İlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTO

İlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

AZƏRTAC xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə raport verib.

Dövlətimizin başçısı ümummilli lider Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi önünə gül dəstələri düzüb, ulu öndərin əziz xatirəsini ehtiramla yad edib.

Sonra Prezident İlham Əliyev şəxsi heyətin atış vərdişlərini təkmilləşdirməsi üçün təyin olunmuş qapalı atış şəhərciyinə baxıb. Məruzə olunub ki, burada tapança, pnevmatik silah və kiçikçaplı tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş 25 metr uzunluğunda iki atış zolağı, həmçinin atışın nəticələri əks olunan monitor mövcuddur.

Dövlətimizin başçısı komandoların fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi üçün zəruri trenajor və digər idman avadanlıqları ilə təchiz olunmuş qapalı idman zalına gələrək buradakı şəraitlə maraqlanıb.

Hərbi hissədəki açıq idman şəhərciyində isə güc məşğələlərinin icrası üçün avadanlıqlar, dözümlülüyün artırılması məqsədilə maneələr zolağı, eləcə də futbol, voleybol, uzunluğa və hündürlüyə tullanma meydançaları yaradılıb. Ali Baş Komandan burada komandoların intensiv hazırlıq məşqlərini izləyib.

Sonra Ali Baş Komandan əsgər yataqxanasında yaradılan şəraitlə tanış olub, oradakı silah otağı, əşya anbarı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı üçün ideoloji iş və digər inzibati otaqlara baxıb. Silah otağında Prezident İlham Əliyevə əksəriyyəti Azərbaycan istehsalı olan silah nümunələrinin taktiki-texniki xüsusiyyətləri barədə məlumat verilib.

Əşya anbarında nümayiş etdirilən müxtəlif hərbi geyim formaları arasında Azərbaycan Ordusunda yeni tətbiq olunacaq səhra geyim forması da təqdim edilib.

Sonra dövlətimizin başçısı hərbi hissənin sıra meydanına gəlib.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə hərbi hissəyə Döyüş bayrağının təqdim edilməsi mərasiminə hazırlıq barədə məruzə olunub.

Ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Sonra komando hərbi hissəsinə Döyüş bayrağının verilməsi haqqında təqdimat oxunub.

Müzəffər Ali Baş Komandan İlham Əliyev Döyüş bayrağını hərbi hissənin komandirinə təqdim edib.

Komando andiçmə mərasimindən sonra şəxsi heyət Döyüş bayrağı ilə təntənəli marşın sədaları altında tribunanın önündən keçib.

Bundan sonra Ali Baş Komandana komando bölmələrinin silahlanmasında olan kiçik və iriçaplı silahlar, zirehli, avtomobil və xüsusi texnika, o cümlədən artilleriya, kəşfiyyat, mühəndis, rabitə və digər döyüş vasitələri, eləcə də zərbə dronları və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları nümayiş etdirilib.

Dövlətimizin başçısı dağçılıq qülləsi və kəşfiyyat cığırında komandoların nümunəvi məşqlərini izləyib.

Sonda əsgər yeməkxanasına baxış zamanı komandoların ərzaq payı normalarına uyğun ərzaq nümunələri nümayiş etdirilib.

12:17

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim edib.

Bununla bağlı AZƏRTAC məlumat yayıb.

İlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTOİlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTO\İlham Əliyev komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub - YENİLƏNİB + FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2870   Tarix: 23 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək

Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten

18 sentyabr 2021
.

Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO

Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri

18 sentyabr 2021
.

Nazirlikdən Muxtar Babayevin kortejinə görə yolların bağlanması ilə bağlı iddialara CAVAB

Bəzi saytlarda ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin xidməti avtomobilinin Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsinin Bakı-Sumqayıt yoluna birləşən hissəsindən (Masazır dairəsində) keçəndə yolların bağlanması barədə iddialar yayılıb. Məsələ barədə Ekologiya və Təbii Sərvətlə

17 sentyabr 2021
.

"Mənəvi cəhətdən inkişaf etmək istəyiriksə, keçmişimizdən xəbərdar olmalıyıq" - Psixoloq

İstiqamət: Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi. "İnsanların mənəvi inkişafı ana bətnindən başlayır. Bəzi valideynlər var ki, uşaqlara qayğını həddən artıq çox göstərir, bəziləri isə heç qayğı vermir. Ona görə də mənəvi inkişaf və tərbiyə ailə tiplərində

17 sentyabr 2021
.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021
.

Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO

Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı

17 sentyabr 2021
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18 sentyabr 2021
.

Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO

Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini

18 sentyabr 2021