V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirİyunun 22-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Heydər Əliyev Mərkəzi və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı işə başlayıb. "Heydər Əliyev İli" çərçivəsində təşkil edilən konfrans "Bir əsrin iqtisadi nəticələri" mövzusuna həsr olunub və iyunun 25-dək davam edəcək.
Tədbir iştirakçıları öncə Fəxri Xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət edərək, önünə gül dəstələri qoyublar, ulu öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

Heydər Əliyev Mərkəzində keçirilən konfransın açılışında tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə yerli və xarici tədqiqatçıların birgə hazırladıqları "Bir əsrin iqtisadi portreti" adlı kitab sərgisi ilə tanış olublar. Heydər Əliyevin Azərbaycan iqtisadiyyatının formalaşması və beynəlxalq iqtisadi əlaqələrin inkişafındakı rolundan bəhs edən kitabın elektron versiyasının beynəlxalq elmi platformalarda indekslənməsi və dünya universitetlərinin kitabxana bazalarında yerləşdirilməsi nəzərdə tutulur.

UNEC tərəfindən nəşr olunan "Türk dövlətləri işbirliyi: Mövcud vəziyyət, potensial imkanlar və gələcəyə istiqamətlənmiş perspektivlər", "Exploring The Green Economy: Issues, Challenges and Benefits" və "Strateji idarəetmə" kitabları da konfransda nümayiş olunub. Konfrans çərçivəsində, Azərbaycanın milli-mədəni irsini əks etdirən sənət əsərlərinin nümayiş edildiyi "Əsrin 100 çaları" adlı rəsm sərgisinin açılışı olub. Həmçinin şəhid övladlarının əl işlərindən ibarət rəsm əsərləri sərgilənib.

Konfransın açılışında Azərbaycan Respublikasının Elm və təhsil naziri Emin Əmrullayev, İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, UNEC-in rektoru, professor Ədalət Muradov, TÜRKSOY-un baş katibi Sultan Raev, ölkənin və xarici dövlətlərin elm, təhsil, iqtisadiyyat sahələri üzrə rəhbər şəxsləri, alim və tədqiqatçıları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən rektor Ədalət Muradov bildirib ki, beynəlxalq elmi platformaların daimi üzvü olan və bu il beşincisi keçirilən beynəlxalq konfrans özünəməxsus nailiyyətləri ilə elmi ənənəyə çevrilib. Rektor konfransda Böyük Britaniya, İsveçrə, Avstriya, Macarıstan, Türkiyə, İsrail, Ukrayna, Rumıniya, Özbəkistan, Qırğızıstan və Qazaxıstan kimi ölkələrin nüfuzlu 13 universitetinin tərəfdaş qismində iştirak etdiyini deyib: "Konfransda 19 yerli, 94 xarici ali təhsil müəssisəsi və tədqiqat mərkəzi təmsil olunur. 44 ölkədən 678 elmi tədqiqat işi konfransa qəbul olunub və 539 tədqiqatçı (166 xarici, 373 yerli) 80-dən çox mövzu üzrə tədqiqat nəticələrini təqdim edəcəklər. Tədqiqatlar əsasən yaşıl iqtisadiyyat, rəqəmsal iqtisadiyyat, süni intellekt, işğaldan azad olunmuş ərazilərin iqtisadiyyatı, Heydər Əliyev və ölkə iqtisadiyyatı və digər mövzuları əhatə edir. Elm komitəsi tərəfindən seçilmiş 100-ə yaxın tədqiqat işi platformalarda indekslənən beynəlxalq elmi jurnallarda nəşr olunacaq".

Ədalət Muradov konfrans çərçivəsində həyata keçirilən tədbirlərin və nəşr olunan materialların UNEC ilə beynəlxalq iqtisadiyyat və idarəetmə sahəsində çalışan tədqiqatçıların ulu öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə, eləcə də Azərbaycanın elm və təhsilinə töhfəsi olduğunu diqqətə çatdırıb.

Elm və təhsil naziri Emin Əmrullayev UNEC-in ənənəvi olaraq hər il keçirdiyi beynəlxalq konfransın təhsilin keyfiyyətinə, eləcə də beynəlxalq reytinqlərə müsbət təsir göstərəcəyini bildirib. Universitetlərin reytinqlərinə təsir edən əsas amilin elmi araşdırmalar olduğunu deyən nazir tədqiqatların diferensial maliyyələşməsi məsələsinə də toxunub. E.Əmrullayev ali təhsilin əlçatanlığı və keyfiyyətinin təmin edilməsi istiqamətində görülən işlərdən də danışıb. Akkreditasiya prosesinin təkmilləşdirilməsinin bu sahədə atılan vacib addımlardan biri olduğunu deyib: "Artıq 5 ali təhsil müəssisəsi akkreditasiyadan keçib. UNEC-də bu siyahıdadır. Proqram akkreditasiyasından keçməyən ali təhsil müəssisələrinə qəbulun dayandırılmasının şahidi olacağıq".

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev konfrans iştirakçılarını salamlayaraq, ulu öndər Heydər Əliyevin ölkə iqtisadiyyatının inkişafındakı əvəzsiz xidmətlərindən söz açıb. Ümummilli lider Heydər Əliyevin elm və təhsilə yüksək diqqət və qayğısından bəhs edən nazir müavini dahi şəxsiyyətin milli kadr hazırlığı, insan kapitalının formalaşması istiqamətində həyata keçirdiyi mütərəqqi islahatlardan danışıb. E.Əliyev ulu öndərin müəyyən etdiyi siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

TÜRKSOY-un baş katibi Sultan Raev çıxış edərək, Heydər Əliyevin Türk dünyasının birliyi istiqamətində gördüyü işlərdən danışaraq, konfransın işinə uğurlar arzulayıb.

Sonra Fransanın Azərbaycandakı ilk fövqəladə və səlahiyyətli səfiri olmuş Jan Perenin və ABŞ-ın Klivlend klinikasının həkimi Şapur Ənsarinin ulu öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşdükləri videoçıxışları nümayiş olunub.

Çıxışlardan sonra rəsm əsərləri nümayiş olunan şəhid övladlarına Fəxri fərmanlar təqdim edilib.

Konfransda iştirak edən yerli və xarici qonaqlara dibçəklərdə 1000 ədəd şam ağacı hədiyyə olunub. Aksiyanın məqsədi konfrans çərçivəsində ölkəmizin bütün guşələrində ağac əkmək və ətraf mühitin sağlamlaşdırılmasına töhfə verməkdir.

Konfrans "Türk Dünyasında Çağırışlar" adlı paneldə rektor Ədalət Muradov və müxtəlif ölkələrdən olan alimlərin iştirakı ilə Türk Dünyasının tarixi, iqtisadiyyatı və sosial həyatından bəhs edən maraqlı çıxış və müzakirələrlə davam edib.

Konfransın ikinci günündə "Yaşıl Gün" təşkil olunacaq. Bu çərçivədə "Təmiz və Alternativ Enerji: Dayanıqlı İnkişafın Əsas Sütunu Kimi" və "İqtisadiyyatın Yaşıllaşdırılması: Yaşıl və Dairəvi İqtisadiyyat Vasitəsilə İnklüziv Artıma Nail Olmaq" başlıqlı panel müzakirələr olacaq. Həmçinin yerli və xarici spikerlərin iştirakı ilə dünyanın ən aktual mövzularına həsr olunan 14 vorkşop keçiriləcək. İyunun 25-dək davam edəcək konfrans öz işini onlayn formatda müzakirələrlə davam etdirəcək.

V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilirV İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransı keçirilir


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1095   Tarix: 23 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021