Laçına növbəti köç başladı - FOTO/VİDEO

Laçına növbəti köç başladı - FOTO/VİDEOLaçın rayonundan olan keçmiş məcburi köçkünlərin növbəti qrupunun öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.

Sonxeber.az report-a istinadən xəbər verir ki, rayona 22 ailə, ümumilikdə 72 nəfər yola salınıb.

Laçınlı İradə Hüseynova 30 ildir ki, məcburi köçkün həyatı yaşadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, köçkünlük həyatını böyük kədər hissi ilə xatırlayır:

"Laçına qayıtmağıma görə həm sevinirəm, həm də kədərlənirəm. Biz neçə ildir bu günü gözləyirdik. Çox heyif ki, oraya əzizlərimlə məlum səbəblərə görə qayıda bilmirəm. Bu günləri bizə yaşadan Ali Baş Komandana minnətdarlığımı bildirirəm, şəhid və qazilərimizin qarşısında baş əyirəm. Deyiləsi sözlər çoxdur. İlk ziyarət edəcəyim yer atamın məzarı olacaq. Laçınla bağlı xatirələrim zəngindir".

Laçın rayon sakini Ramiz Həsənov da bu günün sevincini yaşayanlardandır. Onun sözlərinə görə, uzun müddətdir ki, ölkə xaricində yaşamasına baxmayaraq, Laçına qayıdacağı günün səbirsizliklə gözləyib:
"1993-cü ildən Laçın şəhərindən çıxmışıq. Yadda qalan xatirələr çoxdur. Hər dəfə yuxularımda məktəb illərim, dağlarda kəklikotu yığmağım, meşələrdən fındıq toplamağım, bulaqlardan su içməyimi xatırlayırdım. Şükürlər olsun ki, torpaqlarımız işğaldan azad edildi. Ölkə Prezidenti İlham Əliyevə sonsuz təşəkkürümüzü bildiririk. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizə rəhmət diləyirəm, qazilərimizə isə şəfa arzulayıram. İlk ziyarət edəcəyim yer evim, eyni zamanda Həkəri çayı olacaq".

82 yaşlı Adilə Əlişova isə bildirib ki, rayondan çıxanda 52 yaşı var imiş:

"30 ildən sonra Laçın həsrəti sona çatdı. Şəhidlərimizə, qazilərimizə çox sağ ol deyirəm ki, mənim bu yaşımda vətən həsrətinə son qoydular. Laçında müxtəlif idarələrdə işləmişəm. Oradan çıxanda ailə üzvlərimdən ikisini itirmişəm. Rayona oğlum, gəlinim və nəvəmlə gedirəm. Torpağıma ilk ayaq basanda hansı hisslər keçirəcəyim özümə də maraqlıdır".

Laçına növbəti köç başladı - FOTO/VİDEOLaçına növbəti köç başladı - FOTO/VİDEOLaçına növbəti köç başladı - FOTO/VİDEOLaçına növbəti köç başladı - FOTO/VİDEOLaçına növbəti köç başladı - FOTO/VİDEOLaçına növbəti köç başladı - FOTO/VİDEO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1434   Tarix: 14 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Topçu qardaşların döyüş hekayəsi: "Sağ olduğunu bilmirdim, birdən qarşıma çıxdı" - Video

44 günlük Vətən müharibəsində adlarını Zəfər tarixinə qızıl hərflərlə yazdıran qəhrəmanlarımızdan ikisi də Xocalıdan olan topçu qardaşlar - Şəhriyar və Cavad Quliyevlərdir. Onlar Birinci Qarabağ müharibəsinin iştirakçısı olan atalarının yolunu davam etdirərək Vətən müharibəsinə qatılıblar. xəbər veri

7 noyabr
.

Azərbaycanın Zəfəri ölkənin öz iqtisadi və maliyyə imkanlarını ardıcıl şəkildə müdafiə qabiliyyətinə çevirməsinin nəticəsidir

"8 Noyabr - Zəfər Günü Azərbaycanın milli birliyinin və dövlətçilik iradəsinin təntənəsidir. Vətən müharibəsində Qələbə Müzəffər Ali Baş Komandan İlham Əliyevin strateji rəhbərliyinin, Ordumuzun peşəkarlığının, hərbçilərimizin fədakarlığının və xalqımızın birliyinin nəticəsidir". xəbər veri

6 noyabr
.

Ucuz ev almaq istəyənlər BU SƏNƏDLƏRİ MÜTLƏQ YOXLASIN

Bakının mərkəzində həyət evlərinin bəzən bazar qiymətindən xeyli aşağı məbləğə satışa çıxarılması alıcıların diqqətini cəlb edir. Lakin bu cür təkliflərin arxasında evin sənədlərinin qaydasında olmaması, torpaq sahəsinin təyinatı, tikilinin qanuniliyinə dair problemlər, mülkiyyət mübahisələri və ya sökünt

6 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü

Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 31 il ötür. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-d

6 noyabr
.

DİN Zəfər Günü münasibətilə videoçarx hazırlayıb

Daxili İşlər Nazirliyi (DİN) 8 Noyabr - Zəfər Günü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, "8 Noyabr - tarixə düşən Zəfər möhürü" adlı videoçarxda Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs olunur

7 noyabr
.

Zəfər gününün hava proqnozu

Bakıda və Abşeron yarımadasında noyabrın 8-də arabir yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, yarımadanın bəzi yerlərində yağışın intensiv olacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperatur

7 noyabr
.

12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya günüdür!

12 noyabr - Azərbaycan Respublikasının əsas qanununun-Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilidiyi gündür. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sədrliyi ilə Azərbaycan Respublikasının yeni Konstitusiya layihəsini hazırlayan komissiya tərəfindən hazırlanmış, 1995-ci i

6 noyabr
.

AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir - Fotolar

"AZCON Holding" şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC (AZAL) texniki xidmət sahəsində peşəkar kadr potensialının gücləndirilməsi məqsədilə həyata keçirdiyi B1 (texnik-mexanik) və B2 (texnik-avionik) istiqamətləri üzrə beşillik hazırlıq proqramının ilk qrupuna qəbul olunmu

6 noyabr
.

"Omid" mağazalar şəbəkəsinin rəhbəri həbs edildi

"Omid" Mağazalar Şəbəkəsinin rəhbəri Rəhman Məmmədov və şəbəkənin satış müdiri Tərlan Qasımzadə həbs edilib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, onlar işçini döyüb hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilirlər. Rəhman Məmmədov və Tərlan Qasımzadə Gəncədəki "Omid Gəncə-3"

6 noyabr