SOCAR-ın 2022-ci il üçün maliyyə nəticələri açıqlanıb
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2022-ci ildə cari aktivləri 39,6% artaraq 33,43 milyard manata, ümumi aktivləri isə 16,5% yüksələrək 80,84 milyard manata çatıb.
SOCAR xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq audit şirkəti olan "Ernst & Young Holdings" (CIS) B.V. tərəfindən şirkətin maliyyə hesabatına verilən rəydə deyilir.
"Qlobal iqtisadi aktivliyin zəifləməsinə və qlobal inflyasiya təzyiqinə baxmayaraq, SOCAR ötən ili yüksək nəticələrlə başa vurmağa nail olub.
Müvəffəqiyyəti şərtləndirən amillər sırasında idarəetmənin təkmilləşdirilməsi, texniki, texnoloji və kommersiya əməliyyatlarının səmərəli həyata keçirilməsi, maliyyə resurslarının daha rentabelli idarə edilməsi, innovativ və beynəlxalq təcrübələrin tətbiqi, habelə həyata keçirilən optimallaşdırma və texnoloji transformasiya tədbirləri xüsusi yer tutub", - məlumatda deyilir.
Şirkətin ümumi dövriyyəsi 2021-ci illə müqayisədə 53,8% artaraq 119,23 milyard manata yüksəlib. Hesabat dövründə SOCAR-ın gəlirlərinin artmasına müəssisələrin daha səmərəli idarəedilməsi və inteqrasiyalı fəaliyyəti, rəqəmsal enerji texnologiyalarının yaratdığı əlavə dəyər, həmçinin dünya bazarında neft, qaz və neft-kimya məhsullarının qiymətlərinin yüksəlməsi səbəb olub.
Bu xüsusda, SOCAR gəlir marjasını 11,4%-dən 12,3%-ə, xalis mənfəətini isə 346% artıraraq, 2022-ci ili 9,42 milyard manat xalis mənfəətlə başa vurub. Qeyd edək ki, bu, şirkətin konsolidasiya olunmuş maliyyə hesabatlarının hazırlanmağa başladığı 2008-ci ildən etibarən ən yüksək göstəricidir.
Gəlirin əsas hissəsi xam neft və neft məhsullarının satışından əldə edilib və müvafiq olaraq, 60,6% və 25,9% artıb. Ən böyük artım isə 151% ilə təbii qazın satışında qeydə alınıb.
Qlobal enerji bazarlarında müşahidə edilən kəskin rəqabət mühitinə və neft-kimya sənayesində gəlir marjalarının azalmasına baxmayaraq, "Petkim" və STAR Neft Emalı Zavodunun (NEZ) inteqrasiyalı fəaliyyəti nəticəsində yaradılan güclü sinerji ilə STAR NEZ-də istehsal potensialından istifadə əmsalı 113%-ə yüksəlib, "Petkim"in ümumi dövriyyəsi isə 70,3% artıb.
Bununla yanaşı, "SOCAR Karbamid" zavodunun ümumi istehsal həcmi və ixrac gəlirləri müvafiq olaraq 51,2% və 75,9% yüksəlib. Emal və neft kimya müəssisələrinin vahid mərkəzdən idarəedilməsi əməliyyat effektivliyinin, nəticədə gəlirlərin yüksəlməsinə təsir göstərib.
SOCAR-ın cəmi kapitalında və nağd pul vəsaitlərinin həcmində də artım tendensiyası müşahidə olunub. Belə ki, SOCAR-ın cəmi kapitalı 46,5% artaraq 33,34 milyard manata, nağd pul vəsaitləri isə 38,6% artaraq 12,49 milyard manata yüksəlib.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sahil Babayevə müşavir təyin edildi
Maliyyə naziri Sahil Babayevə yeni müşavir təyin olunub. Qaynarinfo xəbər verir ki, bu barədə yeni müşavir Rəşad Həsənov özü məlumat paylaşıb. O qeyd edib ki, Beynəlxalq Valyuta Fondu (BVF) və Dünya Bankındakı fəaliyyətini başa vuraraq Azərbaycana qayıdıb. "Dövlət qulluğunda peşəkar fəaliyyətim
14 sentyabrBrent markalı neftin qiyməti artaraq 107,44 dollar/barelə çatıb
Bazarın Yaxın Şərqdəki vəziyyətə diqqəti davam etdirməsi ilə çərşənbə axşamı səhəri neft qiymətləri yüksəlir. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün çatdırılma ilə Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışdan 1,76 dollar (1,67%) çox, bir barel üçü
15 sentyabrAzərbaycan İtaliyaya birbaşa investisiya qoyuluşunu 310 dəfə artırıb
Bu ilin I yarısında Azərbaycandan xaricə yönəldilmiş 5 milyard 0,4 milyon ABŞ dolları birbaşa investisiyanın 3 milyard 245,6 milyon ABŞ dolları İtaliyanın payına düşüb. Bu barədə -a Azərbaycan Mərkəzi Bankından bildirilib. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 309,4 dəfə çoxdur. Yanvar-iyu
15 sentyabrAzərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri (qeyri-monetar qızıl istisna olmaqla) ötən ilin eyni dövrü ilə müqayisədə 17,6 % artaraq 2,8 milyard ABŞ dolları təşkil edib. bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir
8 sentyabrAzərbaycanın 8 ayda metanol istehsalının həcmi açıqlanıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 223,2 min ton həcmində metanol (metil spirit) istehsal olunub. -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 29,8 % azdır. Bu ilin sentyabrın 1-nə 37 min ton hazır məhsul qalığı yaranıb. Qeyd edə
17 sentyabrAzərbaycan bazarında Ermənistan məhsulları satılacaq: Qiymətlər necə olacaq?
Azərbaycanla Ermənistan arasında ticarət əlaqələrinin bərpası fonunda Ermənistandan Azərbaycana məhsul idxalı da gündəmə gəlib. 2026-cı ilin martında Azərbaycana Ermənistandan ilk dəfə 960 dollar dəyərində məhsul idxal edilib, hazırda isə qarşılıqlı ticarətin genişləndirilməsi müzakirə olunur. Bəs, Ermənista
7 sentyabrSOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəmə müəssisəsi olan "SOCAR Georgia Petroleum" SOCAR Qrupunun tərkibinə daxil edilmiş "Italiana Petroli" şirkətindən həmin ölkəyə 5 min ton həcmində yüksək keyfiyyətli benzin idxal edib. "Report"un Gürcüstan büros
4 sentyabrAzərbaycanda aqrar sektor 3 %-ə yaxın böyüyüb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 10 milyard 57,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 % çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının istehsalı 2 %, bitkiçili
11 sentyabrBrent markalı neftin qiyməti 95,02 dollar/barelə düşdü
İnvestorlar Yaxın Şərqdəki hadisələri izləməyə davam etdikləri üçün neft qiymətləri orta dərəcədə aşağı düşüb. xəbər verir ki, Londonda yerləşən ICE Futures birjasında noyabr ayı üçün Brent markalı neftin fyuçerslərinin qiyməti əvvəlki bağlanışla müqayisədə 0,61 dollar (0,64%) azalaraq 95,02 dollar/bare
3 sentyabr