazi Bəhram Əhmədovla MÜSAHİBƏ
"Müharubənin ilk günlərində "Orta Camış" deyilən yüksəklikdəki postdan bizim hücum istiqamətimiz təyin olunmuşdu. Biz müharibənin ilk günlərində həmin istiqamətdən Kəlbəcər istiqamətində hücumlara başladıq". Bu sözləri -a müsahibəsində qazi Bəhram Əhmədov bildirib. Müsahibənin ta
6 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrMetronun iş rejimi 4 günlük dəyişdirilir
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar 7-10 noyabr tarixlərində Bakı metropolitenində iş rejimi dəyişdiriləcək. xəbər verir ki, bununla bağlı "Bakı Metropoliteni" QSC məlumat yayıb. Bildirilib ki, qatarların hərəkəti qeyd edilən tarixlərdə istirahət günlərini
7 noyabr