Bakı bulvarında skuterlərin hərəkətinə icazə verildi - ŞƏRTLƏR
Yeni qaydalara əsasən, Dənizkənarı Milli Park ərazisində maksimal sürəti 17 km/saat olmaqla skuterlərin hərəkətinə icazə verilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Dənizkənarı Bulvar İdarəsinin Mətbuat Xidmətinin rəhbəri Əfsanə Mehdiyeva məlumat verib.
O bildirib ki, insanların asudə vaxtlarını bulvar ərazisində rahat, səmərəli keçirməsini təmin etmək məqsədilə skuterlərin hərəkəti üçün yeni konsepsiya hazırlanıb.
"Vətəndaşların sıx olduğu dənizkənarı zolaq skuterlərin hərəkəti üçün tam məhdudlaşdırılıb. Hərəkət üçün təyin olunmuş digər zolaqlarda yeni quraşdırılan yol nişanları skuter istifadəçilərinə maneəsiz hərəkət üçün kömək olacaq.
Bu nəqliyyat vasitəsini sürən şəxslərdən qaydalara riayət etmələri, onu icarəyə verən operatorlardan proqram təminatlarında məhdudiyyətlərlə bağlı bu yenilikləri skuterlərə tətbiq etmələri, proqram təminatı olmayan operatorlardan isə proqram təminatını yaradıb, qaydalara əməl etmələri xahiş olunur. Əks təqdirdə müvafiq tədbirlər görüləcək", - Ə.Mehdiyeva deyib.
Bəs vətəndaşların şəxsi skuterlərində bu qaydalara nəzarət mexanizmi hansı formada həyata keçiriləcək?
Mətbuat katibi sualımıza cavab olaraq qeyd edib ki, artıq bununla bağlı müəyyən olunmuş tətbiq var:
"Bu qayda yalnız Dənizkənarı Milli Park ərazisində skuter idarə edilməsinə aiddir. Belə ki, istər şəxsi, istərsə də icarəyə verilən skuterlərə müəyyən olunmuş tətbiq yüklənməlidir. Həmin tətbiqdə xüsusi ayrılmış marşrut üzrə sürət həddi 17 km/saat olmaqla sürülməlidir. Buna ərazidə xidmət aparanlar nəzarət edəcəklər".
Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinə daxil olan vətəndaş şikayətləri əsasında Dənizkənarı Milli Park ərazisində skuterlərin hərəkətinə 01.06.2023-cü il tarixindən məhdudiyyət qoyulmuşdu. Məhdudiyyət tətbiq olunduğu gündən Dənizkənarı Milli Park ərazisində bu nəqliyyat vasitəsinin istifadəsi məsələsinə yenidən baxılması ilə bağlı idarəyə çoxsaylı müraciətlər daxil olub.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1514 Tarix: 12 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr