"Titanik"i görməyə gedənlər itkin düşdü - FOTOLAR

"Titanik"i görməyə gedənlər itkin düşdü - FOTOLARTuristləri "Titanik"in qəzaya uğradığı yerə aparan sualtı qayıq Atlantik okeanında itib.

Axşam.az xəbər verir ki, ABŞ-ın Boston şəhərindəki Sahil Mühafizəsi BBC-yə xilasedicilərin sualtı qayığı tapmağa çalışdığını təsdiqləyib. Sualtı qayıqda beş nəfər - pilot, üç turist və bələdçi olub.

İtmiş sualtı qayığa sahib olan "OceanGate Expeditions" şirkətinin bəyanatında "Bütün diqqətimiz ekipaj üzvləri və onların ailələri üzərindədir. Ekipajda olanların salamat geri qayıtmasına çalışırıq" sözləri yer alıb.

"Titanik"i görməyə gedənlər itkin düşdü - FOTOLARFirma əlavə edir ki, axtarış əməliyyatında bir neçə dövlət qurumu və özəl şirkət iştirak edir.

ABŞ Sahil Mühafizəsi tvitter hesabında sualtı qayıqla əlaqənin bir gündən çox əvvəl kəsildiyini, hadisənin bazar günü baş verdiyini yazıb. ABŞ Sahil Mühafizəsi kontr-admiralı Con Mauger bazar ertəsi jurnalistlərə bildirib ki, itkin düşən qayıqda 70-96 saat oksigen qalıb. Bu müddət ərzində onlar geri qayıtmalıdırlar, əks halda ekipajda sağ qalan olmayacaq. Maugerin sözlərinə görə, axtarışlarda iki təyyarə və bir sualtı gəmi iştirak edir.

Sualtı qayıqda olan şəxslərin adı tam açıqlanmayıb. Bununla belə, məlumdur ki, 59 yaşlı britaniyalı milyarder və kəşfiyyatçı Hamiş Hardinq başqaları ilə yanaşı, sualtı qayıqla "Titanik"ə enməyə çalışıb. Bunu onun ailəsi də təsdiqləyib.

"Titanik"i görməyə gedənlər itkin düşdü - FOTOLARİş adamı hətta həftəsonu sosial şəbəkə hesabında bununla bağlı paylaşım edib. Bundan qürur duyduğunu deyərək "Son 40 ilin ən pis hava şəraitinə görə, bizim səfərimiz, yəqin ki, 2023-cü ildə "Titanik"ə ilk və sonuncu insan dalışı olacaq" sözlərini yazıb.

Hardinq beynəlxalq aviasiya sahəsində fəaliyyət göstərən "Action Aviation" şirkətinə rəhbərlik edir.

"Titanik"ə enmiş sualtı gəminin çəkisi 10 432 kq-dır və istehsalçının saytında verilən məlumata görə, 4000 metr dərinliyə qədər dala bilər. O, 96 saat ərzində beş ekipaj üzvünün həyatda qalmasına yardım edə bilir.

Britaniyanın "Sky News" telekanalının məlumatına görə, sualtı gəmidə "OceanGate Expeditions" şirkətinin direktoru Stokton Raş, fransız akvanavtı Pol-Anri Narjolais də var.

"Titanik"i görməyə gedənlər itkin düşdü - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Dünyada   Baxılıb: 2449   Tarix: 20 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Rubio: İran ABŞ ilə anlaşma əldə etmək şansını qaçırdı

İran öz nüvə proqramına dair ABŞ ilə razılaşma əldə etmək üçün çoxsaylı imkanlardan istifadə edə bilmədi. -ın "Al Jazzera" telekanalına istinadən verdiyi məlumata görə, bunu ABŞ-nin Yunanıstanda səfərdə olan dövlət katibi Marko Rubio mətbuat konfransı zamanı bildirib. O əlavə edib ki, İra

7 oktyabr
.

