İranda həbs edilən Fərid Səfərliyə yaxın günlərdə hökm oxunacaq
İranda casusluq ittihamına görə saxlanılan Almaniyanın Yena Universitetinin azərbaycanlı tələbəsi, 27 yaşlı Fərid Səfərli ailə üzvləri ilə telefonla danışıb.
Bu barədə APA-ya onun anası Dilarə Əsgərova məlumat verib.
O bildirib ki, oğlu ilə ikinci dəfə telefonla danışıb:
"Oğlumun səhhəti normaldır, saxlanma şəraitindən narazılığı yoxdur. Üç dəfə məhkəməsi keçirilib. Birinci məhkəmədə tərcüməçi ilə təmin olunsa da, son iki məhkəmədə fars dilini bildiyi üçün tərcüməçi verilməyib. Özü bu məsələdən narazıdır, çünki fars dilində bilsə də, hüquqi terminləri başa düşmür. Mən də ona dedim ki, məhkəmədən həm vəkil, həm də tərcüməçi tələb etmək hüququ var. Oğlum əvvəllər birnəfərlik kamerada saxlanılırdı, son vaxtlar artıq ümumi yerdədir, orada fars dilində danışır".
Dilarə Əsgərova qeyd edib ki, oğluna yaxın günlərdə hökm oxunacaq:
"Fərid dedi ki, məhkəmə prosesi yekunlaşmaq üzrədir. Lakin nə məhkəmədə, nə də istintaqda onun casusluq etməsi ilə bağlı bir dənə də olsun fakt ortaya qoya biliblər. Fəridin sözlərinə görə, İrana getməsinə səbəb olan qız və ailəsi də onun əleyhinə ifadə verməyiblər. Lakin İran tərəfi Fəridin bir neçə dil bilməsi və Avropada təhsil almasına görə şübhələnir, onu casusluqda ittiham edirlər. Hazırda Azərbaycan Xarici İşlər Nazirliyi, Təbrizdə olan konsulluğumuz da Fəridlə əlaqədar işlər görür. Konsulluq nümayəndələri Fəridlə görüşüblər və vəziyyəti ilə maraqlanıblar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1088 Tarix: 25 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər
7 noyabrMiniBoss Baku ikinci filialı üçün qəbul elan edir
Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı
6 noyabrAzərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə
7 noyabrAyın 12-nə qədər geomaqnit qasırğası olacaq?
Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma
6 noyabrAvtomobilin vurduğu piyada 3 gün sonra öldü
Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s
7 noyabrQızıl almaq istəyənlərin nəzərinə
Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub
7 noyabrSabah yağış yağacaq, şimşək çaxacaq
Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ
6 noyabr