"Ərdoğan mənə demişdi ki, Azərbaycan bayrağını Qarabağdan asacağıq!"
Xəbər verdiyimiz kimi, ötən gün "Gülüstan" sarayında Prezident İlham Əliyevin dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əminə Ərdoğanın şərəfinə verilən dövlət ziyafətində Xalq artisti Azərin "Çırpınırdı Qara dəniz" mahnısını səsləndirib.
Axşam.az xəbər verir ki, tədbirdə əsərin sözlərini dəyişərək "Qafqazlardan aşmışıq biz, türklüyə şan qatmışıq biz. Azərbaycan bayrağını Qarabağdan asmışıq biz. Türkün şanlı bayrağını Qarabağda asmışıq biz" formada oxuyan sənətçi sonda ölkə başçıları tərəfindən ayaqüstə alqışlandığı üçün qürur duyduğunu bildirib:
"Çox qürurverici axşam idi. Növbəti dəfə cənab Ərdoğanın seçimlərdən sonra Azərbaycana gəlişi ənənəsinə sadiqliyidir. Vətəndaş, türk insanı və sənətçi olaraq bizim üçün əhdə vəfa önəmlidir. Bunu heç yerdə deməmişəm, cənab Ərdoğan baş nazir olduğu zaman Gülüstan sarayına gəlmişdi. "Çırpınırdı Qara dəniz" mahnısını ifa etdikdən sonra sənətçilərlə görüş oldu. Həmin zaman mənə yaxınlaşdı və unutmayacağım bir cümlə dedi ki, "Azərin xanım söz, inşallah, Azərbaycanın bayrağını Qarabağda asacağıq". Bu səs, cümlə hər zaman qulağımda idi. Çox böyük tarixcə idi, Əhməd Cavadın ailəsindən icazə alaraq əsərin sonunda dəyişiklik etmişdim ki, "Azərbaycan bayrağını Qarabağda asacağıq". Allah bunu dua kimi qəbul etdi, illərdir dünyanın harasına konsertə getdimsə, bu cür ifa etdim. Bu əsər xalqımız tərəfindən sevildi, könüllərində taxt qurdu.
2020-ci ildə Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə Qarabağda zəfər bayrağı, Azərbaycan və Türkiyənin şanlı bayraqları yan-yana asıldı. İlk konsertdə mən də oraya getdim. Dünən yenidən tədbirə dəvət alanda, cənab Ərdoğanın sözləri qulağımda səsləndi. Azərbaycan heç vaxt Türkiyənin, Ərdoğanın verdiyi dəstəyi unutmayacaq. Ötən gün də əsəri o cür ifa etmək içimdən gəldi. Düşünürəm ki, bundan sonra da böyük Əhməd Cavad və Üzeyir Hacıbəylinin əsərini belə ifa edəcəyik.
Bir sənətçi üçün ölkə başçılarının ayaqüstə alqışlaması qürurverici hadisədir. Hər şey bir bütün halda olmalıdır, orada ayaqüstə alqışlanan təkcə mən deyildim. Orada alqışlanan həm də Üzeyir Hacibəyli, Əhməd Cavad və bizim şəhidlərimiz idi. Onların tökdüyü qanla, canla Qarabağ bizə qayıtdı".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2613 Tarix: 13 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN
Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt
6 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü
Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d
6 noyabrDİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb
Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur
7 noyabrZəfər gününün hava proqnozu
Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur
7 noyabr12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!
12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i
6 noyabrAZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar
"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu
6 noyabr"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"
6 noyabr