Mədəniyyət Nazirliyi Elxan Qasımovun vəfatı ilə əlaqədar nekroloq yaydı - YENİLƏNİB
Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.
Oxu.Az xəbər verir ki, bu fikir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımovun vəfatı ilə nekroloqunda yer alıb.
"Azərbaycan mədəniyyətinə və kino ictimaiyyətinə itki üz verib. Respublikanın Əməkdar artisti, tanınmış aktyor, rejissor Elxan Qasımov mayın 29-da, 78 yaşında vəfat edib.
Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. Azərbaycan Dövlət İncəsənət İnstitutunda (indiki ADMİU) SSRİ Xalq artisti Adil İsgəndərovun kursunda aktyorluq (1962–1966), Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunda rejissorluq (1973–1978) ixtisası üzrə ali təhsil alıb", - nazirlikdən bildirilib.
"Tələbə ikən çəkildiyi "Əhməd haradadır" (1963) filmi (sürücü Əhməd) ilə tanınan və tamaşaçı rəğbəti qazanan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Müxtəlif filmlərdə yaddaqalan rollar oynayıb, rejissor kimi "Köhnə bərə", "Biz qayıdacağıq" filmlərinə quruluş verib. Həmçinin sənədli filmlərin, "Mozalan" kinosüjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.
Elxan Qasımovun əziz xatirəsi onu tanıyanların, həmkarlarının, kinosevərlərin qəlbində yaşayacaq.
Allah rəhmət eləsin!", - Mədəniyyət Nazirliyindən əlavə edilib.
19:52
Əməkdar artist Elxan Qasımovla vida mərasimi sabah "Azərbaycanfilm" kinostudiyasında keçiriləcək.
Bu barədə APA-ya mərhumun sənət və ailə dostu, rejissor Tahir Tahiroviç məlumat verib.
Onun sözlərinə görə, vida mərasimi saat 11:30-da başlayacaq:
"Daha sonra Xırdalanda oğlu Samir Qasımovun yanında dəfn ediləcək".
19:30
Tanınmış kinorejissor, Əməkdar artist, Elxan Qasımov vəfat edib.
Bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı məlumat yayıb.
Qeyd edək ki, Elxan Məmməd oğlu Qasımov 24 aprel 1945-ci ildə Naxçıvanda anadan olub. "Əhməd haradadır" filmindən "şofer Əhməd" kimi tanınan Elxan Qasımov 1969-cu ildən "Azərbaycanfilm" kinostudiyasında işləyirdi. Bədii, sənədli filmlərin, "Mozalan" süjetlərinin müəllifidir.
Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə 18 dekabr 2000-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.
Aktyorun səhhətində bu ilin mayında problemlər yaranmışdı.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Güclü küləklər, intensiv yağışlar, quraqlıq: Azərbaycanı nə gözləyir? - AÇIQLAMA
Niyə bəzi toyuqların yumurtası mavi və yaşıl olur?
Bu gün Azərbaycanda qısa iş günü deyil - Rəsmi
Sinif müəllimi idi, işdən çıxıb milyarder oldu - Bir gündə 2,5 milyard qazandı
Qeyri-sabit hava nə vaxtadək davam edəcək?
Rusiya ən yaxın dostu ilə düşmən olur: Diplomatları ölkədən qovdular
Prezidentlə xanımı Cəbrayılda - Fotolar - Yenilənib
Vüsalə Əlizadə aparıcılığa necə başlayıb? - Özü açıqladı
Kamran Əsədovun 3 il həbsi tələb edildi
Bakıdakı səs-küylü ad gününə dünya ulduzu gəlib
Məşhur ədviyyatın qaraciyəri qocalmadan qoruya biləcəyi məlum olub
Noyabrın 9-u bu yollar BAĞLANACAQ
Rusiya-Ukrayna müharibəsi: Tramp razılaşmanın yaxın olduğunu açıqladı, cəbhədə döyüşlər şiddətlənir
8 Noyabr - Şuşanın azad edildiyi gündür
Tramp İranı yenidən bombalamaqla hədələdi: "Ölkənin qalan hissəsini də məhv edə bilərik"