Avropa çempionatı: Güləşçimiz erməni rəqibini məğlub edərək finala çıxıb
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatında Azərbaycan güləşçisi Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb - 16:7, güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib.
Azərbaycan Güləş Federasiyasından bildirilib ki, C.Cəfərovun qarşısında digər rəqibi, polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. C.Cəfərov finalda gürcüstanlı Mate Tsinadzeylə güləşəcək.
Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb - 2:15. Rəqib finala yüksəldiyi üçün S.Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşacaq.
Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb - 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. C.Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olacaq.
İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi İ.Rəhimli bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişviliylə üz-üzə gələcək.
Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib - 2:13. Rəqib finala yüksəldiyi üçün S.Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid Paşayev belaruslu Aleksey Kulakovla güləşəcək.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 840 Tarix: 18 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabr"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqustNikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy
30 avqust"Atletiko"nun sabiq futbolçusu Ruben Peres karyerasını başa vurub
İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres 37 yaşında peşəkar karyerasını başa vurub. xəbər verir ki, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, 20 ildən artıq davam edən peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. Təcrübəl
4 sentyabr"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun
30 avqustNyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
5 sentyabrAzərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar. Bu barədə -a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib. Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xal
28 avqust