İslahat, yoxsa keçmişə qayıdış?

İslahat, yoxsa keçmişə qayıdış?Elm və Təhsil Nazirliyinin 6-cı siniflərdə fizika və biologiya fənlərinin ləğv edilməsi ilə bağlı qərarı valideynlər və müəllimlər arasında narahatlıq yaradıb. Valideynləri universitetə hazırlaşan övladlarının hazırlıq proqramı, müəllimləri isə dərs saatlarının azalıb-azalmayacağı maraqlandırır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı sinifdə biologiya və fizika fənləri tədris olunmayacaq, onların əvəzinə təbiət fənni keçiriləcək. Bu yenilik sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Xüsusilə, övladı 6-cı sinfi bitirən valideynlər 7-ci sinifdə bu fənlərin təkrar keçiriləcəyini düşünür, yuxarı sinifdə oxuyan uşaqların valideynləri isə qəbul imtahanına salınacaq suallarda bu nüansın nəzərə alınıb-alınmamasının narahatlığını keçirirlər. Müəllimlər də bu tətbiqlə dərs yüklərinin azalmasından narahatdırlar.

"Təhsildə keçmişə baxaraq nümunə götürmək uğurlu olmayacaq"

Elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyir ki, 2000-ci illərdə 5-ci sinifdə təbiətşünaslıq, 6-cı sinifdə biologiya, 7-ci sinifdə isə fizika və zoologiya tədris olunurdu. İndiki yeniliklə həmin dövrə qayıdırıq. Mütəxəssis düşünür ki, keçmişə baxaraq nümunə götürmək uğurlu olmayacaq: "6-ci sinifdə oxuyan uşaqların biologiya və fizika fənləri üzrə göstəriciləri dəyərləndirilmədən bu qərara gəlindiyini düşünürəm. Əsaslandırırlar ki, təhsildə məzmun, keyfiyyətin artırılması üçün belə bir addım atılıb. 6-cı sinifdən biologiya və fizika fənlərinin çıxarılması hansı məzmun, keyfiyyətin artırılmasına səbəb olacaq və nəyi dəyişəcək? Axı 10 il əvvəl də belə idi, nə dəyişmişdi? Məgər o dövrdə fizika və biologiya fənni üzrə göstəricilər o qədərmi güclü idi ki, yenidən ona keçdik? 21-ci əsrin təhsil modeli yalnız irəli baxmağı və dünyanın təhsil mərkəzləri olan ölkələrin təcrübələrindən istifadəni uyğun görür".

Müəllimlər və valideynlər narahatdır

Mütəxəssis deyir ki, bu qərar müəllimlər və valideynlər arasında da ciddi müzakirələrə səbəb olub: "İlk narahatlıq müəllimlərlə bağlı yaranır. Çünki iki fənnin bir sinifdən çıxarılması fizika və biologiya fənlərindən dərs deyən müəllimlərin də dərs saatlarının azalması ehtimalını artırır. Məsələn, X adlı müəllim biologiya fənnini tədris edir, onun cəmi 12 saat dərsi var. Bu 12 saatın 8 saatı 6-cı siniflərə düşür. X müəllim 8 saatdan məhrum edilir. İkinci həssas təbəqə isə valideynlərdir. Artıq valideynlər 6-cı sinifdə biologiya və fizika fənlərinin çıxarılmasını övladlarını uğursuzluğa aparan detal kimi görəcəklər. Ümumi olaraq, cəmiyyətdə belə fikir yaranır ki, 6-ci sinifdə fizika və biologiya fənləri çıxarılıbsa, deməli, onun tədrisinə ehtiyac yox idi, bizim uşaqlar neçə il ərzində boş yerə oxuyub. Valideyn psixologiyası belədir".

