Bağ evlərinin qiyməti kəskin ARTDI

Bağ evlərinin qiyməti kəskin ARTDIYay mövsümü ilə əlaqədar bağ evlərinin qiymətində artım müşahidə olunur. Çünki bu aylarda bağ evlərinə kütləvi tələbat yaranır ki, bu da real olaraq qiymət artımına səbəb olur. Qiymətin kəskin şəkildə artması isə bəzən ciddi narazılıqlara səbəb olur.

Rayonlarda yerləşən bağ evlərini kirayə verərkən də bəlli qiymət dəyişimi nəzərə çarpır. Səbəb isə qış aylarından fərqli olaraq, bu yerlərə turist axının güclənməsidir. Buna görə də bəzi turistik zonalarda kirayə ev qiymətlərində iki dəfəyə yaxın artım müşahidə edilir.

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc Bizim.Media ilə fikirlərini bölüşüb.

Onun sözlərinə görə, qiymət artımı ənənə halını alaraq hər il bu vaxtlarda başlayır və yayın sonuna qədər davam edir. Buna görə də insanlar daha çox ev kirayə götürməyi optimal yol hesab edirlər:

"Mövsümi olaraq bağ evlərinin həm satış qiymətləri, həm də kirayə qiymətlərində müəyyən dəyişikliklər baş verir. Yay mövsümündə tətilə çıxan ailələr, məktəblilər istirahət üçün xüsusilə bağ evləri ilə maraqlanırlar. Bu da həmin evlərin qiymətində müəyyən dəyişikliklərə səbəb olur. Yəni qiymətlər tələbat olduğu üçün artır.

Artıq neçə ildir ki, insanlar bağ evlərinə külli miqdarda pul sərf edib almaqdansa, kirayə götürməyi üstün tuturlar. Çünki bir neçə ay üçün insanlar artıq xərc çəkməkdənsə, müvəqqəti kirayə tutmağı əlverişli hesab edirlər. Belə olan halda bağ evlərinin qiymətləri yalnız yay ayları yekunlaşdıqdan sonra əvvəlki vəziyyətinə qayıdır".

Ekspert bildirir ki, qiymətlərin qalxması təkcə mövsümi xarakter daşımır, həm də bir çox siyasi və iqtisadi faktorların da buna təsiri var:

"Qiymət artımı təkcə mövsümi xarakter daşımır, həm də manatın alıcılıq dəyəri, ölkədəki iqtisadi vəziyyət buna təsir edir. Bu baxımdan, hesab edirəm ki, bu yay da qiymətlərin ötən illə müqayisədə 10-15 faiz artması gözlənilir. Bu tip evlər yerləşməsindən və komfort səviyyəsindən asılı olaraq aylıq kirayə qiyməti 1 000-3 500 manat arasında dəyişə bilir. Bəzi evlərdə istirahət üçün əlavə tikililər olduğuna görə onlar daha yuxarı qiymətə təklif edilir. Həmçinin bu proses xaricdə baş verən hadisələrlə də bağlı dəyişır.

Belə ki, qardaş ölkə Türkiyədə zəlzələnin baş verməsi və hələ də təkanların olması ehtimalının qalması insanların bağ evlərinə daha çox müraciət etməsinə səbəb olur. Hazırda bazarda qiymətlər ötən illə müqayisədə 7-8 faiz artıb".

Vüqar Oruc rayonlardakı kirayə mənzillərin qiymətlərinin artmasından da söz açıb:

"Rayonlara gəlincə isə daha çox müvəqqəti kotteclər, villalar və kiçik fərdi yaşayış evləri hal-hazırda gündəmdədir. Onların təhlilini apardıqda isə görürük ki, hər il qiymətlər yüksəlir. Əvvəllər bu qiymətlər gündəlik 30-40 manat arası dəyişirdisə, hazırda yerindən asılı olaraq 60-150 manat arası və daha yüksək ola bilir.

Bu, həmçinin, xarici investisiyaların, turistlərin ölkəmizə gəlişi ilə də bağlıdır. İşğal altında olan torpaqlarımızın azad edilməsindən sonra xarici investorların, kapital sərmayəçilərinin bölgəyə diqqəti artıb. Bu da ölkəmizin iqtisadi cəhətdən inkişafına səbəb olmaqla yanaşı, bir sıra sahələrdə qiymətlərin həddən artıq bahalaşmasına da gətirib çıxarır"


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 2640   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 576 ədəd pirotexniki vasitə qanunsuz dövriyyədən çıxarılıb

Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində xeyli miqdarda pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb. xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonu ərazisində həyat

17 noyabr
.

Bu sahədə fəaliyyət tam rəqəmsallaşdırılır

"Bir pəncərə" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib. "Qafqazinfo" xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Fərmana əsasən, sistemin fəaliyyətinin təmin edilməsi məqsədilə müvafiq məlumatların ilkin mənbəyini formalaşdıran dövlət orqanlar

16 noyabr
.

Azərbaycanda çips vergiyə cəlb olunacaq

Çips aksizli mal olacaq və hər kiloqrama görə 1 manat aksiz vergisi tətbiq ediləcək. xəbər verir ki, sözügedən məsələ Vergi Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, çipsin aksizli malların dairəsinə daxil edilməsi, yerli istehsalda hər kiloqrama görə 1 manat məbləğində aksi

5 noyabr
.

Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ

2026-cı il 17 noyabr tarixində Azərbaycan bazarında qiymətli metallar üzrə qızılın qiymətləri məlum olub. "Yeni Sabah" xəbər verir ki, ölkədə 1 unsiya qızılın qiyməti 6 572,4040 manat təşkil edir. Bazar göstəricilərinə görə, 99 əyyarlı təmiz qızılın 1 qramı 211,31 manata bərabərdir. Digər əyyarla

17 noyabr
.

Azərbaycanda planşetlərdə "İOS"un bazar payı 45 % azalıb

Bu ilin oktyabr ayında Azərbaycanda mobil cihazlarda "Android" əməliyyat sisteminin bazar payı 82,39 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi xəbərə görə, bu, sentyabr ayına nisbətən 1,92 faiz bəndi az, 2025-ci ilin oktyabr ayını

2 noyabr
.

Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq

"Azərbaycanın COP31 gündəliyindəki əsas mövzular arasında Xəzər dənizinin problemləri də yer alır". "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev COP31 çərçivəsində qurulan Azərbaycan pavilyonunda jurnalistləri

9 noyabr
.

"ChatGPT" Azərbaycandakı bazar payının 29 %-ni itirib

Oktyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) süni intellekt (AI) "chatbot"u olan "ChatGPT"nin bazar payı 66,51 % təşkil edib. "Report"un "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə, bu

2 noyabr
.

Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərcləri 21 %-dən çox artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən 54,094 milyon ABŞ dolları dəyərində geyim idxal edib. Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,4 % çoxdur. Oktyabrda Türkiyə Azərbaycana 4,927 milyon ABŞ dolları dəyərində geyim ixra

9 noyabr
.

Brent markalı neftin qiyməti bir barel üçün 95,52 dollara düşdü

Əvvəlki hərracların nəticələrində qeydə alınan əhəmiyyətli artımdan sonra cümə səhəri neft qiymətləri orta dərəcədə azalır. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında yanvar ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 0,30 dollar (0,31 faiz) az, 95,52 dollar/bare

13 noyabr