Oğlunun həbs xəbərini eşidən əsir anası yıxılıb ağır xəsarət aldı
"Oğluma 20 il həbs verilməsini eşidəndə özümdən gedib yerə yıxıldım. Bir anda dünya başıma fırlandı, şoka düşdüm".
Bunu Modern.az-a açıqlamasında Ermənistanda əsirlikdə olan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.
"Hüseynə 20 il iş verildiyini televiziyadan eşitdim. O xəbəri eşidən kimi həyətə çıxdım. Bir anda yerə yıxıldım. Dizlərimin ağrısından oturub-dura bilmirəm, gəzə bilmirəm. Ayaqlarım qan içində idi. İndi də xəbərlərə baxıram. Gözüm oğlumu axtarır, onu görmək, səsini eşitmək istəyirəm. Gecə-gündüz dua edirəm ki, Hüseyn əsirlikdən azad olunsun. O evə qayıtmayana qədər mən yaşaya bilmərəm", - əsir anası bildirib.
Şəlalə Axundova yenidən Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə əlaqə saxladığını söyləyib.
"Həbslə bağlı mənə heç nə demədilər. Xəbərlərə baxanda bildim. Televizorun qarşısında oturub gözləyirdim. Birdən Hüseynin adını eşitdim. 20 il həbs deyiləndə dəli oldum. Bu nə işdir bizim başımıza gəlib. Qırmızı Xaç Komitəsi ilə danışmışam, onlarda da hələ heç bir xəbər yoxdur. İyulun 13-də onlara baş çəkəcəklər. İnşallah övladım həmin vaxta kimi azad olunar. Bizim yazdığımız məktubun gələn ay görüşdə onlara veriləcəyini dedilər. Ümidimizi itirməmişik. İnanıram ki, dövlətimiz Hüseynlə Aqşini erməni əsirliyindən azad edəcək", - Şəlalə Axundova əlavə edib.
Xatırladaq ki, Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu aprelin 9-da Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşüblər. Onların yolu azaraq Ermənistan ərazisinə keçdiyi məlum olub.
Hər iki əsgər Ermənistanda əsir götürülüb və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb. Bir müddət əvvəl keçirilən qondarma məhkəmə prosesində Aqşin Bəbirovun 11,5 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verilib. İyunun 21-də isə qondarma qətl işində ittiham olunan Hüseyn Axundova 20 il həbs həbs cəzası kəsilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3797 Tarix: 23 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sentyabrın 20-dək ictimai nəqliyyat işləməyəcək
Bu gündən sentyabrın 20-si saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. -ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, 18 sentyabr saat 00:00-dan 20 sentyabr saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat, o cümlədən Bakı Metropoliten
18 sentyabr 2021Gürcüstanda soydaşlarımızın təhsil problemi - VİDEO
Yeni tədris ilinin başlaması ilə qonşu Gürcüstanda yaşayan azərbaycanlılar yenə də təhsil sahəsində böyük problemlə qarşı-qarşıya qalıblar. Belə ki, bu ölkədə fəaliyyət göstərən azərbaycandilli ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı ilbəil azalmağa davam edir. Buna səbəb isə validyenləri
18 sentyabr 2021FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO
Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə
18 sentyabr 2021Peyvənd olunanların sayı AÇIQLANDI
Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say
17 sentyabr 2021Ermənilər Nizaminin büstünü bu hala salıb - VİDEO
Məşhur İran və Fransa fotoqrafı, əslən azərbaycanlı Rza Diqqəti işğaldan azad edilmiş Qarabağda erməni vandalizminin daha bir nümunəsini sosial şəbəkə hesabı vasitəsilə dünyanın diqqətinə çatdırıb. qafqazinfo-ya istinadən xəbər verir ki, o, instaqramda dahi Azərbaycan şairi Nizami Gəncəvinin dağıdılmı
17 sentyabr 2021Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini
18 sentyabr 2021Tovuzda sel suları məktəb və evlərə doldu - VİDEO
Axşam saatlarında qərb bölgəsinə yağan güclü yağış daşqınlara səbəb olub. Xüsusən, Tovuz rayonunun Yanıqlı və Əsrik-Cırdaxan kəndlərində sel suları kənd yollarını yuyub. Su orta məktəb binasına və bəzi evlərə dolub. Bundan əlavə, əkin sahələrinə ciddi ziyan dəyib. Hazırda Yanıqlı kəndində elektrik enerjisini
18 sentyabr 2021