Problemli kreditlərin çoxluğunun ƏSL SƏBƏBİ - Yüksək faizlər, yoxsa...?

Problemli kreditlərin çoxluğunun ƏSL SƏBƏBİ - Yüksək faizlər, yoxsa...?Azərbaycan Mərkəzi Bankının açıqladığı son rüblük hesabatda, problemli kreditlərin həcminin 600 milyon manata çatdığı əks olunub.

Bildirilir ki, bu həcm 2023-cü ilin may ayının 1-nə qədər 591.8 milyon manat təşkil edib, aprel ayının 1-i ilə müqayisədə 0,2 % artıb, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 12.3% azalıb.

Qeyd edək ki, problemli kreditlərin 73.8%-i və 436,6 milyon manatı milli valyutada, 26.2%-i və ya 155.2 milyon manatı isə xarici valyutada olub.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı-ekspert Eyyub Kərimli bildirib ki, ölkədə problemli kreditlərin faizində ötən illə müqayisədə azalma baş verir.

Ən böyük problemli kreditlərin ilk dəfə devalvasiya dövründə yarandığını xatırladan ekspert qeyd edib ki, 2019-cu ildə tüğyan edən pandemiya zamanı bu rəqəm daha da artdı və vəziyyət post-pandemiya dövrünə qədər davam edib:

"Artıq bu sahədə vəziyyət nisbətən düzəlməyə başlayıb. Bu da onunla əlaqədardır ki, həm devalvasiyadan, həm də pandemiyadan sonra banklar qarşısında daha da sərt şərtlər qoyuldu. Əvvəlcə vətəndaşların ödəmə qabiliyyəti analiz edildi və sərt yanaşmalar tətbiq olundu. Hazırda da həm istehlak, həm də digər kreditlərlə bağlı ciddi araşdırma aparılır və müştərinin ödəmə qabiliyyəti əsas götürülür. Bu gün problemli kreditlər dünyanın bir çox ölkələrində var. Bəzən insanlar gəlirlərini hesablamadan, öhdəlikləri barədə düşünmədən kreditlər götürürlər ki, bu da sonradan maliyyə problemlərinin yaşanmasına səbəb olur".

Eyyub Kərimlinin sözlərinə görə, faizlərin yüksək olması, problemli kreditlərin yaranmasına səbəb olur:

"Həm Türkiyə və Gürcüstan kimi qonşu dövlətlərlə, həm də Avropa ölkələri ilə müqayisə etsək, bizdə kredit faizlərinin çox yüksək olduğunu görərik. Bəzən bu göstərici biznes kreditlərində 17-18 faizə qədər, istehlak kreditləri isə 24 faizə qədər artır. Bu baxımdan da Azərbaycanda faizlərin aşağı düşməsinə böyük ehtiyac var".

Ekspert düşünür ki, kredit faizlərinin çox olması bankların depozitlərdən asılı olması ilə əlaqədardır:

"Onlar əhalidən yüksək faizli depozitlər cəlb edir və bunu öz xidmət haqlarının üstünə tətbiq etməklə kreditlər verirlər. Ötən aya nisbətən bu ay problemli kreditlərin faizlərində cüzi artımlar baş versə də, bu, elə də təhlükəli deyil və yəqin ki, cari ilin sonuna qədər vəziyyət düzələcək".

Ölkədə bankların kredit portfelinin artıq 19 milyard manata çatdığını deyən E.Kərimli, bunun 2 faizdən çoxunun biznes kreditlərinin üzərinə düşdüyünü vurğulayıb:

"Bunun 24 faizini istehlak krediti, 15 faizini isə ipoteka kreditləri təşkil edir. Həm bu baxımdan, həm də maddi vəziyyətləri səbəbindən vətəndaşlar kreditlərin ödənişində problemlər yaşamalı olurlar və çox zaman ödəmə qabiliyyətlərini tamamilə itirirlər. Hazırda problemli kreditlərin ümumi kreditlər portfelinə nisbəti 3 faizdir ki, bu elə də böyük rəqəm deyil. Ötən il isə bu rəqəm 3,8 faiz səviyyəsində olmuşdu".


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1914   Tarix: 27 may 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sahil Babayevə müşavir təyin edildi

Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim

14 sentyabr
.

Brent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb

Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü

15 sentyabr
.

Azərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb

Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu

15 sentyabr
.

Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir

8 sentyabr
.

Azərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə

17 sentyabr
.

Azərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?

Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista

7 sentyabr
.

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros

4 sentyabr
.

Azərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili

11 sentyabr
.

Brent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü

İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare

3 sentyabr