"Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi: "Azərbaycandakı turnir mənə böyük təkan verəcək"

"Əziz Şuşa" beynəlxalq velosiped yarışının qalibi: "Azərbaycandakı turnir mənə böyük təkan verəcək""Azərbaycandakı turnir mənə böyük təkan verəcək".

"Report"un məlumatına görə, bunu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Əziz Şuşa" beynəlxalq velosiped yarışının beşinci mərhələsinin qalibi Emanuele Ansaloni mətbuat konfransında deyib.

Beyləqan-Şuşa marşrutu üzrə 132,2 km məsafə qət edərək finiş xəttinə birinci çatan, eyni zamanda, ümumi turnirin qalibi olaraq, sarı formanı özündə saxlayan italiyalı velosipedçi təəssüratlarını bölüşüb: "Bu yarış mənim üçün çox vacib idi. İki dəfə qalib olduğum üçün xoşbəxtəm. Bu gün həm mərhələnin, həm də ümumi turnirin qalibi oldum. Komanda yoldaşlarıma dərin təşəkkürümü bildirirəm. Kürsüdə oturmağımda onlar böyük rol oynadılar. Təşkilat Komitəsinə də minnətdaram. Çünki turnir mükəmməl təşkil olunmuşdu. Bundan sonra İtaliya çempionatına hazırlaşacağam. Ardından Rumıniya turu barədə düşünəcəyəm".

Növbəti dəfə ən yaxşı dağ velosipedçisi adına yiyələnərək, qırmızı formanı özündə saxlayan Azərbaycan millisinin idmançısı Samir Cəbrayılov buna görə Beyləqan camaatına təşəkkür edib: "Dünən demişdim ki, qırmızı forma üçün sona qədər mübarizə aparacağam. Beyləqanda bizə böyük dəstək var idi. Bu, mənə əlavə enerji verdi. Bu dəstək ayaqlarımda, bədənimdə ağrı olması barədə düşünməyimə imkan vermədi. Bu formaya yiyələnmək istəyən bir neçə velosipedçi var idi. Amma mən də taktiki gedişlər etdim, marşrut boyu 15 dəfə hücuma keçdim. Finiş mənim üçün 96 km idi. Yolboyu dua edirdim bu forma məndə qalsın".

Turnirin ən yaxşı gənc velosipedçisi kimi ağ forma alan Qazaxıstanın "Astana" klubunun üzvü Remxi Rudolf turnirin çox çətin alındığını etiraf edib: "Öz nəticəmdən də çox razıyam. Komandam bunun üçün mənə çox köməklik göstərdi. Bundan sonrakı planım Qazaxıstan çempionatına hazırlaşmaq və ardından Çindəki turnirdə çıxış etməkdir".
Yarışın direktoru Roland Hofer "Əziz Şuşa" yarışının uğurla təşkil olunduğunu söyləyib: "Bugünkü mərhələmiz velosipedçilər üçün çox çətin və bizim üçün həyəcanlı oldu. Yarış gərgin başladı, startda liderlər yaransa da, sonradan digərləri onlara çatdılar. İştirakçılar yoxuşun çox olduğunu bildirdilər. Turnirin belə gözəl təşkilinə görə çox şadam. Komanda olaraq çox gözəl iş gördük. Xüsusən də, yol örtükləri velosiped üçün ideal idi. Heç kimin qəza törətməməsi sevindirici hal oldu. Sabahdan etibarən növbəti ilin yarışına hazırlaşacağıq".

Azərbaycan Velosiped Federasiyasının (AVF) baş katibi Elnarə Musayeva xaricdən gələn qonaqların təşkilatçılıqdan razı qaldıqlarını açıqlayıb: "Şükürlər olsun ki, beş mərhələdən ibarət yarışımız qəzasız-bəlasız bitdi. İdmançılar, qonaqlar razı qaldılar. Bakıda başlayan yarış Şuşada yekunlaşdı. Qonaqlar ölkəmizdən, təşkilatçılıqdan məmnun qaldılar. Ümid edirik ki, gələn il də onları burada görərik".

Qeyd edək ki, "Əziz Şuşa" beynəlxalq velosiped yarışına iyunun 7-də Bakıda start verilmişdi.


