İran səfiri: "Azərbaycanın azad edilmiş ərazilərinin bərpasının sürəti gözləntiləri üstələyib"
"Mən bu ərazilərə birinci dəfə deyil ki, səfər edirəm. Deyə bilərəm ki, burada böyük layihələr həyata keçirilir, əhəmiyyətli investisiyalar qoyulur - bu işlərin icra edilməsinin sürəti bütün gözləntiləri üstələyib".
"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musavi Laçın və Zəngilana səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.
O, ölkəsi ilə həmsərhəd işğaldan azad edilmiş ərazilərdən olan məcburi köçkünlərin ən qısa zamanda doğma yurdlarına qayıda biləcəklərinə ümid etdiyini bildirib: "Ümid edirəm ki, bu yerlər əvvəlki gözəlliyinə qaytarılacaq və keçmiş məcburi köçkünlər torpaqlarına qayıdacaqlar".
Səfir bu ərazilərin İranla həmsərhəd olduğunu qeyd edib və bu istiqamətdə sərhəddən hərəkətin bərpa olunacağına ümid etdiyini bildirib: "Gələcəkdə bu torpaqlar daha da inkişaf etdiriləcək".
Sonxeber.az
Telegramda izləyin
Siyasət Baxılıb: 1358 Tarix: 24 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Hüseyn Quliyev Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsindən geri çağırılıb
Hüseyn Rzaqulu oğlu Quliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki, H.Quliyev 2012-ci ildən Azərbaycanın Özbəkistandakı səfiri vəzifəsini icra edirdi. [hh4-unikal
25 iyunKim Çen In Putinə dəstək mesajı göndərdi: Strateji tərəfdaşlıq möhkəmlənəcək
Şimali Koreya lideri Kim Çen In Rusiyanın Milli Günü münasibətilə Rusiya Prezidenti Vladimir Putinə təbrik məktubu göndərib. xarici mediaya istinadən xəbər verir ki, Şimali Koreya dövlət mediasının yaydığı məlumata görə, Kim məktubunda Moskva rəhbərliyinə tam dəstəyini ifadə edib. O, Pxenyanın Rusiyanı
12 iyunPrezident Lyayenlə təkbətək görüşdü - Fotolar
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə təkbətək görüşü olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb
1 iyul