"Uşaq var ki, 6-cı sinifdə kim olacağına qərar verir"

Təhsil eksperti bu qərarı düzgün hesab etmədiyini də vurğulayır: "O yaş qrupunda olan şagird artıq öz maraq dairəsini formalaşdıra, hansısa elmin ibtidai bilgilərində özünü görə bilər. Belə məqamda biologiya və fizika kimi spesifik və əsl elmi konsepti olan fənlər mütləq saxlanılmalı idi. Uşaq var ki, 6-cı sinifdə kim olacağına qərar verir. İki vacib fənnin 6-cı sinifdən çıxarılmasını uyğun hesab etmirəm. Bu fənlərin ibtidai bilgilərini nə qədər tez versək, o qədər yaxşıdır".
Bu fənlərin interaktiv tədrisini nəzərdə tutan kitablar hazırlanır

Təhsil eksperti Qoşqar Məhərrəmov isə tam fərqli düşünür. Deyir ki, fənlər ləğv edilmir, sadəcə 3 fənn 1 kitabda birləşdirilir: "Hazırda Təhsil İnstitutu iki fərqli komanda ilə "Riyaziyyat" və "Təbiət" fənni kitablarını yazır. Bu kitablar pilot layihə kimi tətbiq olunmağa başlayıb. Beynəlxalq təcrübədə bu, fizika, kimya, biologiya fənlərinin ləğv olunması mənasına gəlmir. Bu fənlərin birlikdə interaktiv tədrisini nəzərdə tutan kitablar hazırlanır. Bunun səbəbi odur ki, şagirdlər fənləri ayrı-ayrılıqda qavrasa da, bunların bir-biri ilə əlaqəsini başa düşmür. Nadir hallarda müəllimlər dərsləri bir-biri ilə inteqrasiya edə bilir. Ona görə də beynəlxalq təcrübədən faydalanaraq islahat başlayıb. Dövlət İmtahan Mərkəzi də buna uyğun olaraq suallarını hazırlayacaq. Yəni məzmun standartları saxlanılaraq islahatlar aparılır. Məzmun etibarilə əskik və ya artıq heç nə yoxdur, sadəcə yanaşma şəkli dəyişir".

Bəs təbiət fənnini kimlər tədris edəcək?

Mütəxəssis deyir ki, bu fənni fizika, kimya və biologiya müəllimi tədris edə bilər: "Bu fənlər uzun illərdir ki inkişaf etmiş ölkələrdə təbiət adı altında tədris olunur. Eyni zamanda, bəzi ölkələrdə sırf "Sience" (Elm) müəllimi bakalavr ixtisasları var. Həmin ixtisasdan məzun olanlar da bu fənni tədris edir. Sadəcə həmin fənn müəllimləri əhatələrini daha geniş tutmalıdır. Məsələn, fizika müəllimi təbiət dərsini keçmək istəyirsə, bu fənn səviyyəsində kimya və biologiyanı da öyrənməlidir və ya əksinə. Bu formanın səbəbi inteqrasiyadır".

Müəllimlərin dərs yükü azalmayacaq

Müəllimlərin dərs yükünün azalması məsələsinə gəldikdə isə, mütəxəssis vurğulayır ki, təbiət fənninin dərs yükü çoxalacaq: "Yenə həmin müəllimlərə dərs saatı veriləcək. Sadəcə onların dərsinin adı təbiət olacaq. Müəllimlərin dərs yükü azalmayacaq. Məsələn, hazırda fizika, kimya, biologiya həftədə 2 saatdırsa, təbiət dərsi həftədə 6 saat olacaq".

Nazirlik nə deyir?

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən bildirdilər ki, Nazirlər Kabinetinin 29 sentyabr 2020-ci il tarixli 361 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları" sənədinə əsasən, ümumi təhsilin səviyyələri üzrə tədris olunan fənlərin siyahısında müəyyən dəyişikliklər edilib, ümumi orta təhsil səviyyəsindən Həyat bilgisi fənni çıxarılaraq təbiət fənni əlavə edilib. Qərara əsasən, 2022-2023-cü dərs ilində ölkənin bütün 5-ci siniflərində təbiət fənni tədris olunub. 2023-2024-cü dərs ilində bütün 6-cı siniflərdə təbiət fənninin tədrisinin davam etdirilməsi nəzərdə tutulur. Təbiət fənninin məzmununa fizika, kimya və biologiya fənləri üzrə ilkin biliklər daxil edilib. İnteqrativ məzmunlu bu fənn 7-ci siniflərdə tədris olunacaq fizika, kimya və biologiya fənlərinə keçid xarakteri daşıyır.

Həmçinin, nazirlikdən verilən məlumata əsasən, 5-6-cı siniflərdə təbiət fənni tədris edilən şagirdlər 9 və 11-ci siniflərə çatdıqda müvafiq imtahanların proqramları da onların təhsil aldığı standart və mövzulara uyğunlaşdırılacaq.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1699   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr