"New York Times": ABŞ Priqojinin planlarını əvvəlcədən bilirdi
ABŞ-nin yüksəkrütbəli milli təhlükəsizlik rəsmiləri "Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) rəhbəri Yevgeni Priqojinin "ədalət yürüşü"ndən iki gün əvvəl - iyunun 21-də onun Rusiya müdafiə rəsmilərinə qarşı hərbi əməliyyatlar aparmağa hazırlaşdığına dair sübutlara malik olublar.
Bu barədə "New York Times" öz mənbələrinə istinadla bildirib.
ABŞ-nin Priqojinin planlarından ilk dəfə nə vaxt xəbər tutduğu dəqiq bilinmir. Amma çərşənbə günü kəşfiyyat rəsmiləri prezident administrasiyasının və müdafiə departamentinin nümayəndələri ilə brifinqlər keçiriblər. Cümə axşamı günü, daha çox dəlil əldə olunandan sonra, kəşfiyyat rəsmiləri Konqres liderlərindən ibarət kiçik bir qrupa məlumat veriblər.
Mənbədən bildirilib ki, kəşfiyyat xidmətləri Priqojinin hərbi əməliyyatlarının nəticəsinin necə olacağı barədə proqnoz verə bilməyiblər, lakin bunun Rusiyanın nüvə silahı arsenalına nəzarətə necə təsir edə biləcəyindən narahat olublar.
Qəzet xatırladır ki, ABŞ Prezidenti Co Bayden ötən ilin oktyabrında Vladimir Putinin özünü küncə sıxışdırılmış hiss edəcəyi təqdirdə yarada biləcəyi təhlükədən danışmışdı.
Xatırladaq ki, iyunun 23-də Priqojin Rusiyanın hərbi rəhbərliyini "Vaqner" düşərgələrinə hücumda və döyüşçüləri öldürməkdə günahlandırdı, buna cavab verəcəyini vəd etdi. Müdafiə Nazirliyi bu məlumatı təkzib edərək, təxribat kimi qiymətləndirdi. Ertəsi gün səhər Priqojin Rostovdakı və Voronejdəki hərbi obyektlərə nəzarəti və ÖHŞ döyüşçülərinin Moskvaya getmək niyyətini açıqladı. Amma axşam saatlarında bu planlarından əl çəkdi. Bundan əvvəl Minsk Priqojinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqları haqqında məlumat verdi. Bildirildi ki, danışıqlar zamanı ÖHŞ döyüşçüləri üçün təhlükəsizlik zəmanəti ilə razılıq əldə edilib. Kremldən onların məsuliyyətə cəlb edilməyəcəyi, Priqojinə qarşı silahlı qiyamın təşkili ilə bağlı (Cinayət Məcəlləsinin 279-cu maddəsi) cinayət işinə xitam veriləcəyi və onun Belarusa gedə biləcəyi vədi verildi.
Sonxeber.az
Telegramda izləyin
Dünyada Baxılıb: 972 Tarix: 26 iyun 2023
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Ermənistan vətəndaşları bu ölkədən deportasiya edilir
Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları nazirliyin müvafiq şöbələri ilə sıx əməkdaşlıq çərçivəsində son günlərdə 113 xarici vətəndaşı Gürcüstandan deportasiya ediblər. xəbər verir ki, Miqrasiya İdarəsi tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində Türkiyə
11 avqustFransada restorana tez gedən cütlük lotereyada 10 milyon avro qazandı
Fransanın Dordon bölgəsində yaşayan ailə cütlüyü təsadüfən "Lotto" lotereyasında 10 milyon avro məbləğində böyük uduş əldə edib. xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb. Bildirilib ki, onlar restorana təyin olunmuş vaxtdan 20 dəqiqə əvvəl gəliblər və vaxt öldürmək üçün qonşu köşkdə
10 avqustLivanda ölüm hökmü ləğv edildi - Ərəb dünyasında ilk
Livan parlamenti ölkədə ölüm hökmünün ləğv edilməsinə səs verib. "Qafqazinfo" "Associated Press" agentliyinə istinadən xəbər verir ki, bununla da, Livan ərəb dünyasında bu addımı atan ilk ölkə olub. Bildirilib ki, "Hizbullah" parlament bloku istisna olmaqla deputatları
11 avqustABŞ Rusiya ilə əlaqəli iki tankeri metal qırıntısı kimi satıb
Amerika Birləşmiş Ştatları Rusiya ilə əlaqəsi olan iki tankeri təkrar emal müəssisəsinə metal qırıntısı kimi satıb. Həmin gəmilər sökülmək məqsədilə Hindistanın Alanq şəhərinə istiqamətləndiriləcək. xəbər verir ki, bu barədə "Lloyd's List" nəşri yazıb. "ABŞ hökuməti müsadirə edilmi
11 avqust7.4 maqnitudalı zəlzələ Kolumbiyanı silkələdi - VİDEO
Kolumbiya ərazisində 7.4 maqnitudalı yeraltı təkanlar baş verib. -ın məlumatına görə, müvafiq açıqlamanı Avropa-Aralıq Dənizi Seysmoloji Mərkəzi yayıb. Məlumata əsasən, zəlzələnin episentri təxminən 134 min nəfər əhalisi olan Kartaqo şəhərindən 31 km şimal-qərbdə yerləşib. Yeraltı təkanların ocağı 11
10 avqustİspaniya İtaliyadan gələnlər üçün sərhəd nəzarəti tətbiq edir
İspaniya, Mərakeşdən İspaniyanın Seuta yarımanklavına görünməmiş kütləvi miqrant axınından sonra Romanın tətbiq etdiyi əvvəllər qoyduğu məhdudiyyətləri təkrarlayaraq, İtaliyadan gələn səyahətçilər üçün müvəqqəti sərhəd yoxlamaları elan etdi. xəbər verir ki, İspaniya Daxili İşlər Nazirliyinin açıqlamasın
11 avqust