Həbsdən çıxdı, məhəlləsində öldürdülər - CİNAYƏT İŞİ + VİDEO
Həbsdən çıxan şəxs öz məhəlləsində qətlə yetirilib.
Uzun müddət həbsdə olan Rüfət İmanov (ad və soyad şərtidir) azadlığa çıxdıqdan sonra öz evinə gəlir.
Rüfətin ailəsi ondan çoxdan ayrılmış, özü isə övladları ilə bütün münasibətini kəsmişdi.
Azadlıqda nə edəcəyini düşünən Rüfət bir müddət sonra qərar verir ki, qəsəbədə dolaşıb, tanıdığı birinə rast gəlsin. Küçəyə çıxarkən qəsəbə sakinləri Kənan və dostu ilə qarşılaşır. Onlar bir-birini tanımadıqları üçün salamlaşmırlar. Yad birini qəsəbədə görmək Kənana qəribə təsir bağışlayır.
Rüfət sonra uzun illər dostluq etdiyi Vüsalın mağazasına gəlir. Dostu onu həm işçisi, həm də birlikdə yaşadığı Şəbnəmlə tanış edir.
Onlar daha sonra kafelərdən birində görüşüb, birlikdə vaxt keçirirlər. Şəbnəm Rüfətin davranışlarından narahat olur, Vüsal isə ona bütün bunların zarafat olduğunu deyir.
Kafedən çıxarkən içkili olan Rüfət, Vüsal və Şəbnəm marketin qarşısında Kənanla rastlaşırlar. Kənan onlara qəsəbədə səmimi gəzmələrini irad tutur.
Aralarında yaranan mübahisə zamanı Rüfət belindən çıxardığı bıçaqla Kənan və dostunu qorxutmağa çalışsa da, Kənan üzərindəki bıçaqla Rüfətə ard-arda zərbələr endirir. O, aldığı zərbələrdən hadisə yerində həyatını itirir.
Daha ətraflı Baku TV-nin süjetində:
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 3186 Tarix: 01 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Azərbaycanda DƏHŞƏTLİ OLAY - Dostu ilə əlbir olub qardaşını öldürdü
Prokurorluq Bərdədə baş vermiş hadisə ilə bağlı məlumat yayıb. Rayon prokurorluğundan -a daxil olan məlumatda deyilir:. "Avqustun 28-i saat 20 radələrində Bərdə rayonu, Hacallı kəndində transformatorun içində kənd sakini, 1988-ci il təvəllüdlü Səxavət Nəzərovun meyitinin aşkar edilməsi barədə rayo
30 avqust 2021Pirallahı sakinlərindən narkotik maddə aşkarlandı
Polis əməkdaşları tərəfindən narkotik vasitə, eləcə də, psixotrop maddələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində tədbirlər davam etdirilir. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən -a verilən məlumata görə, Pirallahı Rayo
21 avqust 2021Bakı sakini döyülərək öldürüldü
Avqustun 31-i saat 07 radələrində paytaxtın Səbail rayonunda 1972-ci il təvəllüdlü Eldar Qurbanovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi faktı ilə bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Səbail rayon prokurorluğunda
1 sentyabr 2021DTX-nin şöbə rəisi də qadının qətlinin sifarişinə görə həbs edilib
2018-ci ildə Şirvan şəhərində itkin düşən 62 yaşlı Sarayxanım Abdullayevanın qətlə yetirilməsinə görə Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şöbəsinin baş əməliyyat müvəkkili, kapitan Rövşən Ağayev, Şirvan sakini Mətləb Əmirovun həbsi ilə detallar məlum olub. "Qafqazinfo"ya istinadən xəbə
17 sentyabr 2021Narkotik yetişdirən Hacıqabul sakinləri SAXLANILDI
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslər müəyyən edilərək məsuliyyətə cəlb olunublar. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan -a verilən məlumata görə, daxi
12 sentyabr 2021Qaxda meşəlik ərazidə yanğın BAŞLADI
Bu gün səhər saat 07 radələrində Qax rayonu Güllük kənd inzibati ərazisində, yüksək dağlıq-meşəlik ərazidə yanğın qeydə alınıb. xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Qax və Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin texnikaları və şəxsi heyətləri
25 avqust 2021