Bir neçə gün əvvəl gözəllik kraliçası seçilmişdi - Faciəvi şəkildə öldü

Braziliyada 22 yaşlı gözəllik kraliçası Ana Beatris Arauj Ferrera ailəsi ilə vaxt keçirərkən ildırım vurması nəticəsində həyatını itirib. "Qafqazinfo"nun məlumatına görə, hadisə Tokantins ştatının Almas şəhərində baş verib. Ana Beatris Arauj Ferrera anasının bağçasında ailəsi ilə nahar etdikdə

7 oktyabr
.

Paşinyan hərbçimizlə bağlı sualı cavabsız qoydu: "Cümə axşamını gözləyin"

Azərbaycanlı hərbçi Nəsimi Musayevin taleyi barədə jurnalistlər Ermənistan lideri Nikol Paşinyanın mövqeyini öyrənməyə cəhd ediblər. xəbər verir ki, bu barədə Ermənistan mətbuatında məlumat verilib. Yerli KİV nümayəndələri baş nazirdən azərbaycanlı hərbçinin taleyinin necə olacağı və bununla bağlı hansıs

6 oktyabr
.

İran və Oman razılığa gəliblər

Oman və İran Hörmüz boğazından təhlükəsiz tranzit marşrutları barədə razılığa gəliblər və yaxın gələcəkdə təkliflərini beynəlxalq səviyyədə təqdim edəcəklər. xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Esmail Bagai bildirib. Baqayın sözlərinə görə, "İran və Oman arasında məsləhətləşm

8 oktyabr
.

İstanbulda dəhşətli hadisə: 15 yaşlı məktəbli qız şagirdləri bıçaqladı - VİDEO

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda Şeyh Şamil İmam Hatip orta məktəbində 15 yaşlı məktəbli qızın yaraladığı şagirdlərin sayı artıb. Bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, məktəbdə məktəbli qız 8 şagirdi bıçaqla yaralayıb. Hadisə yerinə sağlamlıq qrupları göndərilib

6 oktyabr
.

Yəməndə müharibə yenidən qızışır

Husilər Səudiyyə Ərəbistanına və Ədən hava limanına raket hücumları həyata keçirdiklərini açıqlayıblar. Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyadda raketin ələ keçirildiyi bildirilir. Müəllif: İlkin Məmmədkərimov [hh4-unikal]

7 oktyabr
.

30 il tövlə qapısına söykədiyi daş 4,5 milyard illik meteorit imiş - 75 minə satdı

ABŞ-nin Miçiqan ştatında bir fermerin təxminən 30 il ərzində tövlənin qapısını açıq saxlamaq üçün istifadə etdiyi 10 kiloqramlıq daşın 4,5 milyard illik meteorit olduğu üzə çıxıb. "Qafqazinfo" xəbər verir ki, Miçiqan sakini Devid Mazurek 1988-ci ildə Edmor şəhərindəki fermasını alarkən da

7 oktyabr
.

Tramp: Dövlət hesabına yayımlanan reklamları siyasi fond ödəyəcək

ABŞ Prezidenti Donald Tramp vergi ödəyicilərinin vəsaiti hesabına yayımlanan və onun siyasətini təbliğ edən televiziya reklamları ilə bağlı qərarını dəyişib. xəbər verir ki, Trampın sosial media hesabında yazdığına görə, bundan sonra bu cür reklamların xərclərini onun siyasi Siyasi Fəaliyyət Komitəs

6 oktyabr
.

ABŞ çağırış etdi: Rusiyanı dərhal tərk edin!

İrkutsk vilayətində taun ehtimalı ilə bağlı məlumatlar fonunda ABŞ-ın Rusiyadakı səfirliyi hazırda ölkədə olan Amerika vətəndaşlarını dərhal ölkəni tərk etməyə çağırıb. xəbər verir ki, bu barədə səfirliyin yaydığı bəyanatda qeyd olunub. "Hazırda Rusiyada olan ABŞ vətəndaşları ölkəni dərhal tər

7 oktyabr