"Evinin altındakı marketden siqaret almaq üçün taksi çağıran insanlar var" - Nəqliyyat eksperti

"Evinin altındakı marketden siqaret almaq üçün taksi çağıran insanlar var" - Nəqliyyat ekspertiRəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki,yeni qanun layihəsinə əsasən hədəf taksi sifarişini azaltmaqdır. Taksi gedişlərinin əksəriyyəti 1,5-3 km ətrafındadır. Bu məsafəni piyada və ya ictimai nəqliyyatla getmək olar. Ölkədə təxminən 67 min taksi var. Onların ortalama iş saatı 14-16 saatdır. Biz düzgün strategiya qursaq, həm iş saatlarını, həm gəlirləri tənzimləməklə onlar öz iş yerlərindən və gəlirlərindən məhrum olmayacaqlar. Birmənalı şəkildə taksi qiymətləri qalxacaq. Dünyanın heç bir yerində belə taksi qiymətləri yoxdur.

Mövzu ilə bağlı Sonxeber.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, taksi qiymətində fantastik bahalaşma gözlənilmir. Sadəcə bəzi insanlar taksini şəxsi velosipedi hesab edir. Bu kimi halların qarşısı alınacaq:

"Taksi qiymətində fantastik artım gözlənilmir. Çünki reallıqlar ortadadır. İnsanlar elə davranır ki, 5 manata gedəcəyi yolu 10 manata gedəcək. 5 manatlıq yol ola bilər ki, 5.50 manat olsun. Burda şərtlər var ki, qayda-qanuna əməl olunsun. Azərbaycan Avtomobil Nəqliyyatı haqqında qanunda taksi fəaliyyəti ilə bağlı müddəalar ortadadır. Məsələn, şərt budur ki, avtomobil müştərini qəbul etdisə, qiymət avtomatik 1.50 manatdan başlayır. Adamlar var ki, evinden çıxıb 500 metr qabağa aptekdən dərman almağa gedir Ona da taksi sifariş verir. Bu adam 500 metr qabağa getmək üçün 80 qəpiyə taksi sifariş verir ki, dərman alıb həmin taksi ilə də geri qayıtsın. Axı bizim qanunda yazılıb ki, qiymət 1.50 manatdan başlamalıdır. Yeni qanundan sonra bu kimi axmaq insanların sayı azalacaq. Bəzi adamlar taksini şəxsi velosipedi və ya skuteri hesab edir. Evinin altındakı marketden siqaret almaq üçün taksi çağıran insanlar var. Taksi xidmət sahəsidir, burada bir səviyyə olmalıdır. Bəzi insanlar düşünür ki, 2 manata taksi əladır, rahat gəzirəm. Həmin adama sual verirəm ki, bəs taksi sürücüsü insan deyil? O da normal işləyib evinə, balasına çörək aparmaq istəyir. Sən taksidə 2 manata kef et deyə taksi sürücüsü 18 saat işləməlidi? Bəzi insanların fikri küçə yanaşmasıdır. Həmin 2 manata gedən müştərilər sosial şəbəkədə yazırlar ki, taksi sürücüləri niyə dəlidilər, əsəbidilər. 2 manatlıq ucuz xidmət istəyənlər bilməlidir ki, keyfiyyəti də belə olacaq. Normal iş saatını keçəndə hər birimiz bunu qəbul etməyib etiraz edirik ki, 8 saatdan çox niyə işləməliyəm".

Şəbnəm Lətifi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2731   Tarix: 13 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr