İlkay Gündoğanın yeni klubu bəlli oldu
Bu mövsüm La Liqada çempion olan "Barselona" Serxio Busquets komandadan ayrıldıqdan sonra yeni yarımmüdafiəçi axtarışındadır.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, klub İlkay Gündoğanı transfer etməyə çox yaxındır.
Məlumata görə, İlkay Gündoğan "Barselona" üçün tibbi müayinəyə girib.
İlkayın "Mançester Siti" ilə müqaviləsinin başa çatması səbəbindən transfer baş tutsa, "Barselona" əlavə məbləğ ödəməyəcək.
32 yaşlı ulduz yarımmüdafiəçini itirməmək üçün "Mançester Siti"nin müqavilə təklif etdiyi deyilsə də, İlkay Gündoğanın "Barselona"ya üstünlük verdiyi iddia edilib.
Bu mövsüm kritik qollarla komandasını çempionluğa aparan İlkay Gündoğan "Mançester Siti"nin heyətində 51 rəsmi oyuna çıxıb və bu matçlarda 11 qol vurub, 7 məhsuldar ötürmə edib.
"Mançester Siti" karyerasında ümumilikdə 304 rəsmi oyuna çıxan İlkay bu matçlarda 60 qol vurub, 40 məhsuldar ötürmə edib.
Sonxeber.az
Telegramda izləyin
İdman Baxılıb: 2216 Tarix: 22 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Elvinin xəstəxanadan fotosunu paylaşıb bu sözləri yazdı
UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo" (Kiyev) ilə keçirilən cavab qarşılaşmasında zədələnən "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev idman ortopediyası üzrə ixtisaslaşmış ortoped-cərrah Lasse Lempainen tərəfindən əməliyyat olunub. "Qafqazinfo" xəbə
3 sentyabr"Fənərbağça" Koco Pepra Opponqun transferi üçün razılığa gəlib
Türkiyənin "Fənərbağça" klubu Qana millisinin futbolçusu Koco Pepra Opponqu heyətinə qatır. "HT Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi 22 yaşlı müdafiəçinin transferi üçün Fransanın "Nitsa" klubu ilə anlaşıb. Afrikalı oyunçunun tezliklə Türkiyəyə yollanacağ
27 avqustNikolas Ceksonun 70 milyon avroluq transferi rəsmiləşdi
İngiltərənin "Aston Villa" klubu "Çelsi"nin hücumçusu Nikolas Ceksonun transferini rəsmən açıqlayıb. xəbər verir ki, bu barədə Birmingem təmsilçisinin rəsmi saytı məlumat yayıb. Daha əvvəl mediada 25 yaşlı hücumçunun transferi üçün "Aston Villa"nın 70 milyon avro ödəməy
30 avqust"Atletiko"nun sabiq futbolçusu Ruben Peres karyerasını başa vurub
İspaniyanın "Atletiko" klubunun sabiq yarımmüdafiəçisi Ruben Peres 37 yaşında peşəkar karyerasını başa vurub. xəbər verir ki, ispaniyalı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib. O, 20 ildən artıq davam edən peşəkar karyerasını bitirmək qərarına gəldiyini bildirib. Təcrübəl
4 sentyabr"Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb
"Qarabağ" klubu Kiprin APOEL komandasından braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb. "Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. Müqaviləyə əsasən icarə müddətinin sonunda Ağdam təmsilçisi futbolçun
30 avqustNyu-Yorkda İnfantinoya qarşı banner peyda oldu
ABŞ-nin Nyu-York şəhərinin Tayms-Skver meydanında Canni İnfantinonun yenidən FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) prezidenti seçilməsinə qarşı banner peyda olub. -ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib. "FIFA liderə layiqdir, tacirə deyil",
5 sentyabrAzərbaycan oxatanları Belarusda iki medal qazanıblar
Azərbaycan təmsilçiləri Belarusun Brest şəhərində keçirilmiş P.İ.Klimuk mükafatları uğrunda kamandan oxatma üzrə beynəlxalq turnirdə iki medal qazanıblar. Bu barədə -a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib. Fatimə Hüseynli U-21 kateqoriyasının fərdi yarış növündə 622 təsnifat xal
28 avqust