Sonxeber.az
Telegramda izləyin
İdman   Baxılıb: 808   Tarix: 11 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Güləşçimizdən DÇ-də gümüş medal

Azərbaycanın yunan-Roma güləşçisi Elmir Əliyev U-23 dünya çempionatının gümüş medalını qazanıb. "Qafqazinfo" xəbər verir ki, o, finalda qazaxıstanlı Aybek Aytbekova 4:13 hesabı ilə məğlub olub. Qeyd edək ki, oktyabrın 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək yarışda Azərbaycanı 23 güləşç

14 oktyabr
.

FIFA U-15 Dünya Çempionatı və Festivalının ilk iştirakçısı Azərbaycana gəlib - Foto

Oktyabrın 22-də Bakıda start götürəcək və futbol tarixində ilk dəfə təşkil olunacaq FIFA U-15 Dünya Çempionatı və Festivalının iştirakçıları paytaxtımıza gəlməyə başlayıblar. xəbər verir ki, bu barədə AFFA məlumat yayıb. Bildirilib ki, turnir çərçivəsində Bakıya gələn ilk kollektiv artıq Azərbaycandadır

20 oktyabr
.

"İmişli" komandası ispaniyalı baş məşqçi axtarışındadır

"İmişli" komandası ispaniyalı baş məşqçilərin xidmətində daha çox maraqlıdır. Bunu "Report"a açıqlamasında adıçəkilən klubun icraçı direktoru Aqşin Mürsəlov deyib. Bölgə təmsilçisinin rəsmisi "İmişli" üçün baş məşqçi axtarışlarının davam etdiyini söyləyib:. "Hazırd

20 oktyabr
.

"Çelsi"nin futbolçusu Ris Ceyms əməliyyat olunub

İngiltərənin "Çelsi" klubunun müdafiəçisi Ris Ceyms dizindən əməliyyat keçirib. klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçu artıq prosesinə başlayıb. Müdafiəçinin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil. O, oktyabrın 10-da Premyer Liqada "Bornmut"l

16 oktyabr
.

"Sabah" - "Barselona" matçının biletləri satışda

UEFA Çempionlar Liqasının liqa mərhələsində "Barselona" ilə qarşılaşacaq "Sabah"ın ev oyununun biletləri satışa çıxarılıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti yayıb. Görüşün bilet satışı " vasitəsilə həyata keçirilir. Qarşılaşma noyabrın 25-d

19 oktyabr
.

UEFA Çempionlar Liqasının III turuna 9 oyunla yekun vurulacaq

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turuna 9 oyunla yekun vurulacaq. -ın məlumatına görə, "Bavariya" "Arsenal"ı, "Real" isə "Leyptsiq"i sınağa çəkəcək. Həmçinin "Mançester Yunayted" "Komo"nun, "Qalatasaray" isə "Lill"i

21 oktyabr
.

"Zirə"nin müdafiəçisi Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib

Amin Seydiyev Premyer Liqada 200-cü oyununu keçirib. Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Zirə"nin futbolçusunun yubileyi "Şamaxı" ilə matça (1:1) təsadüf edib. 27 yaşlı müdafiəçi Misli Premyer Liqasının VII turuna start heyətində çıxıb. Debütü 2018/19 mövsümündə gerçəkləşə

12 oktyabr
.

"Liverpul" David Otorbini 30 milyon avro qarşılığında heyətinə qatmaq istəyir

İngiltərənin "Liverpul" klubu İspaniya təmsilçisi "Valensiya"da çıxış edən futbolçu David Otorbini heyətinə qatmaq istəyir. "Report" "Tribuna Deportiva" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi 19 yaşlı hücumçuya görə 30 milyon avro ödəmək niyyətindədir

24 oktyabr
.

FIFA: Azərbaycan U-15 dünya çempionatı və festivalına hazırdır

Azərbaycan U-15 dünya çempionatına və festivalına hazırdır. xəbər verir ki, bu barədə FIFA sosial şəbəkə hesabından paylaşım edib. Ali futbol qurumu Bakıda keçiriləcək turnirlə bağlı post paylaşıb və Hövsan Yarış Kompleksinin hazır vəziyyətə gətirildiyini diqqətə çatdırıb:. "Bura 66 günə AFFA tərəfində

22 oktyabr