Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb

Azərbaycanda sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıbBu ilin yanvar-may aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2,1 milyard manat təşkil edib.

Sonxeber.az Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9 % çoxdur.

5 aylıq daxilolmaların 1,3 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 15,2 % çoxdur.

Hesabat dövründə işsizlikdən sığorta haqları üzrə daxilolmalar isə 72,5 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,7 % çoxdur. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16,1 % artaraq 54 milyon manata çatıb.

5 ay ərzində icbari tibbi sığorta haqları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 17,9 % artaraq 370 milyon manat təşkil edib. O cümlədən, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 20,8 % artaraq 260 milyon manat olub.


Sonxeber.az
Telegramda izləyin
İqtisadiyyat   Baxılıb: 1379   Tarix: 10 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda istehlak bazarı 5 %-ə yaxın böyüyüb

Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 33,1 milyard manat olub. "Report" bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu, 2025-ci ilin yanvar-may aylarına nisbətən rea

20 iyun
.

Meyvə-tərəvəz niyə ucuzlaşmır? (VİDEO)

Qeyri-sabit hava şəraiti bazarlarda qiymətlərə də təsir edib. Qaynarinfo -a istinadən xəbər verir ki, bazarlarda meyvə-tərəvəz bol olsa da, qiymətlər bahadır. Satıcılar da bu il bəzi meyvə-tərəvəzlərin qiymətlərinin ötən illə müqayisədə fərqli olduğunu təsdiq edirlər. Satıcılar qiymətlərin yüksək olmasını

6 iyun
.

Qramı 290 manat oldu: Qızıl bazarında SON QİYMƏTLƏR

Qızıl bazarında son dövrlər nəzərəçarpacaq durğunluq yaranıb. Dünya bazarlarında qiymətli metalın bahalaşması yerli bazarda da özünü göstərir. Bu isə həm alıcı fəallığının azalmasına, həm də satışların əvvəlki dövrlərlə müqayisədə zəifləməsinə səbəb olub. -in məlumatına görə, qızıl mağazalarının sahiblər

3 iyun
.

Hüseyn Hüseynov: "Dayanıqlılıq uzunmüddətli iqtisadi strategiyanın əsas prinsipidir"

"Qlobal Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) 83%-i hələ də yerinə yetirilməyib və onların şəhərsalma siyasətinə inteqrasiyası artıq zərurətə çevrilib". xəbər verir ki, bunu iqtisadiyyat nazirinin müşaviri Hüseyn Hüseynov Bakıda keçirilən Dünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşki

22 may
.

Azərbaycanda həyat sığortası üzrə ödənişlər 13 %-ə yaxın artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 227,468 milyon manat sığorta haqqı toplanılıb. "Report" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12,5 % çoxdur. Hesabat dövründə həyat sığortası növləri üzr

3 may
.

Qlobal bazarlarda qızıl, gümüş və platin ucuzlaşıb

Qlobal əmtəə bazarlarında qiymətli və sənaye metallarının qiymətində eniş qeydə alınıb. xəbər verir ki, COMEX birjasında avqust fyuçersləri üzrə qızılın qiyməti 73 dollar və ya 1,72% azalaraq bir unsiya üçün 4 172,9 dollara düşüb. Spot qızıl isə 54,26 dollar və ya 1,29% ucuzlaşaraq 4 155,71 dollar olub

20 iyun
.

Azərbaycan Türkiyədən meyvə-tərəvəz məhsulları idxalına çəkdiyi xərci 8 %-dən çox artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Türkiyədən 6,874 milyon ABŞ dolları dəyərində meyvə-tərəvəz məhsulları idxal edib. "Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8,2 % çoxdur. Təkcə apreldə Türkiyə Azərbaycana 2,399 milyo

9 may
.

Bakıda istiqaməti dəyişdirilən avtobusların hərəkət sxemi bərpa edilir

WUF13 ilə əlaqədar 28 marşrutun əvvəlki sxemi üzrə, eləcə də müvəqqəti dayandırılan 4 ekspres marşrutun fəaliyyətini bərpa edilir. xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb. Bildirilib ki, mayın 23-dən 15, 18, 31, 32, 60, 70, 71, 107, 107A, 118A, 118B, 125, 131, 133

22 may
.

BTQ dəmir yolunun rəsmi açılışı olacaq

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun rəsmi açılışı iyunun 2-də keçiriləcək. xəbər verir ki, mərasim Gürcüstanın Axalkalaki stansiyasında keçiriləcək. Mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur. Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimind

28 may