Peru mətbuatında erməni yalanları ifşa edilib
Perunun ən nüfuzlu qəzetlərindən olan "El Comercio"da Azərbaycanın bu ölkədəki səfiri Məmməd Talıbovun erməni yalanlarını tam ifşa edən "Yalanlar etimad və sülhə yardım edə bilməz" adlı ətraflı məqaləsi dərc olunub.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.
Erməni səfirinin həmin nəşrə verdiyi müsahibəsindəki iftira və yalanlarına cavab olaraq qələmə alınmış məqalədə regionun tarixi və burada cərəyan edən hadisələr barədə ətraflı məlumat verilib. Azərbaycanın əzəli torpağı olan Qarabağın beynəlxalq ictimaiyyət, o cümlədən Peru tərəfindən ölkəmizin tərkib hissəsi kimi tanındığı, bundan əlavə, tarixən azərbaycanlıların yaşadıqları Zəngəzur, Basarkeçər, Göyçə kimi ərazilərdə onillərdir milli-mədəni irsimizin məqsədyönlü şəkildə dağıdılıb silinməsi, Azərbaycan toponimlərinin erməniləşdirilməsi oxucuların diqqətinə çatdırılıb.
Məqalədə, həmçinin Ermənistanın Azərbaycana qarşı 30 ilə yaxın davam etmiş hərbi təcavüzü, işğalçılıq siyasətinin ağır nəticələri, Ermənistan tərəfindən törədilmiş soyqırımı, çoxsaylı dəhşətli müharibə cinayətləri, həyata keçirdikləri etnik təmizləmələr barədə geniş məlumat yer alıb. Azərbaycana və qonşu dövlətlərə qarşı ərazi iddialarından əl çəkməyən ermənilərin insanlığa qarşı bu amansız cinayətləri törətdikləri halda özlərini belə əməllərin qurbanı kimi qələmə verməklə təcavüzkar siyasətlərinə bəraət qazandırmağa cəhd etdikləri vurğulanıb.
Eyni zamanda, Azərbaycanın erməni terrorunun ağır fəsadları ilə qarşılaşmasına baxmayaraq, keçdiyi uğurlu siyasi-iqtisadi inkişaf yoluna nəzər salınıb, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib. Burada ən böyük çətinliklərdən birinin erməni təcavüzkarları tərəfindən həmin torpaqlarda işğal zamanı yüz minlərlə minanın basdırılması və bunun yüzlərlə həmvətənimizin həyatlarını itirmələrinə səbəb olduğu bildirilib.
Monoetnik Ermənistandan fərqli olaraq, tarixən multikulturalizm dəyərlərinə səmimi bağlılığı ilə seçilən Azərbaycanda müxtəlif xalqlara və dinlərə mənsub insanların sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilib.
Yazıda Laçın yolunun bağlanması və erməni sakinlərin guya "blokada"ya alınması ilə bağlı erməni yalanlarına aydınlıq gətirən səfir M.Talıbov bu iddiaların tamamilə əsassız olduğunu faktlarla sübut edib, nəqliyyat vasitələrinin həmin yoldan sərbəst şəkildə istifadə etdiyi barədə məlumat verib. Qeyd edilib ki, Ermənistandan Azərbaycan ərazisinə qeyri-qanuni silah, sursat və erməni hərbçi heyətinin daşınmasının qarşısını almaq məqsədilə Azərbaycan beynəlxalq hüquq normalarına uyğun olaraq öz suveren ərazisində nəzarət-buraxılış məntəqəsi təsis edib. Diplomat həmin məntəqənin fəaliyyətindən, onun beynəlxalq sərhəddə şəffaflıq, burada sülh və sabitliyə xidmət etməsindən danışıb.
Məqalədə, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi və sülh sazişi üzrə danışıqlar barədə ətraflı məlumat verilib, sülh üçün yeganə yolun Azərbaycanın təklif etdiyi 5 əsas prinsip əsasında sülh sazişinin imzalanması, sərhədlərin delimitasiyası, regiondakı kommunikasıyaların, o cümlədən Zəngəzur dəhlizinin açılması, Ermənistanın isə ərazi iddialarından əl çəkməsi olduğu vurğulanıb.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Maye əl sabunu, yoxsa bərk sabun? - DERMATOLOQDAN AÇIQLAMA
Pensiyalar bu tarixdə ödəniləcək
Təbii enerji mənbəyi: Yorğunluqdan xilas edən 5 meyvə
Prezidentdən mükafat və maaş əlavələri ilə bağlı mühüm fərman
Avtobuslar qarajda, sərnişinlər dayanacaqda: Sürücülər niyə işləmək istəmir? - İQTİSADÇIDAN AÇIQLAMA
Şəhidimizin adını daşıyan gəmiyə dron hücumunun anbaan görüntüləri - Video
Klassik kostyum, dizdən aşağı ətək... - Müəllimlər üçün geyim kodeksləri açıqlanıb
Ölkədə qızıl ucuzlaşdı, yoxsa bahalaşdı?
Bakının altı rayonunda su niyə hələ də verilməyib?
Fatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı
Mehriban Rəhimliyə hökm oxundu
Fərdi ev tikənlərə XƏBƏRDARLIQ: Bu səhvlər faciəyə səbəb ola bilər
Nigar Fərhadın əri DTX təcridxanasından köçürüldü
Aqşin Fatehə ağır itki