Məleykə Abbaszadə qızları barədə danışıb

Məleykə Abbaszadə qızları barədə danışıbDövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə qızları barədə danışıb.

"Report" M.Abbaszadənin Təhsil TV-nin "İmtahan" verilişində səsləndirdiyi fikirlərin bir hissəsini təqdim edir.

DİM rəhbəri qızları Nərgiz və Nigarı eyni tərzdə, eyni qaydalara uyğun böyütdüyünü deyib:

"Onların mənim sözlərimə olan münasibəti hərdən eyni, hərdən də fərqli idi. Hərdən Nərgiz, hərdən də Nigar daha çox sözümə baxırdı.

Nərgiz artıq özü anadır, onun üç uşağı var. Ona görə o özü məndən hansısa məsləhət almaq istəyəndə məsləhət verirəm. Çox şey var ki, mən özüm də Nərgizdən öyrənirəm, çünki o, tamamilə ayrı sahədə işləyir və yaxşı hüquqşünasdır.

Həmişə onlara mənim təcrübəmdə olan səhvləri nəzərə alıb bu səhvləri etməməyi deyirdim. Nərgiz isə mənə deyirdi ki, adam özü səhv edəndə maraqlı təcrübə alınır. Mən də deyirdim ki, yaxşı, ixtiyar sənindir, istəyirsən özün də səhv et!".

Dünyasını dəyişən qızı Nigarın uşaqlığı ilə bağlı xatirələrini bölüşən Məleykə Abbaszadə vurğulayıb ki, ilk dəfə ad gününü qeyd edərkən qonaqlar ona gül hədiyyəsi gətiriblər:

"Qızlarımın da həmin vaxt iki yaşı tamam olmuşdu. Onlar artıq dərk edirdilər ki, mənim ad günümdür. Qonaqlar mənə fevral ayında nərgizgülü gülü gətirmişdilər. Adətən həmin ay isti olanda nərgizgülü açırdı. Həmin gül üçün çox şad oldum.

Bu zaman qızım Nərgiz çox sevindi ki, "mənim gülüm gəldi". Çünki onun adı həmin güllə əlaqəlidir. Dedim ki, hə bu, sənin gülündür. Qonaqların hamısı gəlib, amma Nigar dəhlizdə ağlayır və otağa keçmirdi. Səbəbini soruşanda bildirdi ki, Nərgizin gülünü gətirdilər, amma mənim gülümü yox.

Dedim ay Nigar, axı sənin adında gül yoxdur. Sual verdi ki, niyə? Ona bunun cavabını verə bilməzdim, çünki başa düşməyəcəkdi.

Qərənfili gətirib ona verdim, "bu da sənin gülündür, adı da Nigardır" dedim. Yeniyetmə olanda da dedi ki, görürsən, Nərgizin adına gül var, amma mənim adıma yox".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2923   Tarix: 13 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr