Səbinə Əliyeva: "Ermənistanda qanunsuz həbs edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar"

Səbinə Əliyeva: "Ermənistanda qanunsuz həbs edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar""Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik.

Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar".

Bu sözləri "Report"a Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva deyib.

İlk gündən bu məsələni diqqətdə saxladığını söyləyən Ombudsman onların ailə üzvləri ilə görüşdüyünü və bununla bağlı mütəmadi olaraq Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) baş ofisinə müraciət etdiyini vurğulayıb.

"Biz BQXK-nın Bakı ofisi ilə mütəmadi əlaqədəyik və tələb edirik ki, bizim Ermənistanda qeyri-qanuni saxlanılan və işgəncələrə məruz qalan hərbi qulluqçularımızın hüquqları təmin olunsun. Onlara qarşı qeyri-insani rəftar beynəlxalq hüquq normalarına ziddir. Hərbi qulluqçularımızın tibbi müayinədən keçməsi, tərcüməçi və vəkillə təmin olunması, beynəlxalq normalara uyğun saxlanması vacib şərtlərdəndir".
S.Əliyeva Azərbaycandan fərqli olaraq Ermənistanın əsirlərlə davranışında beynəlxalq hüquq normalarına riayət etmədiyini bildirib:

"Amma biz Azərbaycanın sərhədini qanunsuz olaraq keçmiş və ölkəmizin ərazisində terror-təxribat törətməyə cəhd göstərərkən saxlanılan ermənilərə qarşı öhdəliyimizə götürdüyümüz bütün beynəlxalq normalara riayət edirik. Eyni zamanda, onlar həm mənim tərəfindən qəbul olunur, həm də Ombudsmanın Milli Preventiv Qrupuna daxil olan həkim, psixoloq, sosial işçi tərəfindən onların hüquqları tam təmin edilir. Biz bununla bağlı geniş ictimaiyyətə heç nədən çəkinmədən məlumatlar təqdim edirik. Lakin təəssüflər olsun ki, Ermənistan bu məlumatları təqdim edə bilmir. Bu da özü böyük bir göstəricidir".

"Biz mütəmadi olaraq bu məsələni həm Dünya Ombudsmanlar Assosiasiyasına, həm də üzv olduğumuz bütün beynəlxalq və regional təşkilatların rəhbərlərinə çatdırırıq və onlardan bu məsələyə qəti etirazlarını bildirmələrini tələb edirik. Ombudsman olaraq, beynəlxalq ictimaiyyətə Ermənistan tərəfindən əsir götürülmüş və qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımızın dərhal azad olunması ilə bağlı müraciətlər etmişik. Hesab edirik ki, Ermənistanda saxta məhkəmə hökmü ilə tamamilə qanunsuz olaraq azadlıqdan məhrum edilmiş hərbi qulluqçularımız dərhal azad olunmalıdırlar", - Ombudsman Səbinə Əliyeva əlavə edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 714   Tarix: 25 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

SOCAR Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx paylaşdı

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 8 Noyabr - Zəfər Gününün 6-cı ildönümü münasibətilə videoçarx hazırlayıb. xəbər verir ki, videoçarx şirkətin sosial şəbəkə hesabında paylaşılıb. "Qarabağda yenidən canlanan həyatda, sevincdən dolan gözlərdə, dalğalanan bayrağımızda - Zəfərimizin bütün rənglər

7 noyabr
.

Zəfərin ildönümünə 2 gün qaldı - Video

İki gün sonra ölkəmizdə 8 Noyabr - Zəfər Gününün altıncı ildönümü qeyd olunacaq. bu münasibətlə hazırlanan videoçarxı təqdim edir:

6 noyabr
.

Məşhur bloger Arifə Məmmədova milli geyimdə "Azərbaycan" mahnısını işğaldan azad edilmiş ərazilərdə canlandırdı

Məşhur bloger Arifə Məmmədova Azərbaycanın milli geyimində hazırladığı videoçarxla diqqət çəkib. xəbər verir ki, bloger "Azərbaycan" mahnısının sözlərini işğaldan azad edilmiş şəhər və rayonlarımızın müxtəlif məkanlarında canlandırıb. Videoçarxda milli geyimimiz, musiqimiz və azadlığına qovuşmu

7 noyabr
.

MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir

Uşaqlar və yeniyetmələr üçün üç mərhələli biznes və sahibkarlıq proqramı. MiniBoss Business School Bakıda ikinci filialı üzrə qəbul elan edir və uşaqlar və yeniyetmələr üçün iqtisadiyyat və sahibkarlığın əsaslarını əhatə edən yeni tədris proqramını təqdim edir. Proqramın əsas məqsədi iştirakçılarda sahibkarlı

6 noyabr
.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Zəfər Günü qeyd olunub

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər tarixi" tədbiri keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Vətə

7 noyabr
.

Ayın 12-nə qədər geomaqnit qasırğası olacaq?

Hazırda Günəş fəallığı aşağı-orta səviyyədədir. Günəş səthində müxtəlif bölgələrdə M sinif (R1-R2- radiosiqnalların yayılmasında əngəllər yarada bilən) alışmalar olsa da, bunun Yerə təsiri olmayacaq. Bu barədə -ə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından məluma

6 noyabr
.

Avtomobilin vurduğu piyada 3 gün sonra öldü

Bakıda yol qəzasında ağır xəsarət alan şəxs vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 3-ü Nizami rayonu ərazisində qeydə alınıb. "Ford Transit" markalı avtomobil 65 yaşlı Süleymanov Mehman İbrahim oğlunu vurub. Sabunçu Tibb Mərkəzinə yerləşdirilən yaralı noyabrın 6-s

7 noyabr
.

Qızıl almaq istəyənlərin nəzərinə

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin dəyəri azalıb. birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun "COMEX" əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin dekabr fyuçerslərinin dəyəri 0,94% azalaraq 4 074,9 dollarına bərabər olub

7 noyabr
.

Sabah yağış yağacaq, şimşək çaxacaq

Noyabrın 7-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüz yarımadanın ayrı-ayrı yerlərində qısamüddətli intensiv olacağı, şimşək çaxacağ

6 noyabr