"Çiçəkləri soldurmayın" - Türkan Quliyeva

"Çiçəkləri soldurmayın" - Türkan QuliyevaAvropa İttifaqının Lənkəranda keçirdiyi "Ay lolo,Avropa İttifaqı Lənkəranda" adlı festivalda Səfirliyin könüllüsü kimi çıxış edirdim.Hər kəs öz stendində dayanmalı,xaricdən gələnləri qarşılamalı idi.Eyni zamanda hədiyyəli oyunlar təşkil olunmuşdu.Hər bir könüllü kimi mən də öz stendimdə dayanıb xarici və yerli vətəndaşlara məlumat verirdim.

Fasilə zamanı stenddən kənarlaşanda Psixoloji dəstək üçün ayrılmış stendə üz tutdum.Həm fərqli dizaynda olduğu üçün,həm də digər stendlərdən fərqli olaraq növbədə olan insanların çoxluğu diqqətimi cəlb etdi.Psixoloqlar insanları qəbul edir,suallar verir həqiqətəndə maraqlı və düşündürücü idi,psixoloq dəstəyi hər kəs üçün vacibdir.
Elə bu an kənardan bir xanım yanında qüsurlu övladı ilə stendə yaxınlaşdı və "Xahiş edirəm övladım qüsurludur məni ön növbəyə keçirin,neçə saatdır günəşdə gözləyirəm,- dedi".Övladı təxminən 2 yaşında olardı,danışa bilmirdi və etdiyi hərəkətləri bilmədən edirdi.Növbəni pozmaq olmadığına görə qadın çox əsəbləşdi və qarşı stendlərə yaxınlaşıb könüllüləri, elə məni də acılamağa başladı.
Mən əhəmiyyət vermədim çünki problem yaranmasını istəmirdim,sadəcə qadının niyə bu qədər hirsli olduğunu və uşağa niyə belə davrandığını bilmək üçün ardınca gedirdim.Stendlərdən uzaqlaşıb kənara keçdiyi zaman uşağı yerə ataraq"Canım səndən qurtarsaydı,başıma bəla gətirmişəm elə bil,hamı əylənir,deyir gülür,mən qüsurlu uşaqla məşğul oluram,gəncliyimi əlimdən aldın" deyirdi.Sözləri eşidəndə öz-özümə"İnsan öz can parçasına,öz canından,qanından olana belə qayğı,belə məhəbbət göstərər mi dedim".Yerimdən tərpənə bilmədim,sözlər o qədər təsir etmişdi ki,nə edəcəyimi belə bilmədim.Qadın yenə:"Allah səni məndən alsın,2ci qız övladını istəmirdim,sən mənim bu dünyada ki,ən böyük bəlamsan dedi" Bu an özümün də 2-ci qız övladı olduğum ağlıma gəldi,çoxu narazı olsa da,anam məni böyüdəndə belə sözlər əvəzinə heç kimdə axtarmayım deyə mənə bolluca sevgi,qayğı göstərmişdi..Qadına baxanda belə anam olmadığı üçün şükür edib sevindim amma o Rüqəyya adlı körpənin halına çox üzülürdüm..

Biraz sonra uzaqlaşıb stend tərəfə keçdilər və uşaq əlini orada satılan şirniyyata tərəf uzatdı.Anası isə:"Sənə ancaq zəhər yaraşır,zəhər dedi,sağlam olardın gedib özün götürərdin dedi"
O qədər pis oldum ki,şirniyyatı alıb uşağa tərəf gəldim və ona tərəf uzatdım.Anası mənə "Lazım deyil,get burdan" deyərək şirniyyatı uşaqdan vuraraq alıb mənə verdi.Mən anasına dedim ki: Bayaqdan dediyiniz sözləri eşidərək sizi izləyirdim,O sənin qızındır,sənin körpəndirsə ona niyə elə davranırsan deyə soruşdum.Qadın mənə:Yaxşı edirəm dedi,Allah sənə də beləsini qismət edəndə görərsən beləsini saxlamaq necə olur,uşaq mənimdir öldürsəm də,saxlasam da dedi.Mən qadına sadəcə dedim ki:Sizəverilən ana adına heç layiq deyilsiniz dedim,düz deyirsiniz mən sizdən fərqli olaraq onu çox ehtiyac duyduğu sevgi ilə böyüdərdim,o dərd deyil o körpənin üzündə gülüş yaratmaq sevgidir dedim və çıxıb getdim.Valideynlər öz övladlarına qarşı necə bu qədər önəmsiz bir varlıq kimi davrana bilirlər.Allah onu sənə sevərək bəxş edibsə deməli səndə onu sevərək böyütməlisən.Ona qüsur kimi gələn o uşaq,onu sevmədiyindən ona elə gəlirdi,öz övladını sevməmək bu qədər asan mı olur?Öz canından bir parçana belə davranmaq? Hə birdə anası balaca Rüqəyyaya:"Sən mənim həyatımı soldurmusan demişdi".Amma düşünməmişdi ki,Rüqəyya onun şirin sözünə,qayğısına ehtiyacı olan və anasını gördükcə çiçək açmaq istəyən amma çiçəyi soldurulan çarəsiz bir körpə idi..

Gec olmadan yanınızda olanlara dəyər verin,onların qədrini bilin..
Xəstəxanaların qapısında ağlayaraq gözləyib,məzarların üstündə qışqırıb,özündən gedərək peşman olanlardan olmayın..Əgər bu həyatda lazım olduğunuz an insanların əlindən tutub,yanında olmayacaqsınızsa,bahalı güllər alıb,hər gün məzarında ölməyə dəyməz..
Türkan Quliyeva - Lənkəran Dövlət Universitetinin tələbəsi
"Çiçəkləri soldurmayın" - Türkan Quliyeva


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1718   Tarix: 12 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr