Təhsil İnstitutu məktəblərdə apardığı tədqiqatın nəticələrini açıqlayıb

Təhsil İnstitutu məktəblərdə apardığı tədqiqatın nəticələrini açıqlayıbTəhsil İnstitutu məktəbdə formativ qiymətləndirmə zamanı rəqəmsallaşdırmadan istifadə ilə bağlı tədqiqatın nəticələrini açıqlayıb.

İnstitutun Mətbuat Xidmətindən bildirilib ki, formativ qiymətləndirmənin rəqəmsallaşdırılması mövzusunda tədqiqatın aparılmasında əsas məqsəd rəqəmsal texnologiyanın formativ qiymətləndirmənin təkmilləşdirilməsində təklif etdiyi potensialı anlamaq və bu istiqamətdə atılan addımları necə asanlaşdıra biləcəyi ilə bağlı müzakirələri inkişaf etdirməkdir.

Bu məqsədlə, kəmiyyət tədqiqat metodologiyasından, tədqiqat metodu kimi sorğudan, tədqiqat aləti kimi isə onlayn sorğu anketindən istifadə olunub. Sorğuda ölkə üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən və müxtəlif təhsil səviyyələrində tədris aparan 598 müəllim iştirak edib.

Tədqiqatdan əldə edilən nəticələr aşağıdakı kimi olub:

- Qiymətləndirmənin öyrənmə nəzəriyyəsinə inteqrasiyası, tədris və öyrənmə prosesi ilə əlaqələndirilməsi və yeni rəqəmsal təcrübələrin qəbuluna dair istəklərə baxmayaraq, təhsil müəssisələrində qiymətləndirmə ilə bağlı fəaliyyətlərin ləngidiyi iddası öz təsdiqini tapır.

- Müəllimlərin müasir qiymətləndirmə nəzəriyyələrində, xüsusən əks əlaqə və qiymətləndirmənin məqsədlərinin praktikaya inteqrasiyasında boşluqları mövcuddur.

Tədqiqatda iştirak edən 590 (98.7%) müəllim tədris prosesində formativ qiymətləndirmə apardığını təsdiq etdiyi halda, "Formativ qiymətləndirməni necə aparırsınız?" sualına cavabları ümumi olmuşdur. Belə ki, öyrənmə prosesində şagirdin davamlı irəliləyişini izləməyə, onun öyrənməsini dəstəkləməyə yönəlmiş qiymətləndirmə prosesi sorğuda iştirak edən müəllimlərin fikirləri ilə daha dar çərçivədə şərh edilmişdir. Sorğu iştirakçılarının formativ qiymətləndirmənin effektivliyi ilə bağlı fikirləri öyrənilmişdir. Onların böyük hissəsi formativ qiymətləndirmənin effektivliyini 4 (yaxşı) (59%) və 5 (əla) (27%) balla qiymətləndirmişlər. "Şagirdlərə müntəzəm olaraq konstruktiv rəylər verirsiniz?" sualını sorğuda iştirak edən 90,1% (539) müəllim müsbət cavablandırmışdır. Lakin konstruktiv rəyə dair yazılan nümunələr bunun əksini göstərmişdir.

Əlavə olaraq, sorğu iştirakçılarının formativ qiymətlədirmənin rəqəmsallaşdırılmasına dair fikirləri öyrənilmişdir. Respondentlərin 67%-nin (400) formativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsinə münasibətləri müsbət olmuşdur. Formativ qiymətləndirmənin rəqəmsal formada keçirilməsinə sorğu iştirakçılarının münasibətləri müsbət olsa da, "Formativ qiymətləndirməni necə rəqəmsallaşdırmaq olar?" sualına ≈24% "Bilmirəm", "Bilmək istərdim", "Fikrim yoxdur" kimi cavablar vermişlər. Buna baxmayaraq, sorğu iştirakçılarının 53% (315) "Rəqəmsal qiymətləndirmə alətləri ilə tanışsınızmı?" sualına müsbət cavab vermiş və bir neçə alətin adını verilmiş siyahıdan seçmişdir.

Sorğu iştirakçılarının "Formativ qiymətləndirmənin tamamilə rəqəmsallaşdırılması məqsədəuyğundur" fikrinə "Razıyam" və "Tamamilə razıyam" (n=209) fikri səsləndirənlər "Tamamilə narazıyam" və "Narazıyam" (n=318) fikrini qeyd edənlərdən az olmuşdur. Göründüyü kimi, respondentlərin 67%-i formativ qiymətlədirmənin rəqəmsallaşdırılması fikri ilə razı olsalar da, onun tamamilə rəqəmsallaşdırılmasını məqsədəuyğun hesab etməmişlər.

Sözügedən tədqiqat bir sıra tövsiyə və imkanları irəli sürür. Bunlara "yeni nəsil qiymətləndirmələr" və "21-ci əsrin qiymətləndirməyə yanaşmaları"nın yeni modellərinin yaradılması, eləcə də gələcək tədqiqatçıların rəqəmsal formativ qiymətləndirmənin şagird haqqında dəqiq məlumat verməsi, müəllimlərin iş yükünü azaltması, birgə öyrənməni dəstəkləməsi, ölçmə diapazonunu genişləndirməsi, şagirdyönümlü öyrənməni dəstəkləməsi və s. komponentlər üzrə araşdırması olmuşdur.

Aparılan tədqiqatın məhdudiyyətilərinə sorğuda iştirak edən böyük bir qismin (47,3%) rəqəmsal formativ qiymətləndirmə alətləri ilə tanış olmaması, hədəf qrupun qeyri-bərabər paylanması və tədqiqat aləti olaraq ancaq sorğudan istifadə edilməsi daxildir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 909   Tarix: 24 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr