Yeni yaşayış məntəqələrinə ehtiyac var: Kəndlərimizi necə "ağıllandıraq"? - ARAŞDIRMA

Yeni yaşayış məntəqələrinə ehtiyac var: Kəndlərimizi necə "ağıllandıraq"? - ARAŞDIRMADünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl ölkəmizdə yoxsul əhalinin 60 faizinin kənd yerlərində yaşadığını diqqətə çatdıraraq, "ağıllı kənd" layihələrinin icrasının yoxsulluq səviyyəsinin azalmasına səbəb olacağını vurğulayıb. O bildirib ki, Dünya Bankı Azərbaycanın həyata keçirdiyi bu layihələri dəstəkləyir. Asiyada belə layihələrin geniş yayıldığını xatırladan menecer əlavə edib ki, məhz kənd yerlərində texnologiyalardan istifadə yoxsulluğu təxminən 50 faiz azaldır.

"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

Xatırladaq ki, işğaldan azad olunan Zəngilan rayonunun Ağalı kəndində tikinti-quruculuq işləri həyata keçirilərkən Azərbaycanda ilk dəfə olaraq "ağıllı kənd" layihəsi icra olunub. Prezident İlham Əliyevin ötən il Zəngilana səfəri çərçivəsində istifadəyə verilən Ağalı kəndində innovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji ev, ikimərtəbəli 4 qeyri-yaşayış binası, 360 şagird yerlik məktəb və 60 yerlik uşaq bağçası tikilib. Ümumilikdə 110 hektardan çox ərazini əhatə edən kənddə yaradılan "ağıllı məktəb"də distant təhsilin aparılması üçün bütün imkanlar var. Burada müasir şəhərsalma standartları tətbiq olunub, piyada və velosiped yolları çəkilib. Yaşayış məntəqəsinin ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. "Ağıllı kənd təsərrüfatı"nda müasir suvarma sistemlərindən istifadə tətbiq olunub. Bundan əlavə, "ağıllı kənd" layihəsi üçün əkin planı hazırlanıb, əkin işi aparılıb. "Ağıllı kənd"də ictimai fermanın qurulması da əvvəlcədən planlaşdırılıb ki, burada "ağıllı idarəetmə sistemi" data və təhlil mərkəzindən həyata keçiriləcək.

Göründüyü kimi, Sara Mayklın qeyd etdiyi "Ağıllı kənd" layihəsi artıq Zəngilan rayonunun Ağalı kəndində icra olunub. Yoxsulluq səviyyəsinin azalmasına xidmət edən bu layihənin Azərbaycanın digər rayonlarındakı kəndlərində də tətbiqi mümkündürmü? Ümumilikdə 1724 kənd ərazi dairəsi və 4246 kəndimizi necə "ağıllandıra" bilərik? Bununla bağlı xüsusi proqram və layihə varmı?

İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı açıqlamasında bildirib ki, yoxsul əhalinin böyük hissəsi kəndlərdədir. Onun sözlərinə görə, buna səbəb pul dövriyyəsinin şəhərlə müqayisədə kəndlərdə çox aşağı səviyyədə olmasıdır:

"Pul dövriyyəsi, yaxud dövriyyədə olan pulun həcmi nə qədər azdırsa, o məkanda kasıblıq bir o qədər yuxarıdır. Bu, bütün dünyada belədir. Kənd ilə şəhərdəki həyat səviyyəsi eyni olmur. Bu da birbaşa dövriyyədə olan pul həcmləri ilə bağlıdır. "Ağıllı kənd"lərə gəlincə, onların iqtisadi aktivliyi artırması məntiqə söykənir. Belə ki, əgər "ağıllı kənd"lərdə iqtisadi aktivlik artarsa, orada pul dövriyyəsi artır. Bu da öz növbəsində həyat səviyyəsinin yüksəlməsinə təsir edir. Amma kəndlərdə işığın axşam düşəndə yanması, səhər açılanda söndürülməsi, küçənin asfalt olması, robot texnikasının hansısa işlər görməsi və sair məsələlər iqtisadi artımı təkbaşına tətikləmir. Bunun altında mütləq yaradılan dəyər olmalıdır, emal, istehsal sahəsi. İstehsal sahəsi olmayan kənddə xidmət sahəsi ola bilməz. Çünki o xidməti ödəmək üçün kənd sakininin pulu olmalıdır. Pulu da kəndlinin orada yaratdığı məhsuldan əldə etməsi mümkündür. İstehsal və emalın olmayacağı yerlərdə heç bir "ağıllı kənd", "ağıllı şəhər" layihəsi uğur qazana bilməz. Belə layihələrdən danışırıqsa, orada mütləq şəkildə emal və istehsal sahələri yaradılmalıdır. Bu, sənaye tipli, kənd təsərrüfatı təyinatlı ola bilər - əkinçilik, şərabçılıq, arıçılıq və s. "Ağıllı kənd" və ya "ağıllı şəhər" konsepsiyası harada olursa, onun altını mütləq şəkildə istehsal, emal sahələri doldurmalıdır".

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, "ağıllı kənd" yalnız idarəetmənin elektronlaşması və xidmətlərin əlçatanlığının artırılması baxımdan deyil, eyni zamanda məşğulluğun təmin edilməsi aspektindən də vacibdir.

