Misir Senatının sədri: "Azərbaycanın uğurları və inkişafı xalqımızı sevindirir"
"Azərbaycanın uğurları və inkişafı Misir xalqını sevindirir".
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq bu ölkədə səfərdə olan Azərbaycanın Milli Məclisinin sədr müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyevlə görüşdə deyib.
Görüş zamanı vitse-spiker Adil Əliyev bu il Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ölkə daxilində və xaricdə müxtəlif tədbirlərin keçirilməsindən söz açıb, Misirin paytaxtı Qahirə şəhərində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş beynəlxalq kikboksinq yarışının təşkil olunmasını yüksək dəyərləndirib.
A.Əliyev müasir və müstəqil Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin və suverenliyinin xilası və möhkəmləndirilməsində əvəzsiz rolundan və müstəsna xidmətlərindən bəhs edərək, ölkəmizin bu gün Heydər Əliyev siyasətini və ideyalarını layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə lider dövlətlərdən birinə çevrildiyini bildirib.
Vitse-spiker Misir Senatının sədrinə regiondakı postmüharibə dövrünün reallıqları, Ermənistanın 30 illik işğalından azad olunmuş Azərbaycan ərazilərində Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri barədə məlumat verib. Bildirilib ki, 30 ildən artıq məcburi köçkün həyatı yaşamış Azərbaycan vətəndaşlarının öz yurd-yuvalarına qayıtmaları prosesi artıq başlayıb.
Abdel Vahab Abdel Razeq Azərbaycanın uğurlarının və inkişafının qardaş Misir xalqını sevindirdiyini deyib. O, bundan sonra da ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da inkişaf edəcəyinə, parlamentlərarası münasibətlər isə bu dostluğa töhfə verməyə davam edəcəyinə əminliyini bildirib. Senatın sədri Azərbaycanın Qoşulmama Hərəkatına uğurla rəhbərlik etməsini və bu dövrdə Hərəkatın fəaliyyətinə çoxsaylı töhfələr verdiyini qeyd edib.
Söhbət zamanı parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və tərəfləri maraqlandıran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 1023 Tarix: 11 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sepahın xüsusi təyinatlıları Belarusda təlimlərə qatılıb
İran İnqilabı Keşikçiləri Korpusunun (Sepah) quru qoşunlarının xüsusi təyinatlı bölməsi Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin birgə antiterror təlimlərinə qatılmaq üçün Belarusdadır. xəbər verir ki, bu barədə Sepahın Quru Qoşunlarının ictimaiyyətlə əlaqələr xidmətindən bildirilib. Məlumat
6 oktyabrİrəvan və Yeni Dehli Pinaka Mk-II raketlərinin istehsalını müzakirə edirlər
Ermənistan və Hindistan Ermənistanda "Pinaka Mk-II" raketlərinin istehsalını və yığılmasını təşkil etmək imkanlarını müzakirə edirlər. xəbər verir ki, bu barədə Hindistanın IDRW hərbi portalı məlumat verib. Qəzetin məlumatına görə, mümkün razılaşma iki ölkə arasında hərbi-sənaye əməkdaşlığınd
7 oktyabrABŞ Fransada olan vətəndaşlarına xəbərdarlıq edib
ABŞ-nin Fransadakı səfirliyi ölkədə baş verən iğtişaşlarla əlaqədar amerikalıları ehtiyatlı olmağa çağırıb. Bu barədə diplomatik nümayəndəliyin saytında məlumat dərc olunub. "Fransanın hər yerində şagirdlərin etirazları davam edir və bəzi etirazlar iğtişaşlara çevrilib. Yürüşlər məktəb şəhərciklərində
6 oktyabr76 ilin iqlim rekordu qırıla bilər - "El Nino" ilə bağlı xəbərdarlıq
Tropik Sakit Okeanda təsirini artıran güclü "El Nino" iqlim hadisəsi dəniz səthinin temperaturunu rekord səviyyələrə çatdırıb. Mütəxəssislər qarşıdakı payız və qış aylarında hadisənin "çox güclü" ola biləcəyi barədə xəbərdarlıq edirlər. "El Nino" göstəricilərinin ölçüldüy
7 oktyabr25 il sonra yenidən "Mumiya"da - Foto
Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O’Konnell" obrazına qayıdıb. Axşam.az xəbər verir ki, bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişləri zamanı Böyük Britaniyada görüntülənib. Filmdə Freyzerl
7 oktyabrİstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO
Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib
6 oktyabrTürkiyə Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər
Türkiyə Ər-Riyad və İslamabadla birgə müdafiə müqaviləsinin bir hissəsi olaraq Səudiyyə Ərəbistanında hərbi baza yarada bilər. xəbər verir ki, bu barədə Türkiyənin "Türkiye" qəzeti bildirib. Nəşr bildirir ki, "Ölkədə Türkiyə bazasının yaradılması məsələsi gündəmə gətirilib. Əgər bu ba
7 oktyabr