Gəncədə avtoxuliqanlıq edən şəxs saxlanıldı - VİDEO
Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin (ŞBPİ DYPŞ) əməkdaşları şəhər ərazisində yol hərəkəti qaydalarını və ictimai asayişi nümayişkaranə şəkildə pozan və bununla da vətəndaşların haqlı narazılığına səbəb olan sürücüləri saxlayıblar.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, monitorinqlər zamanı bir qrup gəncin özlərinə məxsus müxtəlif markalı avtomobillərlə konstruksiya dəyişikliyi etməsi, başqa dövlətə məxsus saxta qeydiyyat nişanı taxması, qadağan olunmuş səs siqnallarından vasitələrdən istifadə edərək digər hərəkət iştirakçılarına təhlükə yaratması və vətəndaşların haqlı narazılığına səbəb olması məlum olub. Həmin sürücülər saxlanılaraq profilaktiki söhbət aparılıb və barələrində qanunamüvafiq tədbir görülüb. Qanunsuz dəyişikliklər aradan qaldırıldıqdan sonra nəqliyyat vasitələri istismara buraxılıb.
Bundan başqa, monitorinqlər nəticəsində Elgün Lətifinin VAZ-2107 markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyi və həmin hərəkətləri sosial şəbəkələrdə paylaşması məlum olub. Həmin şəxs barəsində DYPŞ-nin əməkdaşları inzibati qaydada protokollar tərtib edərək baxılması üçün məhkəməyə göndərib. Məhkəmənin qərarı ilə E.Lətifi sürücülük hüququndan 1 illik məhrum edilməklə 20 sutka inzibati qaydada həbs edilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1079 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Çoxmərtəbəli binalarda kombi dövrü bitir? - VİDEO
Mənzillərdə fərdi istilik sistemlərinin, yəni kombilərin istifadəsi ilə bağlı yeni məhdudiyyətlər tətbiq olunur. "Xəzər" TV-yə istinadən xəbər verir ki, Nazirlər Kabinetinin yeni qərarına əsasən, binalar layihələndirilərkən artıq hündürlük faktoru əsas götürüləcək. Yeni qaydalara görə, yalnı
26 aprelAli təhsillilərin əsgərlik müddəti azaldıla bilər - SƏBƏB
Son illərdə bir sıra ölkələrdə hərbi xidmət modelinin yenidən nəzərdən keçirilməsi, xidmət müddətinin diferensiallaşdırılması və peşəkar orduya keçid tendensiyası müzakirə mövzusuna çevrilib. Azərbaycanda da bu istiqamətdə ictimai diskussiyalar vaxtaşırı gündəmə gəlir. Xüsusilə ali təhsilli şəxslər üçü
26 aprelSabah 24 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında aprelin 26-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi səhər mülayi
25 aprelBakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, aprelin 27-28-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlı
26 aprelGələn həftə intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında aprelin 27-si gündüzdən 28-i gündüzədək hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı
25 aprelNikahdan əvvəl narkotest tələbi və reallıqlar: Mütəxəssislər nə düşünürlər?
Nikahdan əvvəl tərəflərdən narkotest arayışının tələb edilməsi ilə bağlı səsləndirilən təklif birmənalı qarşılanmır. Təşəbbüs ilk baxışdan xilasedici görünsə də, mütəxəssislər qaydanın tətbiqi zamanı yaranacaq tibbi, hüquqi və mənəvi problemlər barədə xəbərdarlıq edirlər. Hazırda ölkəmizdə nikaha daxi
25 aprelBu şəxslərə 2750 manat VERİLƏCƏK - SƏRƏNCAM
1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım veriləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununl
25 aprel