Biləsuvardakı qətlin bəzi təfərrüatı məlum olub
Biləsuvar rayonunda baş verən qətl hadisəsinin bəzi təfərrüatı məlum olub.
"Report"un əldə etdiyi məlumata görə, hadisə 8 iyun saat 16:35 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 12-ci km-də, yol kənarında qeydə alınıb.
Belə ki, Biləsuvar rayonu Nəsimi kənd sakini, Şəbiyev Elşən Bəhlul oğlu şəxsi münasibətlər zəminində qabaqcadan özü ilə hadisə yerinə gətirdiyi bıçaqla 1969-cu il təvəllüdlü, həmkəndlisi və qayınatası Almasov Azad Xeyrulla oğlunun qəsdən qarının ön divarına beş dəfə və döş qəfəsinə bir dəfə zərbə endirib. Nəticədə sonuncu döş qəfəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası xəsarəti alıb.
Sonra E.Şəbiyev kənar şəxslərin hadisə yerinə gəldiklərini görərək oradan qaçıb.
A.Almasov rayon xəstəxanasına çatdırılaraq əməliyyat olunub. Lakin həkimlərin səyinə baxmayaraq, xəstəxanada vəfat edib.
Məlumata görə, hadisəyə ilkin səbəb kimi E.Şəbiyevin həyat yoldaşından boşanmaq istəməsi göstərilir. Belə ki, mərhum qayınata A.Almasov E.Şəbiyevin onun qızından ayrılması ilə razı deyilmiş.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır. İş üzrə Şəbiyev Elşən Bəhlul oğlunun həmin cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən o şübhəli şəxs qismində tutulub.
Sonxeber.az
Telegramda izləyin
Kriminal Baxılıb: 1438 Tarix: 11 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda PaylaşMehriban Rəhimliyə hökm oxundu
ABŞ-nin "German Marşal Fondu"nun Azərbaycan üzrə məsləhətçisi Mehriban Rəhimlinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib. -ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Namiq Kərimovun sədrliyi ilə keçirilən iclasda məhkəmə istintaqının yekunlaşdığı elan edilib. Daha sonr
7 oktyabr10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
İstanbul Hava Limanında 70 kiloqram qaçaqmal qızılla tutulan polkovnik-leytenant Qəhrəman Məmmədovun hökmündən verilmiş apellyasiya şikayətinə baxılıb. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi məhkumun bəraət tələbini əsaslı hesab etməyib. Amma Bakı Hərbi Məhkəməsini
11 noyabrƏr-arvad dalaşdılar, oğul anasının üstünə benzin töküb yandırdı
Abşeron rayonunda 21 yaşlı oğul anasını yandıraraq öldürüb. -ın məlumatına görə, hadisə rayonun Hökməli qəsəbəsində baş verib. Qəsəbə sakini, 2005-ci il təvəllüdlü Abdurrəhman Həsənli atası, anası və iki bacısı ilə bir evdə yaşayıblar. Məlumata görə, onun valideynləri arasında mütəmadi mübahisələr olub
5 noyabrFatimənin bıçaqlanma anı - Əvvəldən təhdid mesajları yazıbmış-Yenilənib
Dünən saat 21 radələrində Xəzər rayonu Binə qəsəbəsində 24 yaşlı Fatimə Rəhmanzadənin küçədə qətlə yetirilməsinin görüntüləri yayılıb. "Qafqazinfo" xəbər verir ki, hadisə anını vətəndaşlardan biri avtobusun pəncərəsindən lentə alıb. Görüntülərdən məlum olur ki, Binənin Ə.İsazadə küçəsindək
7 oktyabr