Deputatın fikrincə, "ağıllı kənd" və "ağıllı şəhər" konsepsiyasını tətbiq edən ölkələrdə, o cümlədən Avropa İttifaqının üzvü olan əksər dövlətlərdə bu, həm də məşğulluğun təmin olunmasına səbəb olub:

"Praktik olaraq "ağıllı kənd" biznesdə idarəetmə, emaledici sənayenin inkişafı baxımdan çox vacibdir. Nəzərə alaq ki, "ağıllı kənd"in tətbiq ediləcəyi Qarabağ və Şərqi Zəngəzurda bu, həm də iş yerlərinin yaradılmasına xidmət edəcək. Ona görə Prezident İlham Əliyev xüsusilə qeyd edib ki, Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan model sonrakı mərhələdə digər bölgələrimizə transfer edilə bilər. Əgər nəzərə alsaq ki, "ağıllı kənd" və "ağıllı şəhər" layihəsinin tətbiq edilməsi məşğulluğun təmin edilməsi, yoxsulluğun minimumlaşdırılması baxımdan müsbət təsirlərə malikdir, o zaman bu təcrübənin digər bölgələrimizdə tətbiqi məqsədəuyğun olardı. Bu, ölkədə həm yaşayış məntəqələrinin konsepsiyaya uyğun olaraq mərhələli şəkildə qurulmasına, həm də yeni yaşayış məntəqələrinin salınmasına gətirib çıxara bilər. Onu da vurğulamaq yerinə düşər ki, hazırda bir sıra rayonlarda yeni yaşayış məntəqələrinin salınmasına ehtiyac var".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 715   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Azərbaycanın əməkdar artisti DÜNYASINI DƏYİŞDİ - FOTO

Azərbaycan Respublikasının əməkdar artisti, Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Əli Şəmsəddin oğlu Əliyev vəfat edib. BİG.AZ "Report"a istinadən xəbər verir ki, 1956-cı ildə anadan olan aktyor uzun illər sənətə xidmət göstərib. O, 1983-cü ildən etibarən Naxçıvan Dövlət Milli Dram Teatrınd

26 aprel
.

Stilisti öldürən şəxslə bağlı YENİ QƏRAR

Bakıda stilist Orxan Seyidovu qətlə yetirməkdə ittiham olunan Pərviz Həsənovun barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Ali Məhkəmədə hakim İlqar Cəfərovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şikayət təmin edilməyib. İttiham

27 aprel
.

Məzahir Pənahov yenidən MSK sədri seçildi

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. "Qafqazinfo" xəbər verir ki, iclasda MSK-nın sədri, müavini və katibləri seçilib. Məzahir Pənahov yenidən MSK-nın sədri seçilib. Qeyd edək ki, 75 yaşlı Məzahir Pənahov 26 ildir (200-ci ildən) Komissiyaya rəhbərli

27 aprel
.

Binaların altındakı gizli təhlükə - Bakıda 16 min bina...

Divarların sökülməsi, konstruksiyaya edilən gizli müdaxilələr və sənədlərdə "ev" kimi görünən, amma əslində mağazaya çevrilən mənzillər hər an partlamağa hazır olan bombanı xatırladır. Birinci mərtəbələrdəki divarların aşırılması bütöv bir binanın sütunlarını sarsıdır və on minlərlə insanı

26 aprel
.

Leyla Əliyeva İsmayıllı səfərindən fotolar paylaşdı

Leyla Əliyeva instaqram hesabında İsmayıllıya səfərindən fotolar paylaşıb. "Qafqazinfo" xəbər verir ki, o, səfəri çərçivəsində həmçinin İsmayıllı şəhəri Uşaq və Ailələrə Dəstək Mərkəzini ziyarət edib

27 aprel
.

Alimlərdən sensasion araşdırma: Quşlar tirannozavrların sirrini açır

Tədqiqatçılar müasir heyvanların davranışlarının onların qədim əcdadlarının davranışları ilə oxşar olub-olmadığını sübut etməyə çalışırlar. "The Guardian" nəşrinə istinadən xəbər verir ki, alimlər quşların davranışı barədə məlumatlardan istifadə edərək tirannozavrların düşüncə proseslərin

27 aprel
.

2 ay əvvəl evlənən qazi qəzada öldü - Foto

Lerik rayonunda yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə rayonun Nəsodi kəndi ərazisində qeydə alınıb. Belə ki, Astara rayonunun 199-cu il təvəllüdlü Motlayataq kənd sakini Həmzə Pənah oğlu Mirseyidzadə idarə etdiyi "QAZ-66" markalı yük avtomobili il

27 aprel
.

Muxtar Babayev: Azərbaycanda erkən xəbərdarlıq sistemləri gücləndirilir

Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Qazaxıstanın Astana şəhərində keçirilən Regional Ekoloji Sammit (RES 2026) çərçivəsində erkən xəbərdarlıq və fəlakət riskinin azaldılması üzrə yüksək səviyyəli sessiyaya qatılıb. "Report" xəbər verir ki, M. Babayev b

26 aprel
.

Evinin həyətində cərəyan vurub öldürdü

Ağstafada ölümlə nəticələnən hadisə baş verib. "Qafqazinfo" xəbər verir ki, aprelin 26-sı rayonun Aşağı Kəsəmən kəndində yaşayan 2010-cu il təvəllüdlü Hüseynov Nəsir Ayaz oğlu yaşadığı evin həyətində elektrik naqilinin açıq olan hissəsinə əlini vurarkən cərəyan vurması nəticəsində ölüb. Faktl

27 aprel