İcra başçısının sabiq müavini həbs edildi
Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının sabiq müavini Xalid Rəhimov həbs olunub.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 221 və 315-ci (xuliqanlıq və hakimiyyət nümayəndəsinə qarşı müqavimət) maddələri ilə iş başlanılıb. Məhkəmənin qərarı ilə Hirkan qəsəbə sakini olan X.Rəhimov barəsində istintaq müddəti üçün 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Bildirilib ki, X.Rəhimov 2 gün əvvəl idarə etdiyi "Mercedes" markalı avtomobilin sükan arxasında təhlükəsizlik kəmərindən istifadə etmədiyinə görə Gərmətük qəsəbəsi ərazisində yol polisi tərəfindən saxlanılıb. Bu zaman o, polisə müqavimət göstərib və zorakılıq edib. Bu səbəbdən polis şöbəsinə aparılıb. Saxlanılandan sonra tibbi müayinədən keçirilib və onun sərxoş olması müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirib ki, faktla bağlı açılmış cinayət işinin materialları aidiyyəti üzrə Lənkəran Rayon Prokurorluğuna göndərilib.
Qeyd edək ki, Xalid Rəhimov 2021-ci ilədək Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, hadisə barədə ilk məlumatı cenublu.az saytı yayıb.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 2303 Tarix: 06 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabr